BTS qrupu haqqında 20 maraqlı fakt

Son dövrün ən çox danışılan və maraq doğuran qrupu olan BTS-in milyonlarla pərəstişkarı var. Qrupun üzvləri V, Jungkook, Jimin, Rap Mon, Kim Seok-Jin, Suga və J-Hope-dur. BTS qrupu haqqındakı maraqlı məlumatları təqdim edirik.

1. V Yadplanetli ləqəbinə sahibdir

BTS qrupu

Qrup üzvləri V-yə “Yadplanetli V” ləqə bini veriblər. Çünki V gözlənilmədən çox qəribə və mənasız hərəkətlər edir. Həmçinin, Jin V-nin yatarkən fərqli səslər çıxarmağından çox qorxur.

2. BTS-ə pərəstişkarları ilə şəkil çəkdirmək qadağandır

BTS qrupu haqqında

Bütün dünyada sevilən K-pop qrupu BTS-in təhlükəsizlik səbəbi ilə pərəstişkarları ilə ictimai yerdə şəkil çəkdirməsi qadağandır.

3. BTS qrupu “Social Artist” mükafatını alıb

BTS qrupu mükafat

BTS qrupu “Billboard Music Awards” mükafatlandırma mərasimində “Social Artist” mükafatına layiq görülüb. BTS mərasimdə iştirak edən ilk pop qrupu kimi tarixə düşüb.

4. V 3 il saksafonda ifa edib

BTS qrupu V

BTS-in sevilən üzvü V 3 il saksafon çalıb. O, bir dəfə saksafonda “The Eagles”ın Desperado mahnısını çalaraq mükafat alıb.

5. Jin'in aktyorluq təhsili alıb

BTS Jin

Jin'in BTS qrupunda aktyorluq təhsili almış yeganə şəxsdir. Bu səbəbdən kliplərdə daha çox diqqət çəkir.

6. “Qeyd dəftəri” qrupun sevimli filmidir

BTS

BTS qrupunun sevimli filmləri “Notepad”, “Love Is Everywhere”, “Iron Man”, “The Matrix”, “Last Chance”, “Clear Over” və “Beginning”dir.

7. Suga ingiliscə bilmir

BTS Suga

BTS-in sevimli üzvü Suga ingilis dilində danışa bilməsə də, ABŞ-da rahat yaşaya biləcəyini düşünür.

8. Yoongi-nin ailəsi əvvəlcə ona dəstək olmayıb.

BTS Yoongi

Yoongi-nin valideynləri əvvəlcə onun BTS-də olmasını istəməyiblər. Uzun müddət BTS-in konsertlərinə getməyən ailə sonradan Yoongi-yə dəstək olmağa başlayıb.

9. Jin evində dələ saxlayır

BTS Jin

Jin bəzən dələsi ilə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşır. Pərəstişkarları dələsini də onun qədər sevirlər.

10. Jimin qrupun ən çox danışan üzvüdür.

BTS Jimin

BTS qrupunun üzvləri arasında ən çox danışan Jimin-dir.

11. Suga bər-bəzəklərini özü dizayn edir

BTS Suga

Suga üzük, sırğa, bilərzik, boyunbağı kimi bəzək əşyalarını özü dizayn edir. Ən çox sevdiyi zinət əşyası üzərində “Suga” yazılmış üzüyüdür.

12. Jm-in sevimli yeməyi bibimbapdır

BTS  bibimbap

Yeməyi sevən Jm-in sevimli yeməkləri bibimbap, chahan, alma və kimchidir.

13. Fortnite-də BTS rəqsləri yer alır

BTS Fortnite

Dünyanın ən çox oynanılan oyunlarından biri olan Fortnite-də BTS qrupunun üzvlərinin ifa etdiyi
rəqslərin birləşdirilmiş variantı var.

14. Suga-nın yazdığı ilk mahnını atası cırıb atıb

Suga-nın yazdığı ilk mahnı

Suga-nın yazdığı ilk mahnısını yazdığı kağızı atası qəzəblənərək cırıb atıb. Kimsə Sug-anı oyatmağa çalışanda çox əsəbiləşir.

15. Jimin BTS-in ən qısa boylu üzvüdür

Jimin BTS

BTS-in ən qısa üzvü 1.73 sm boyu olan Jimin-dir. 1.81 sm boyu olan RM isə qrupun ən ucaboy üzvüdür.

16. Evdə qaydaları pozan qrup üzvü pul ödəyir

BTS qrupu qaydaları

BTS qrupunun nümayəndələri eyni evdə qalır. Onlardan hər hansı biri evdə qaydaları pozduqda 1000 von cərimə ödəyir.

17. BTS-in öz Twitter emojiləri var

BTS Twitter emojiləri

BTS qrupunun öz Twitter emojiləri var. Daha doğrusu, BTS K-pop qrupları arasında Twitter emojilərini alan ilk qrupdur.

18. BTS qrupu həssas mövzular haqqında mahnılar yazır

BTS qrupu mahnıları

BTS qrupu qadın hüquqları, psixi sağlamlıq, intihar, zorakılıq və sosial ideallar kimi həssas mövzularda mahnılar yazır. Bundan dolayı qrup hər yaşda olan böyük fanat kütləsi qazanıb.

19. BTS qrupu şirkət tərəfindən yaradılıb

BTS qrupunun yaradılması

Qrup düşünüldüyü kimi dostluqla deyil, “Hit Entertainment” şirkəti tərəfindən cəlb olunmalarla yaradılıb.

20. Jhope əsəbiləşdiyi üçün canlı yayımı tərk edib

BTS Jhope

Jhope və Jimin canlı yayım edərkən “Sən sus, qoy Jimin danışsın” kimi rəylər alan Jhope əsəbiləşərək yayımı tərk edib.

Məqaləyə emosiya bildir:
emotion
9
emotion
1
emotion
2
emotion
6
emotion
6
emotion
0
emotion
1
Dostlarınla paylaş:
11 ay əvvəl
2000 dəfə oxundu
ilk.az-çılar nə deyir?