Yuxuda tort görmək nə anlama gəlir?

Yuxuda tort görmək həyəcanlı və əyləncəli bir hadisənin yaşanacağı, qonaq, səyahət və şən anlar kimi yozulur. Yuxu sahibinin gərgin bir iş həyatı yaşayacağına, mülk sahibi olacağına və varlanacağına işarədir. Xeyirli bir övlad sahibi olmağı ifadə edir.

Yuxuda tort hazırlamaq

Yuxuda tort hazırlamaq

Yuxu sahibinin uzun müddət görmədiyi dostu ilə görüşəcəyindən xəbər verir. Yuxuda tort hazırlamaq yuxu sahibinin yeni bir işə qədəm qoyacağını bildirir.

Yuxuda başqasının tort yediyini görmək

Yuxu sahibinin yaxın gələcəkdə alacağı xəbərlər nəticəsində səfərə çıxacağı anlamına gəlir. Alacağı xəbərin ona dərindən təsir edəcək, lakin bu ölüm xəbəri olmayacaq. Yuxuda başqasının tort yediyini görmək çətin və gərgin günlərinizin sona çatacağı kimi yozulur.

Yuxuda tort almaq

Yuxu sahibinin sıx bir mühitə girəcəyinə işarədir. Digər bir yozuma görə isə yuxu sahibinin yeni dostluqlar quracağı mənasını verir. Yuxuda tort almaq yeni mühitlər deməkdir.

Yuxuda şokoladlı tort yemək

Yuxuda şokoladlı tort yemək

Şad xəbər almağa dəlalət edir. Digər bir yozuma görə isə yeni bir işə addım atmaqdan xəbər verir. Bu, qarşınıza çıxan fürsətlərdən istifadə etməyə çalışmağı ifadə edir.

Yuxuda tort yeyə bilməmək

Yuxu sahibinin narahatlığa səbəb olacaq xəbərlər alacağı, pis hadisələrin baş verəcəyi kimi təfsir olunur. Müdrik biri ilə görüşməyi bildirir. Yuxu sahibinin istəklərini yerinə yetirmək üçün çox çalışacağını göstərir.

Yuxuda tort şamı görmək

Yuxu sahibinin iş həyatında sanballı bir mövqeyə yüksələcəyi, ailəsi ilə birlikdə uzun bir səfərə çıxacağını və parlaq gələcəyə sahib olacağı anlamını verir.

Yuxuda tortu yerə düşürmək

Yuxu sahibinin sevdiyi və hörmət etdiyi insanlar tərəfindən aldadılacağına, məyus olacağına, ailə üzvləri arasında problemlər yaşanacağına dəlalət edir.

Yuxuda almalı tort görmək

Yuxuda almalı tort görmək

Yuxu sahibinin bol gəlirli işlər görəcəyi və nüfuz sahibi olacağı kimi yozulur. Yuxuda almalı tort görmək insanın qısa zamanda bütün dərd və bəlalarından qurtulacağını göstərir.

Yuxuda duzlu tort görmək

Yuxu sahibinin tezliklə böyük bir bəlaya düşəcəyindən xəbər verir. Yuxuda duzlu tort görmək yuxu sahibinin qohumları ilə mübahisə edəcəyinə işarədir.

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
1
emotion
0
emotion
3
emotion
2
emotion
0
emotion
0
Dostlarınla paylaş:
1 il əvvəl
5812 dəfə oxundu
ilk.az-çılar nə deyir?