“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək

İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində qısa vaxt ərzində layihələndirilərək tikilən “Zəngilan” Su elektrik stansiyaları bariz nümunədir.

“AzərEnerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən “Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. “Şayıflı” və “Zəngilan” SES-lər bir neçə gün əvvəl, mayın 18-də açılıb, “Sarıqışlaq” SES-də isə işlər başa çatdırılıb. SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Ümumi uzunluğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngəzur mis-molibden, Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdıldığına görə Oxçuçayın üzərində baş suqəbuledici yaradılıb. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosisteminin özünübərpasına imkan verir. Eyni zamanda, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün suqəbuledicinin yaradılması olduqca əhəmiyyətli hadisədir.

Hər birinin gücü 10,5 meqavat olmaqla, ümumi gücü 21 meqavat olan “Zəngilan” və “Şayıflı” SES-lərin hər birində dörd yaşıl sertifikatlı Avropa istehsalı olan iki ekoturbin və generator quraşdırılıb. Bu turbinlər çayda su azaldıqda ekoloji normaların qorunması üçün avtomatik özünü dayandırmaq, suyun keyfiyyətinə təsir etmədən istiqamətləndirici aparat vasitəsilə yağ və digər zərərli maddələrin suya qarışmasının qarşısını almaq qabiliyyətinə malikdir.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Zəngilan” və “Şayıflı” SES-lərdə məlumatlar rəqəmsal qaydada mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. “Zəngilan” və “Şayıflı” SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə 60 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
495 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 10
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46