Yuxuda silah görmək nə anlama gəlir?

Yuxuda silah görmək müxtəlif formalarda yozulur. Yuxu sahibinin durumuna və yuxuda gördüyü təfərrüatlara görə dəyişə bilər.

Yuxuda silah görmək

Yuxuda silah görmək

Nüfuz, güc, qələbə, uğur, yüksəliş və mövqe deməkdir. Yuxu sahibinin dərdlərindən və sağlamlıq problemlərindən qurtulacağına işarədir. Qohumlar arasında incikliklərin bitəcəyindən xəbər verir. İş həyatındakı rahatlığı və bol qazancı ifadə edir.

Yuxuda başqasının əlində silah görmək

Risk və təhlükə deməkdir. Yuxu sahibi bəzi şeylərə diqqət etməlidir. İnsanın sahib olduğu dəyərlərə diqqət etməli olduğu, uzun müddətli bir eşq həyatı yaşayacağı, ancaq bu sevgidə başqalarının gözü ola biləcəyi anlamını verir.

Yuxuda silah almaq

Yuxu sahibinin iş həyatının yoluna düşəcəyinə, problemlərindən qurtulacağına, yeni həyata başlayacağına dəlalət edir. Yuxuda silah almaq uğur qazanmaq, karyerada yüksəlmək kimi yozulur.

Yuxuda silah səsi eşitmək

Yuxuda silah səsi eşitmək

Yuxu sahibinin uzun illər ərzində böyük məşhurluq, şöhrət və sərvət qazanacağından xəbər verir. O, yeni işlərə qucaq açacaq, layihələrindən uğur qazanacaq.

Yuxuda silah mağazası görmək

Yuxu sahibinin düşmənləri üzərində zəfər çalacağına işarədir. Maddi sıxıntıların sona çatacağı mənasını verir. Yuxu sahibi subaydırsa, yaxşı bir qismətlə rastlaşacaq, evlidirsə, xeyirli övlad sahibi olacaq.

Yuxuda silah qaçırmaq

Yaxşı əlamət sayılmır. Yuxu sahibinin hər nə qədər güclü görünməyə çalışsa da, əslində özünü zəif hiss etdiyi kimi təfsir olunur.

Yuxuda silahla atəş açmaq

Yuxu sahibinin yeni ev və ev əşyaları alacağına, sağlam qidalanacağına, idman edəcəyinə dəlalət edir.

Yuxuda uşağın əlində silah görmək

Yuxu sahibinin arzuolunmaz şeylər danışacağı və bundan dolayı üzüntü yaşayacağını ifadə edir.

Yuxuda əsgər və silah görmək

Yuxuda əsgər və silah görmək

Yuxu sahibinin sağlamlıq problemlərinin sona çatacağı anlamına gəlir. Yuxuda əsgər və silah görmək yuxu sahibinin şad xəbər eşidəcəyini göstərir.

Yuxuda həyat yoldaşının əlində silah görmək

Yuxu sahibinin gözəl yeniliklərə nail olacağına işarədir. Yuxuda həyat yoldaşında silah görmək yuxu sahibinin küsülü olduğu insanlarla barışacağını bildirir.

Yuxuda uzun lüləli silah görmək

Yuxu sahibinin tezliklə iş üçün uzun bir səfərə çıxacağı mənasını verir. Yuxuda uzun lüləli silah görmək yuxu sahibinin xeyirli işlərlə məşğul olacağından xəbər verir.

Məqaləyə emosiya bildir:
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
3182 dəfə oxundu
ilk.az-çılar nə deyir?