Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm şirin dadı ilə fərqlənir, həm də orqanizmimiz üçün çox faydalıdır. Mineral və vitamin mənbəyi olan üzüm orqanizmin ehtiyac duyduğu qidaları ödəyə bilir. Tərkibindəki bol lif mənbəyi sayəsində həzm sistemini müsbət şəkildə dəstəkləyir.


Qəbizlik problemi olan binsanlar üçün təsirli bir dərman vasitəsidir. Zəngin lif quruluşu ilə bağırsaqları sağalda bilir. Mədə problemlərinin aradan qaldırılmasına kömək edir.

Ürək-damar xəstəlikləri riskini azalda bilər. Tərkibindəki kalium və antioksidantlar qan təzyiqini tarazlayaraq ürək xəstəliklərinin qarşısını alır.

Orqanizmimiz üçün faydalı olan kişmişə dəri sağlamlığı üçün də üstünlük vermək olar. Təbii antioksidantlar sayəsində dərinin qocalma sürətini ləngidə bilir. Daha sağlam dəri üçün də müntəzəm olaraq yeyilə bilər. Kişmişi müxtəlif qidalarla birlikdə yeyə bilərsiniz. Səhər yeməyində bir boşqab yulaf əzməsi hazırlayıb kişmişlə birlikdə qəbul edə bilərsiniz.


Salatlara əlavə edərək pəhriz proqramınızı daha sağlam edə bilərsiniz. Salat və kişmişin birləşməsi immunitet sistemini gücləndirir və həzmi asanlaşdırmağa kömək edir. Sümük sağlamlığını dəstəkləyən kişmişin tərkibində kalsium və dəmir mineralları var. Kişmişin müntəzəm istifadəsi bədəndə çatışmayan mineralların bərpa edilməsi üçün faydalıdır.