Yuxuda oruc tutmaq nə məna verir?

Yenilənmə tarixi: 2022-03-26

Yuxuda oruc tutduğunu görmək səbrlə əldə edilən uğura, namazı davam etdirməklə mərhəmət davamlılığına, maddi və mənəvi cəhətdən irəliləməyə, həccə getməyə və oğlan uşağına işarədir. Yuxuda orucu açdığını görmək sevinc və rahatlıq, orucu gündüz açmaq səyahət əlamətidir. Orucu pozmaq din qardaşının qeybətini etmək, orucu unutqanlıqdan pozmaq isə ruzi kimi yozulur.

Yuxuda oruc tutmaq; Yuxu görən üçün həyat yoldaşının, dostunun və ya yaxınlarının iş həyatında problemin həll olunacağına və öz işlərinin hər cəhətdən yoluna düşəcəyinə, lakin bu, yaxınlarının dəstəyi ilə reallaşacağına yozulur. Bu yuxunun birdən çox təfsiri olsa da, ümumiyyətlə, hamısı müsbətdir.

Yuxuda Ramazan ayında oruc tutduğunu görmək şübhə olunan bir şeyin üstünün açılmasına, Quranı oxumağa, sevincə, borc və üzüntüdən xilas olmağa dəlalət edir.

Yuxuda Ramazan ayında oruc tutduğunu görmək

Yuxuda qəza orucu tutmaq borcunu ödəməyi, əsarətdən qurtulmağı, tövbəni ifadə edir. Bayram günlərin oruc tutduğunu görmək çirkin və utancverici bir iş görməkdən, üzüntü yaşamaqdan xəbər verir.

Yuxuda oruclu olduğunu görmək fədakarlıq və oruc tutmağın əlamətidir. Yuxuda bir şəxsi iftar edərkən görmək onun yaxşı olmasına və səyahət edəcəyinə işarədir.

Yuxuda unudaraq orucunu pozduğunu görmək ruzi əlamətidir. Yuxuda oruc tutduğunu görnən şəxs tərəqqi edər və günahlarından tövbə edər. Bəzi yozuculara görə, bu yuxu oğlan övladı olmaqdan xəbər verir.

Yuxuda unudaraq orucunu pozduğunu görmək

Yuxuda Ramazanda bilərəkdən orucunu pozduğunu görmək qəsdən adam öldürməyə işarədir. Ramazanda qəza etdiyi üçün iki ay ərzində oruc tutduğunu görmək xəstələnmək və sonra tövbə etmək əlamətidir. Yuxuda orucu inkar edərək Ramazanda oruc tutmamaq İslamın fərzlərindən birini pozmaq deməkdir.

Bir insan yuxuda Ramazan ayında iftar etdiyini görürsə, bu, insanın İslam təbiətində olduğunu göstərir. Bəzənsə o şəxs Allaha ibadət etmək üçün səyahət edər. Yuxuda nə orucu tutduğunu bilmədən oruc tutmaq düşmənlərdən qorunmağa işarədir. Bəzən oruz xəstənin ölməsi, bəzən susmaq, bəzən fərah və sevinc kimi təfsir olunur.

Yuxuda orucu pozmaq; əksər mənbələr tərəfindən o qədər də yaxşı qarşılanmır. Yəni; Bir şərhə görə, yuxuda orucunu açdığını görən şəxs (əgər bunu qəsdən etsə) Allah yanında qəbul olunmayacaq, günah işlədəcək və Allah yanında günahkar sayılacaq.

Yuxuda oruclu olduğunu görmək xəstəlikdən sağalmaq anlamına gəlir. Oruc tutulan vaxtda yuxuda orucunu yemək harama, borcu olmağa, günaha işarədir. Bəzən bu yuxu ağla gəlməyən bir yerdən gələcək ruzini ifadə edir.

Yuxuda bazar ertəsi və cümə axşamı oruc tutmaq qohumlarını ziyarət etmək və onlarla razı olduqları şəkildə davranaraq onları sevdirmək, qohumlarından münasib biri ilə evlənmək kimi yozulur.

Yuxuda aşura günü oruclu olmaq yaxşı işlər görməyə, fitnə, çətinlik, sıxıntıya, sonda isə işlərin yoluna düşəcəyinə dəlalət edir. Yuxu sahibinin xanımı hamilədirsə, saleh bir övlad sahibi olacağını göstərir.

Yuxuda aşura günü oruclu olmaq

Yuxuda Rəcəb ayında oruc tutmaq yüksək rütbəli şəxslərə xidmət etməyə, dəniz səyahətindən qazanc əldə etməyə işarədir. Yuxuda Şaban ayında oruc tutmaq ticarət bölgəsində olmağın və qazanc əldə etməyin əlamətidir.

Yuxuda imsaka durmaq

Yuxuda imsaka durmaq; ailə həyatında və iş həyatında onu çox gözəl günlərin gözlədiyinə işarə edir. İnsan bu qədər gözəl dövr üçün düzgün qərarlar verirsə, uğurlu işlərə imza atacaq deməkdir.

Yuxuda oruclu halda iftar etmək xəstənin şəfa tapması və yaxşı hadisələrin olması anlamını verir. Yuxuda illik orucu pozduğunu görmək qeybətə və günaha işarədir. Yaxud şiddətli xəstəliyə tutulacağını göstərir. Yuxuda oruc tutduğunu görmək rahatlıq və bolluq içində yaşamaq, sağlam olmaq və borcdan qurtulmaq anlamını verir.

Digər dini yuxu yozumları:

Məqaləyə emosiya bildir:
emotion
5
emotion
0
emotion
0
emotion
0
emotion
3
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
9266 dəfə oxundu
ilk.az-çılar nə deyir?