Yuxuda yumurta görməyin yuxuyozması
Yuxuda yumurta görmək pul, xoşbəxtlik, evlilik anlamı verir. Belə yuxu görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, həyat yoldaşıyla xoş günlər keçirəcək.
Bəzi yozumlara görə yuxuda yumurta görmək uşaq anlamı verir. Evli şəxslərin uşağının olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxsin övladı dürüst və çalışqan olacaq.
Yuxuda soyutma yumurta görmək
Yuxunu görənin sahib olduqlarının dəyərini bilməsinin vacibliyinə, uzun fasilədən sonra rahatlaşacağına işarədir. Yuxuda soyutma yumurta görmək çəkdiyin zəhmətin bəhrəsini zamanla görməyə dəlalət edir.
Yuxuda qırıq yumurta görmək
Bu cür yuxu görən şəxsin istək və arzuları tezliklə baş tutacaq. Yuxuda qırıq yumurta görmək yuxu sahibinin kimisə üzəcəyinə, bunun fərqinə varıb narahat və peşman olacağına işarədir.
Yuxuda ağ yumurta görmək
Yuxuda ağ yumurta görmək parlaq bir gələcək, gözəl iş imkanları deməkdir.
Yuxuda çoxlu yumurta görmək
Belə yuxu görmək yuxu sahibinin qarşısına müxtəlif iş imkanları çıxacağına, qərar verməmiş böyükləri ilə danışacağına işarədir. Yuxuda çoxlu yumurta görmək həmçinin hüzur və bərəkətdən xəbər verir.
Yuxuda yumurta sarısı görmək
Sarı uşağa və sarı qızıla işarədir. Yumurta sarısı görən şəxs evlidirsə, günəş kimi parlaq övlad sahibi olacaq. Həm də çoxlu pul qazanacaq.
Yuxuda çiy yumurta yemək
Bu, yaxşı əlamət sayılmır. Yuxuda çiy yumurta yemək insanın haram şeydən istifadə etdiyindən xəbər verir. Yuxuda çiy yumurta yemək insanın gələcəkdə əziyyət çəkəcəyini göstərir.
Yuxuda bişmiş yumurta görmək
Yozuculara görə, yuxunu görənin ailəsi ilə münasibətinin korlanacağına, böyüklərin köməyilə vəziyyətin düzələcəyinə dəlalət edir. Yuxuda bişmiş yumurta görmək təhsil və iş həyatındakı çətinləri dəf etmək anlamına gəlir.
Yuxuda lax yumurta görmək
Xeyirsiz, laqeyd övlad deməkdir. Yuxuda lax yumurta görən şəxs yozucuların fikrincə, problemli övlad sahibi olacaq. Bu, pis niyyətli insana işarədir. Belə yuxu görən insanın evi bolluq-bərəkət cəhətdən korluq çəkəcək.
Yuxuda yumurta görmək insanın hüzur dolu həyata sahib olacağından, evlilik həyatının gözəl keçəcəyindən xəbər verir.
Yuxuda yumurta görməyin mənası
Yuxu sahibi evlidirsə, uşağa, subaydırsa, evliliyə işarədir.
Yuxuda yumurta görməyin psixoloji izahı
Yuxu sahibi səhv dostlar seçdiyinə görə problemlərlə üzləşəcək.
Yuxuda yumurta ağı görmək
Yuxu sahibinin pullarının qarşıdakı günlərdə bitəcəyi anlamını verir.
Yuxuda yumurta düşürmək
Yuxuda əlindən yerə yumurta düşürdüyünü görən şəxs subaydırsa, qisməti bağlanacaq. Ailəlidirsə, ciddi problemlərlə üzləşəcək.
Yuxuda yumurta yığmaq
İş həyatındakı uğurlardan xəbər verir. Yuxuda yumurta yığmaq gözəl bir vəzifə deməkdir. Bəzi yuxu yozuculara görə, insanın rahat ömür sürəcəyinə işarədir.
Yuxuda yumurta bişirib yemək
Yuxuda yumurta qırıb yağda bişirdiyi görmək fərahlıq, sevinc, izzət, mənfəət əlamətidir. Durna yumurtası görmək miskin övlada işarədir.
Yuxuda yumurta qabığı yemək
Beləyuxu görən şəxs gizli məqamları ortaya çıxaracaq.
Yuxuda hində yumurta görmək
Başqaları tərəfindən yaxşı mənada qəbullanmaq deməkdir.
Yuxuda tutuquşu yumurtası görmək
Bu, ağıllı xidmətçiyə işarədir. Əlində təzə bişmiş yumurta görmək mal-mülkdən xəbər verir.
Yuxuda yumurta görmək nə anlama gəlir?
Yozuculara görə, zənginlik əlamətidir. Yuxuda yumurta görən şəxsin gələcək həyatında maddi və mənəvi anlamda qazanacağına işarədir. Yuxuda yumurta görən şəxs subaydırsa, evlənəcək, evlidirsə, övladı olacaq.
Yuxuda yumurta yemək
Yuxu sahibinin övladı olacağına işarədir. Yuxuda yumurta yediyini görən şəxs hamilədirsə, oğlu olacaq. Yuxuda yumurta yəm həm də pis əlamət sayılır. Ailədəki problemlərdən xəbər verir.
Yuxuda lap çox yumurta görmək
Yozuculara görə, bu, zənginlik, pul anlamına gəlir. Yuxuda çoxlu yumurta görmək gələcək xoşbəxtlikdən xəbər verir.
Yuxuda qucağına aldığın toyuğun yumurtlaması
Xeyirli bir övlad əlamətidir.
Yuxuda yumurta soymaq
Qaynadılmış yumurta soyan şəxs mal-mülk sahibi olacaq.
Yuxuda yumurta qırmaq
Bu, pis əlamət sayılır. Yuxuda yumurta qırdığını görən şəxsin uşaqları varsa, onların xəstələnəcəyinə, hətta xəstə uşağın öləcəyinə işarədir.
Yuxuda yumurta bişirmək
Bu yuxunu görənin yaşantılarının daha da sadələşəcəyinə dəlalət edir. Onun həyatındakı bəzi şeylər dəyişəcək. Öz ayaqları üzərində dayana biləcək.
Yuxuda tavada yumurta bişirmək
Belə yuxu görən şəxs yaxşı qərarlar verəcək və bunun sayəsində çoxlarını heyrətləndirəcək. Yuxuda tavada yumurta bişirmək insanın hər kəs tərəfindən sevilən şəxsə çevrilməsindən xəbər verir.
Yuxuda yumurta soymaq
Yuxunu görənin münasibətlərinin pis olduğu insanlarla anlaşacağı, hər şeyin yoluna düşəcəyi anlamını verir. Vacib qərarlara işarədir.
Yuxuda çatlamış yumurta görmək
Bu, yaxşı əlamət deyil. Bolluq, bərəkət, zənginlik, rifah deməkdir. Bütün problemlərin həll olunacağı anlamını verir.
Dostlarınla paylaş:
19576 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (4)
Duz cixir heqiqeten yuxuda yumurta gordum hamile.oldugmu oyrendim
Mən sizə məsləhət görürəm yuxunu yozmayın.O insana çox pis təsir edi.Yaxşı şey olacaqsa belə siz pis şey düçünürsüz.Gəlin başlnızı qatmaq üçün əla firma var mal pazarlama.Sebelife şirkətidir adı.Sizə 200 aznlik ayda mal verir.satdığını sat satmadığını geri qaytar .Bakıdadır firma.bakıda yaşayan xanım gedib özü seçib götürür.Ama rayonlara taksi ilə göndərirlər..Çox əla şansdı.
Men yumurta qirmaq gordum. Oglum qiripdir cox pis qorxdum bu an ureyim dayanacaq sanki
Bu yozmalar hatdadndir? Deqiqliyi kim bilrki?