Yuxuda məscid görməyin yuxuyozması

Yenilənmə tarixi: 2021-12-08

Yuxuda məscid görmək yaxşı, xeyirli əlamət sayılır. Çörəyinizi halal yollarla qazandığınızı, ibadətə bağlı bir insan olduğunuzu və hər vəziyyətdə və şəraitdə ədalətli davranacağınızı göstərir. Yuxuda məscid görmək çox pul qazanacağınız işə sahib olacağınız anlamına gəlir.

Yuxuda məscid görmək alimə işarədir. Yuxuda məscid tikdiyini görən şəxs, xeyirə nail olacağına, sünnətləri yerinə yetirəcəyinə, yaxınlarını ziyarət edəcəyinə işarədir. Məscidlər Allahın evidir.

Yuxuda günahsız şəxsin məscidə girməsi dilinə və əlinə hakim şəxs olacağına, fitnə və şərdən uzaqlaşacağına, Allahın sadiq qulu olacağına işarədir.

Yuxuda məscidə getdiyini görmək

Maddi və mənəvi problemlərin sona çatacağına, sizi narahat edən adamlardan xilas olacağınıza, həm fiziki, həm də mənəvi cəhətdən çox sağlam olacağınıza dəlalət edir. Yuxuda məscidə getdiyini görmək ailədaxili mübahisələrin sona çatacağı, borcların ödəniləcəyi kimi yozulur.

Yuxuda məsciddə namaz qıldığınızı görmək

Yuxuda məsciddə namaz qılmaq

Uzun müddət üzərində işlənilən layihələri həyata keçirməyə, çoxlu pul qazanmağa, ömür boyu xoşbəxt olmağa, gözəl ailə həyatına işarədir.

Yuxuda məsciddə namaz qıldığınızı görmək, yaxşı və gözəl hadisələrlə, insanlarla qarşılaşacağınıza işarədir. Röyasında özünü məsciddə namaz qılan görən insanın bütün problemlərindən qurtulacağı və xoşbəxtliyinin daimi olacağı rəvayət edilir.

Yuxuda məsciddə camaatla namaz qıldığını görmək

Pis gedən işlərin düzələcəyini, maddi və mənəvi problemlərin aradan qalxacağını, ifadə edir. Eyni zamanda, ailə həyatında axtarılan dincliyi və xoşbəxtliyi tapmaq anlamına gəlir.

Yuxuda məscid həyəti görmək

Yuxuda məscid həyəti görmək

Yaxşı bir işə imza ataraq nüfuzunuzun artacağına, hər kəs tərəfindən daha çox dəyərləndiriləcəyinizə və rahat bir həyat yaşayacağınıza işarədir. Yuxuda məscid həyətində gözləmək heç vaxt cəsarət etmədiyi bir işi sınayacağınıza və qətiyyətiniz sayəsində bu işdən böyük qazanc əldə edəcəyinizə dəlalət edir.

Yuxuda məscidin uçduğunu görmək

Pis əlamət sayılır. Ailənizdəki müzakirələr nəticəsində evliliyinizin pozulacağını göstərir. İş həyatınızda nüfuzunuzun sarsılacağına, maddi baxımından ağırbədəl ödəyəcəyinizə, canınızı sıxan hadisənin baş verəcəyinə işarədir.

Yuxuda məscidin içində olduğunu görmək

Yuxuda məscidin içində olmaq

İşlənən hər hansı günah ucbatından tövbə etmək, Allahdan əfv diləmək kimi yozulur. Yuxuda məsciddə alnını səcdədə görmək böyük peşmanlıqdan xəbər verir.

Yuxuda məscid tikdirdiyini görmək

Real həyatda faydalı bir işdə köməkçi olmağı göstərir. İslami qaydalara əməl edən, dindar biri ilə evlənməyə dini mütəfəkkir olmağa, gələcəkdə ümrə ziyarətinə getməyə işarədir.

Yuxuda məscid axundu görmək

Əldə edilən fürsətlərdən düzgün istifadə olunacağı, vədlərin yerinə yetiriləcəyi anlamına gəlir. Gözəl bir xəbər alınması, səhvlərin təkrarlanmaması üçün səy göstərilməsi, başqasının təcrübəsindən istifadə olunması kimi ifadə edilir.

Yuxuda məsciddə öldüyünü görmək

Olduqca gözəl yuxu sayılır. Allah dərgahında günahlarınızdan təmizlənəcəyinizi, sevimli, nümunəvi qol olacağınızı, alimlərin və üləmaların söhbətində iştirak edəcəyinizi göstərir.

Yuxuda Məscidi təmizləmək

Yuxu yozucularına görə fərd yuxusunda məscid təmizlədiyini görsə, iş həyatında və ailə həyatında xoş hadisələrlə qarşılaşacağına, maddi və mənəvi depressiyadan qurtulacağına, həmçinin öz işinə başlayacağına işarə edir.

Məqaləyə emosiya bildir:
emotion
40
emotion
0
emotion
0
emotion
2
emotion
12
emotion
1
emotion
3
Dostlarınla paylaş:
3 il əvvəl
29671 dəfə oxundu
ilk.az-çılar nə deyir?