Yuxuda qara at görmək nə anlama gəlir?

Yuxuda qara at görmək yuxu sahibinin doğru yolla gedərək hikmət sahibi olacağına işarədir. Onun insanlar arasında seviləcəyi, hörmət qazanacağı, vacib işlərlə məşğul olacağı mənasını verir. Yuxu sahibinin insanlara elm və hikmət aşılayacağından, bu yöndə hidayət və şöhrət qazanacağından xəbər verir.

Yuxuda iki qara at görmək

Yuxuda iki qara at görmək

İnsanın yeni dostluqlar quracağını, ətrafının böyüyəcəyini, ailəsində yeni doğumların olacağını ifadə edir. Yuxu sahibi subaydırsa, bəxti açılacaq. Yuxu sahibinin evli olması isə yeni bir uşağın xəbərçisi kimi yozulur.

Yuxuda qara at qovmaq

Yuxu sahibinin ətrafında daim dolaşan bir qismətin varlığına dəlalət edir. Onu xoşbəxt günlər gözləyir. Yuxu sahibi həyatındakı monotonluqdan xilas olmaq üçün yeni fəaliyyətlər axtaracaq.

Yuxuda qara at ilxısı görmək

Yuxu sahibinin öz işinin mütəxəssisi olduğunu və ətrafı tərəfindən təqdir edildiyini göstərir. O, yeni işlərindən böyük uğurlar qazanacaq. Bu, həm də insanın ətrafında güc sahibi olan insanlara dəlalət edir.

Yuxuda qara ata minmək

Yuxuda qara ata minmək

Yuxu sahibinin işlərinin yaxşı gedəcəyindən, uğurlu bir dönəm keçirəcəyindən, varlanacağından və ətrafına təsir edən biri olacağından xəbər verir. Əldə etdiyi sərvətdən ətrafındakı insanlara da pay verəcək.

Yuxuda qara at heykəli görmək

Yuxu sahibinin çox xoşbəxt olacağı bir qərar verəcəyinə işarədir. Heç gözləmədiyi qədər müsbət irəliləyişlərin olacağı kimi yozulur. Yuxu sahibi ailəsi ilə daha çox vaxt keçirməlidir.

Yuxuda qara at cəsədi görmək

Yuxu sahibinin yüksək mövqe sahibi olan bir qohumu ilə bağlı pis xəbər eşidəcəyini bildirir. Bu şəxs nüfuz və hörmətini itirə və çətin anlar yaşaya bilər. Yuxu sahibi çətin günlər keçirən bu qohumunun yanında olmaqla ona dəstək olacaq.

Yuxuda qara at başı görmək

Yuxu sahibinin bəxtinin açılacağına, arzularının reallaşacağına işarədir. Yuxuda qara at başını əlinə almaq isə bütün qismətini əlində saxlamaq deməkdir. Yuxu sahibi subaydırsa, qarşısına istədiyi adam çıxacaq.

Yuxuda qara at balası görmək

Yuxuda qara at balası görmək

Bu, insanın etmək istədiyi, lakin hər zaman təxirə saldığı işlərə dəlalət edir. Yuxu sahibi bu istəklərini davamlı olaraq təxirə saldığı üçün fürsətlərin əldən çıxacağından yorulub.

Yuxuda qaçan qara at görmək

Yuxu sahibinin arzularının gerçəkləşəcəyini və uğurlarının artacağını ifadə edir. Əgər o, evlidirsə, ailə həyatı yolunda gedəcək. Subaydırsa, evlənəcək.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
7690 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Yuxuda mobil telefon görmək: Simvolizm və Təfsirlər
Yuxular, insanların bədən və ruh sağlamlığına, həyat təcrübəsinə və şəxsi...
  • 2 ay əvvəl
  • 938
Yuxuda elçi gəlməsi nə anlama gəlir?
Yuxuda elçi gəlməsi yaxşı əlamətdir. Yeniliklərə və dəyişikliklərə işarədir. Yuxu...
  • 3 ay əvvəl
  • 2782
Yuxuda dəniz ulduzu görmək
Yuxuda dəniz ulduzu görmək yuxu sahibinin müxtəlif çatışmazlıqlar səbəbindən uzun...
  • 3 ay əvvəl
  • 783
Yuxuda koala görmək
Yuxuda koala görmək yaxşı əlamətdir. Yuxu sahibinin həyatında baş verəcək müsbət...
  • 3 ay əvvəl
  • 668
Yuxuda ördək görmək
Yuxuda ördək görmək bəxtin açıq, gələcəyin parlaq olması deməkdir. Yuxuda ördək...
  • 3 ay əvvəl
  • 841
Yuxuda sübh görmək
Yuxuda sübhgörmək bərəkət, bolluq və rahatlığa işarədir. Bu yuxu həmçinin...
  • 4 ay əvvəl
  • 955