Zaqatalada sərnişindaşıma qaydalarını pozan sürücülər müəyyən olunub

Zaqatalada sərnişindaşıma qaydalarını pozan sürücülər müəyyən olunub

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlər nəticəsində sərnişin daşınması üçün standartlara cavab verməyən avtobus və mikroavtobuslar aşkar olunub. Həmçinin, qanunsuz sərnişindaşıma ilə məşğul olan və müvafiq kateqoriyası olmayan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Yoxlamalar zamanı həmin nəqliyyat vasitələrinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırıldığı da məlum olub.

Sürücülərlə maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
459 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ukraynada hərbi fakültəni bitirməyən həkimlərə zabit rütbələri veriləcək
Ukraynalı həkimlərə hərbi fakültəni bitirməsələr belə, zabit rütbələri...
  • 38 dəq. əvvəl
  • 11
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb
Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair...
  • 1 saat əvvəl
  • 21
Qusarçay üzərində alternativ yolu sel aparıb, Qubadan sərhədə gedən yol müvəqqəti bağlanıb
Qubada Qusarçay üzərində yerləşən təmirə bağlanmış körpüyə alternativ çəkilən...
  • 2 saat əvvəl
  • 24
İtaliyada iki minillik sarkofaq və freska tapılıb
Arxeoloqlar İtaliyanın Neapol şəhərində 2000 il əvvələ aid sarkofaq və freska...
  • 3 saat əvvəl
  • 30
İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır
Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin...
  • 4 saat əvvəl
  • 41
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan keçib
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi...
  • 4 saat əvvəl
  • 41