Rep dünyasında tanınan məşhur Aslixan kimdir? Rep həvəskarları üçün Aslixan haqqında məqalə hazırladıq!

Aslixan Abuçov 26 sentyabr 1991-ci ildə Zaqatala rayonu, Sabunçu kəndində anadan olmuşdur. Artıq 12 ildən çoxdur ki, rep ilə məşğuldur.

Aslixanım ilk işi 2008-ci ildə "Tabe Ol" tracki olub. 2012-ci ilədək "Çoci" ləqəbi ilə həvəskar, 2012-ci ildən isə tam professional şəkildə fəailiyyətinə davam edir. Aslixanı hiphopa cəlb edən, bir növ bu yola çəkən Türk repinin öndə gedən simalarindan olan "Ceza" olmuşdur. 2013-cü il iyul ayının 1-də Rəhman Atəşin dəvəti ilə "Old Rap" layihəsinə dəvət almışdır.


Aslixanın rep fəailiyyətində ümumilikdə 5 albomu mövcuddur:

  • Mən də böyüyəcəm
  • Brend
  • 2Gladiator
  • Extra
  • Newschool

Rep fəailiyyəti dövründə bir çox yarışmalarda iştirak etmişdir və bütün yarışlarda qalib olmuşdur. Bunlardan biri 2017-ci ildə olan Vaxo-nun təşkilatçılıq etdiyi "Grime Clash" Battle-dır. Bu battle-da Aslixan reper Likana qalib olmuşdur. 2018-ci ildə isə səs-küyə səbəb olan Kəllə-Kəlləyə layihəsində Abdul Muzzi-nin dəvəti ilə iştirak edib və reper Buzz'a[1] qalib olmuşdur. Aslixan-ın bütün ölkə miqyasında partlayan "mainstream" olan "Onlar" şoubiznes-ə diss proyekti olmuşdur. Aslixan 2019-cu ildə dinləyicilərini "Ağ Zəncilər" sloqanı ilə cəmləşdirdi. Həmin il "Noton" ilə birlikdə həm də "2Gladiator" albomunu iş birliyi ilə ərsəyə gətirmiş və uğurla yekunlaşdırdıqdan sonra, hər biri öz yoluna davam etmişdirlər. Aslixan, 2016-cı ildə özünün yaratdığı "WhiteStars" leyblın rəhbəridir, sonuncu işi gənc reperlər ilə ərsəyə gətirdiyi "New School" albomudur. Aslixan hal-hazırda "Baku Creative Project" şirkəti ilə iş birliyi edir.