Bel yırtığı (qrija) nədir? Əlamətləri hansılardır?

Yenilənmə tarixi: 2022-07-23

Baş ağrısından sonra ən çox rast gəlinən ağrılardan biri bel ağrısıdır. Bel ağrısı daxili orqan pozğunluqları və revmatik xəstəliklərdən qaynaqlana bilər, lakin əsas səbəb bel yırtıqlarıdır. El arasında buna qrija da deyilir.

Bel yırtığı nədir?

Onurğamızdakı çoxlu sayda sümüyün arasında onurğanı elastik edən dairəvi disklər var. Bel yırtığı elastiklik yaradan bu disklər yerindən çıxdıqda əmələ gəlir. Bu disklər sinirlərə təzyiq edərək güclü ağrılara səbəb olur. Əsasən onurğanın aşağı hissələrində meydana gələn bu disk sürüşmələri nadir hallarda onurğanın digər hissələrində ola bilər.

Bel yırtığının əlamətləri hansılardır?

Bel yırtığının ən çox rast gəlinən simptomları;

  • Qol və ya ayaq ağrısı
  • Uyuşma
  • Əzələlərdə zəiflik
  • Yeriməkdə çətinlik

1. Qol və ya ayaq ağrıları

Yırtıq belin aşağı hissəsindədirsə, bud və baldırlarda güclü ağrılar yaranır. Ağrı ayağın bir hissəsini əhatə edə bilər. Yırtıq boynunuzdadırsa, ağrı əsasən çiyin və qolda əmələ gəlir. Öskürəndə, asqıranda və ya onurğanı müəyyən vəziyyətə gətirəndə bu ağrı qolunuza və ayağınıza vura bilər.

2. Əzələlərdə zəiflik

Disklərin sürüşməsi və bel yırtığının yaranması nəticəsində sinirlərə daha çox yük düşər. Təzyiq artımı ilə sinirlərin reaksiyası nəticəsində bədəninizdə müxtəlif sancılar və ya əzələ ağrıları yarana bilər.

3. Uyuşma

Uyuşma

Bel yırtığının bir simptomu olaraq, bel bölgəsində uyuşma ola bilər. Xüsusilə səhərlər oyandığınızda belinizin sağında və ya solunda uyuşma hiss edə bilərsiniz.

4. Yeriməkdə çətinlik

Yeriməkdə çətinlik

Bel yırtığı zamanı bədənin müxtəlif hissələrində ağrı və sancılar meydana gəldiyindən, əvvəlki kimi asanlıqla hərəkət edə bilməzsiniz və bu vəziyyət yerişinizdə öz əksini tapar.

Bel yırtığının səbəbləri hansılardır?

  • Bel yırtığının səbəbləri aşağıdakılardır;
  • Ağır yüklərin qaldırılması
  • Fəaliyyətsizlik
  • Ani hərəkətlər
  • Artıq çəki

1. Ağır yükləri qaldırmaq

Ağır yükləri qaldırmaq

Bel yırtığı əsasən ağır yük qaldırmaqdan yaranır. Ağır yükün altına girsəniz ağırlıq ayaqlar əvəzinə belə düşər və bu durum yırtıqların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə ağır yük qaldırarkən dizlərinizi bükməli və ağırlığı ayaqlara verməlisiniz.

2. Hərəkətsizlik

Hərəkətdən uzaq bir həyat yaşayırsınızsa, bel yırtığı riski ilə qarşılaşa bilərsiniz. Bədəninizin yükünü təkcə onurğanız daşımır. Bu nöqtədə əzələlər və boyun bölgəsi də vacibdir. Hərəkət etməmək əzələlərin gücsüzlüyündən dolayı onurğaya çox güc düşməsinə gətirib çıxarır.

Hərəkətsizlik

3. Ani hərəkətlər

Ani hərəkətlər onurğanın zədələnməsinə və bel yırtıqlarına səbəb ola bilər.

Ani hərəkətlər

4. Artıq çəki

Artıq çəki

Bədəndəki artıq çəki disklərə əlavə yük gətirir. Buna görə bədənə zərər verən artıq çəkidən xilas olmaq üçün sağlam qidalanın və idmanla məşğul edin.

Bel yırtığından necə qoruna bilərik?

Bel yırtığından qorunmağın 3 yolu var:

  • İdman
  • Yaxşı duruş
  • İdeal çəki

1. İdman

İdman

Gövdə əzələlərinin gücləndirilməsi onurğanın sabitləşməsinə və dəstəklənməsinə kömək edir.

2. Yaxşı duruş

Yaxşı duruş onurğa və disklər üzərindəki təzyiqi azaldır. Belinizi düz tutun və oturarkən buna xüsusi olaraq fikir verin. Ağır əşyaları qaldırarkən belinizdən deyil, ayaqlarınızdan istifadə edin.

Yaxşı duruş

3. Artıq çəkinizi atın

Artıq çəkinizi atın

Artıq çəki onurğa və disklərinə daha çox təzyiq göstərir və onları yırtığa daha həssas vəziyyətə gətirir.

Bel yırtığının müalicəsi necədir?

Bel yırtığının müalicəsi üçün tövsiyə olunan əsas metod, müntəzəm məşqlər və bel bölgələrini gücləndirən fəaliyyətlərdir. Bel ağrılarınız artarsa, əzələ boşaldıcı kremlərdən və ağrı kəsicilərindən istifadə edə bilərsiniz. Ağrı daha güclüdürsə, əməliyyata müraciət etmək olar. Bel yırtığı probleminizin təfərrüatları üçün həkimə müraciət etməlisiniz.

XƏBƏRDARLIQ!

Məqalədə yer alan yazılar və şəkillər müxtəlif mənbələrdən toplanmışdır və məlumat, nümunə xarakter daşımaqdadır. Qəti bir diaqnoz və müalicə keyfiyyəti yoxdur. Hər hansı bir sağlamlıq probleminiz varsa həkiminizlə məsləhətləşin. Unutmayın, sağlamlıq problemlərində tətbiq olunan müalicə üsulları şəxslərin bioloji, irsi xüsusiyyətləri, yaş, boy, çəki fərqlərinə, allergik cəhətlərinə və onlarla belə fərqli vəziyyətə görə dəyişə bilər. Yalnız həkiminiz sağlamlıq problemlərinizin müalicəsində sizə kömək edə bilər.

Məqalənin davamı olaraq:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
10689 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Doğuşdan sonra artıq çəkidən necə qurtulmaq olar?
Doğuşdan sonra yaranan çəki artımı ilə bir çox qadın üzləşir. Bu durumun bir çox...
  • 1 ay əvvəl
  • 570
Kiflənmiş çörək yemək təhlükəlidirmi?
Çörəyin üzərindəki kiflənmiş təbəqəni kəsərək onun qalan hissəsinin zərərsiz...
  • 2 ay əvvəl
  • 897
30 dəqiqəlik gəzinti təzyiq dərmanı qədər təsirli ola bilər
Qərbi Avstraliya Universitetinin mütəxəssisi Dr. Michael Wheeler və komandasının apardığı...
  • 2 ay əvvəl
  • 974
Ən yaxşı C vitamini tövsiyələri və markaları
Maddələr mübadiləsini yaxşılaşdıran və ə insanları xüsusilə qış xəstəliklərindən...
  • 2 ay əvvəl
  • 798
Ac qarına kişmiş yeməyin hansı faydaları var?
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm...
  • 2 ay əvvəl
  • 880
Düşünərkən gözlərimiz niyə hərəkət edir?
Gözlərimizin hansı istiqamətə baxdığını davamlı olaraq idarə etdiyimizi düşünsək...
  • 3 ay əvvəl
  • 757