2022-ci ildə buğa bürcünə aid proqnozlar bir çoxlarını maraqlandırır. Benan Topbaşın bu barədə hazırladığı ətraflı məlumatı təqdim edirik.

Buğa bürcünün 2022-ci il devizi xoşbəxtlik olacaq. Buğa bürcünün nümayəndələri uzun müddətdir apardıqları həyat mübarizəsində bir az rahatlıq qazanacaqlar. Həyat enerjinizin artdığı və həyatınızla bağlı yeniliklərin gündəmə gələcəyi zamanlar olacaq.


1 yanvar 2022-ci ildən etibarən Yupiter şəxsi və iş həyatınızda daha yaxşı qərar vermək üçün sizə dəstək olacaq. Marsın ilboyu bürcünüzdən keçməsi yaxşı dövr yaradacaq. 2022-ci ildə Merkuri geriləməsi ünsiyyət və texnoloji problemlər, səyahət gecikmələri, əşyaların itməsi hallarına səbəb ola bilər.

Fevralın sonunda oğlaq bürcündəki Venera bir çox yeniliyə qapı açacaq. Xüsusən iş həyatınızla bağlı olduqca şanslı dönəmə qədəm qoyacaqsınız.

Mart ayı buğa bürcünün nümayəndələri üçün yeni dostluqlar qurmaq, dostlarla vaxt keçirmək üçün uyğun zaman olacaq.

Apreldə Yupiterin Balıq bürcündə olması buğa bürcünün nümayəndələri üçün həyəcanverici tanışlıqlara vəsilə ola bilər.

Mayda əsas gündəm buğaların özləri olacaq. 16 may 2022-ci ildə əqrəb bürcündə olacaq. Ay tutulması sağlamlıq, ev heyvanı, gözəllik kimi mövzular aktuallaşdıracaq.


İyunda Venera keçidi buğa bürcünün nümayəndələri üçün gözəl anlar yaradacaq. Həmişəkindən daha cacibədar və məşhur olacaqlar.

İyulda isə kredit, əmlak, borc və maddi gəlirlərinizlə bağlı dönəm yaşaya bilərsiniz.

Avqustda həyatınızda vacib dəyişikliklər baş verə bilər. Sevgili tapa və ya evlənə bilərsiniz.

Sentyabrda isə ailəvi məsələlər ön plana çıxacaq. Münasibətinizdə rəsmi addımlar ata bilərsiniz.

Oktyabrda Yupiter zənginlik və rifah üçün fürsətlər gətirəcək. Yeni macəralar üfüqünüzü genişləndirəcək və həyata baxış bucağınızı dəyişəcək.


Noyabrda bəzi insanlarla olan dostluğunuzu fərqli səviyyəyə daşımaq istəyə bilərsiniz. İlin sonunda da dəyişikliklərə hazır olmalısınız.