Yuxuda müharibə görməyin yuxuyozması
Yuxuda döyüş meydanı görmək, yuxuda müharibə görmək, yuxuda əsgər görməyin necə yozulduğunu iccələmişik.
Yuxuda müharibə görmək
Yuxuda müharibə görmək sıxıntılara, xəstəliklərə, pisliklərə işarədir. Ailə üzvləri arasında yaranacaq mübahisədən xəbər verir.
Yuxuda müharibə başladığını görmək
Üzüntülərin yaranacağına, ölkədə baş verən mənfi olaylar ucbatından yuxu sahibinin ümidsizliyə qapılacağına dəlalət edir.
Yuxuda əsgər görmək
Yuxuda əsgər görməyin fərqli yozumları var. Yuxuda əsgərlərin müharibəyə hazırlaşdığını görmək problemlərin yaranacağına, həll yolları axtarmağa işarədir. Yuxuda əsgər hücumu görmək isə bolluq, bərəkət əlamətidir.
Yuxuda müharibə olduğunu görmək
Yuxu sahibinin ailəsi ilə arasının açılacağı anlamına gəlir. Yuxuda müharibə olduğunu görmək yuxu sahibinin uzun müddətdir görmədiyi dostuyla yenidən bir araya gələcəyindən xəbər verir.
Yuxuda silahlandığını görmək
Bu, yaxşı əlamətdir. Yuxu sahibinin bütün problemlərin aradan qalxacağına, bol qazanc əldə edəcəyinə işarədir.
Dostlarınla paylaş:
3395 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
heyder adin melumdu .nece yasin var ve haralisan
cox pis