Bir çox insan yeni ildə bürclərlə maraqlanır. 2022-ci ildə qoç bürcünün nümayəndələrini nələr gözləyir? Benan Topbaşın hazırladığı qoç bürcü illik ulduz falı şərhlərinə baxa bilərsiniz.

Qoç bürcünün 2022-ci il şüarı karyera olacaq. Qoçlar pula pul deməyəcək, bu sahədə özlərini təkmilləşdirmək üçün fürsətlər tapacaqlar. Həmçinin, sevdikləri ilə evlənəcəklər. Cütlüklər kiçik münaqişələr yaşaya bilərlər, lakin qarşılıqlı anlaşma ilə hər şey yoluna qoyulacaq.


2022-ci il yanvarın 1-dən etibarən Yupiter karyeranızı dəstəkləyəcək. Xüsusilə karyera ilə bağlı məsələlərdə uğur qazana bilərsiniz. İş həyatınız, gündəlik həyatınız və gündəlik tempiniz kimi sahələr gündəminizdə olacaq.

Fevralın sonunda oğlaq bürcündə olan Venera qoçları sevgi münasibətlərində ciddi düşünməyə sövq edəcək. Çevrəlvri günişlənəcək və yeni dostluqlar quracaqlar.

Mart ayı qoç bürcünün nümayəndələri üçün işlərinə sərmayə qoymaq, mənfəət və zərəri ölçmək üçün yaxşı zaman olacaq.

Aprel ayında balıq bürcündə olan Yupiter qoç bürcü üçün yaxşı fürsətlər gətirə bilər. Maraqlı sərgüzəştlər üfüqlərinizi genişləndirəcək və həyata baxışınızı dəyişdirəcək.

May ayı qoçların eşq həyatı üçün ən gözəl dövrlərdən biri olacaq.16 may 2022-ci ildə əqrəb bürcündə olacaq Ay tutulması borc, miras mövzularını gündəmə gətirəcək.

İyun ayında Mars və Yupiterin qovuşması enerji, təşəbbüs və cəsarət tələb edən yeni bir işə başlamaq üçün mükəmməl vaxt olacaq.

İyul ayında isə qoç bürcünün nümayəndələri daha çox özlərinə dönüb daxili aləmlərində hesablaşmalara girə bilərlər. Özləri ilə daha çox məşğul olacaqları bir ay olacaq.


Avqust həyatınızda köklü dəyişikliklər yaşaya biləcəyiniz dövrdür. Sağlamlıq baxımından bəzi dəyişikliklərlə qarşılaşmağınız mümkündür. Həyatınızla bağlı qərarlar qəbul edərkən məntiqli davranmalısınız.

Sentyabrda ailə məsələləriniz gündəmə gələ bilər. Daha çox sosiallaşmaq, ünsiyyət qurmaq istəyə bilərsiniz.

Oktyabr ayında baş verəcək Günəş tutulması sizi inamsız və narahat hiss etdirə bilər.

Noyabr ayında borc və vərəsəlik məsələləri ilə bağlı gündəmlər olacaq. İlin sonuna hazırlaşarkən, qapınızı döyəcək dəyişikliklərə hazır olun.

Dekabr ayı isə özü ilə ünsiyyət və texnoloji problemlər, səyahət gecikmələri və digər problemlər gətirə bilər.