Yuxuda meşə görməyin yuxuyozması

Bu yuxu xoşbəxtlik, sevinc, bərəkət və qazancı ifadə edir. Yuxuda meşə görmək insanın önündəki əngəlləri dəf edəcəyinə işarədir. Yuxu sahibinin bütün sıxıntılarının aradan qalxacağı, istədiyi həyata qovuşacağı kimi yozulur.

Yuxuda ağac kəsildiyini görmək

Yuxuda ağac kəsildiyini görmək

Yuxu sahibinin uzun fasilədən sonra rahatlıq tapacağından, ailəsindən dəstək alacağından xəbər verir. Yuxu sahibi ailə bağlarını daim güclü saxlamalıdır. Yuxuda ağac kəsildiyini görmək həmçinin insanın sahib olduqlarının dəyərini bilməli olduğunu göstərir.

Yuxuda yaşıl ağac görmək

Yuxu sahibinin qohumları ilə olan problemlərinin sona çatacağına dəlalət edir. Yuxuda yaşıl ağac görmək uzun müddətli eşq həyatını ifadə edir. Eyni zamanda iş həyatında bolluq və bərəkətin olacağını bildirir.

Yuxuda ağac kökü görmək

Yuxu sahibinin uğurlarında başqalarının gözü ola biləcəyinə işarədir. Yuxu sahibinin zəhmətlə yüksələcəyi mənasını verir. O, uzun müddətdən sonra tətilə çıxacaq. Bu tətildə onun yanında sevdikləri olacaq.

Yuxuda quru ağac görmək

Qohumlarla mübahisə etmək anlamına gəlir. Yuxu sahibi içində bəslədiyi kini və qəzəbi öldürməlidir. Xüsusən dostlarıyla dərdləşməli, içindəki neqativ enerjini atmalıdır. Yuxuda quru ağac görmək qısa müddətli xoşbəxtlik kimi yozulur. Bu müddətdə yuxu sahibi ailəsinin yanında olacaq və özünü tənha hiss etməyəcək.

Yuxuda meşədə gəzmək

Yuxuda meşədə gəzmək

Yaxşı olmayan yollara girməyə işarədir. Digər yozuma görə isə həyatın öz axarına düşəcəyindən xəbər verir.

Yuxuda ağac kəsmək

Müsbət əlamət sayılır. Bütün maneələrin tədricən aradan qalxacağına dəlalət edir.

Yuxuda meşədə adam görmək

Yuxu sahibinin yaxın zamanda uzun tətilə çıxacağını göstərir. Onun həyatına yeni insanlar daxil olacaq və onlarla dostluq əlaqələri quracaq.

Yuxuda meşədə qız görmək

Yuxu sahibinin sevgi həyatında yeni məqamların yaşanacağına işarədir. Bu yeniliklər həm xeyir gətirəcək, həm də kədərə səbəb olacaq.

Yuxuda meşədə ağlayan qız görmək

Yuxuda meşədə ağlayan qız görmək

Yuxu sahibinin çətin dönəm keçirəcəyini göstərir. O, bədbin və hüzursuz olacaq, rahatlıq üçün darıxacaq.

Yuxuda meşədə azmaq

Pis əlamətdir. Yuxu sahibinin iş həyatının alt-üst olacağı kimi yozulur.

Yuxuda meşə yanğını görmək

Yuxu sahibinin çətin günlər keçirəcəyinə dəlalət edir. Başqalarına möhtac qalacaq və ciddi mal-mülk itkisi yaşayacaq.

Məqaləyə emosiya bildir:
emotion
6
emotion
1
emotion
1
emotion
0
emotion
6
emotion
1
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
12434 dəfə oxundu
ilk.az-çılar nə deyir?