Bob Marley haqqında 10 qeyri-adi fakt

36 illik həyatına 130 kaset, 17 albom sığdıran və mahnıları ilə bütün dünyanı qucaqlayan insan! O, musiqidə olduğu kimi futbolda da uğurlu idi. Onun inandığı öz dəyərləri var idi, onları daim qorudu. Həmişə insanlara yaxşı şeylər aşılamağa çalışdı.

1. Bob Marley keçmişini heç vaxt unutmadı

Bob Marley haqqında

Yamaykanın ucqar kəndində anadan olan Bob Marley (Robert Nesta Marley) inək sağır, eşşəklərin belində vaxt keçirir və əkinçiliklə məşğul olurdu. Onun yaşadığı yerdə ay və günəşdən başqa yeganə işıq mənbəyi işıldaböcəklər idi. Qaradərili insanların məzlum həyatını yaşamış biri kimi o, həyatı boyu bu insanlara maddi və mənəvi yardım etmək üçün mübarizə aparıb.

2. O, bütün insanları qucaqladı

Bob Marley kimdir

"Mən nə qaraların tərəfindəyəm, nə də ağların. Mən Tanrının tərəfindəyəm." (Bob Marley) Qaradərili olsa da, sırfmulat olduğuna görə ona “Ağ oğlan” deyənlər də olub.

3. Dünyaya Raggae stilini təqdim etdi

Bob Marley Raggae stili

Raggae əslində mənsub olduğu Rastafarianizm dininin melodiyalarından yaranan bir musiqidir. Ətrafındakıların hamısı musiqi ilə məşğul idi. Gənc yaşlarında ağac qabığından və heyvan dərilərindən musiqi alətləri düzəldib çalırdılar. Amma onun musiqi adına atdığı ən böyük addım gitara almaq oldu. Hətta onun bu səbəbdən evdən qovulduğu da deyilir. Ə vvəlcə melodiyanı çalardı, sonra sözləri yazardı.

4. Çox gözəl bir sevgilisi vardı

Bob Marley sevgilisi

“Ola bilsin ki, sən onun ilk məhəbbəti deyilsən, nə də sonuncu; hətta onlardan biri, əvvəllər aşiq olub, yenə də ola bilər... Amma indi səni sevirsə, bundan artıq nə istəyirsən? Sənin kimi o da mükəmməl deyil və siz ikiniz birlikdə əsla mükəmməl olmaya bilərsiniz. Amma o səni güldürə bilirsə, iki dəfə düşündürə bilirsə - yəqin bunu etiraf edərsən ki, insanlar səhv edərlər - onu yanında saxlamağa və ona bacardığınhər şeyi verməyə çalış. O, günün hər anında səni düşünməyə bilər, amma sənə onun qıra biləcəyini bildiyi bir hissəsini – ürəyini verəcək. Onu incitmə, dəyişdirməyə çalışma və verə biləcəyinizdən artığını gözləmə. O səni xoşbəxt edəndə gülümsə, səni qəzəbləndirəndə başa düşməsini təmin et və o olmayanda onun üçün darıxdığını bil...” (Bob Marley) Onun qadınlarla yaxşı münasibət qurduğunu təxmin etmək çətin olmamalıdır. Onun sevgilisi "Dünya gözəli" seçilən Cindy Breakspeare idi. Bu birlik mediada "dünya gözəli və vəhşi adam" kimi xatırlanırdı. Bob, Rita adlı müəllimlə evləndi. Onun 7 qadından ümumilikdə 11 övladı var.

5. Sadə sözlərə dərin mənalar yüklədi

Bob Marley mahnıları

"Tək sevgi tək ürəkdir. Gəlin hamımız birləşək və özümüzü yaxşı hiss edək”. (One Love mahnısından) Əgər mahnı sözləri deyəndə ağlınıza ilk gələnlərdən biri “No Woman No Cry”-dirsə, buna da aydınlıq gətirək. Bob Marley bununla bildirir: “Yox, qadın, yox, ağlama”.

6. Bob Marley musiqiyə olduğu kimi futbola da aşiq idi

Bob Marley futbol sevgisi

"Futbol mənim bir parçamdır. Oynadığım zaman ətrafımdakı dünya oyanır. Futbol azadlıqdır!" (Bob Marley) Onun futbola o qədər həvəsi var idi ki, uzun qastrol səfərlərinə gedərkən ilk şərti konsert olan ərazinin futbol meydançasına yaxın olması idi. O, Pele heyranı idi. O, Santos FC azarkeşi idi. Komanda yoldaşları onu “Kapitan Bob” deyə çağırırdılar.

7. Bob Marleyin futbola olan sevgisi onu öldürüb

Bob Marley ölümü

Onun futbol oynayarkən zədələnən baş barmağına infeksiya düşüb. Həkimlər bildirib ki, onun ayağı istirahət etməlidir. Amma həkimlərə qulaq asmadan futbol oynamağa davam edib. Nəticədə ona melanoma xərçəngi diaqnozu qoyulub.

8. Bob Marley vegetarian idi

Bob Marley vegetarian idi

Onun mənsub olduğu dində ət yeyilmirdi. Qabıqlı dəniz heyvanlarını da yemək olmaz. Alkoqol və siqareti də sevmirlər, amma maraqlısı odur ki, marixuana onlar üçün əvəzolunmazdır. Çünki bu şəkildə Tanrıya yaxın olduqlarını düşünürlər.

9. Bob Marley saçlarını kəsmir və yumurdu

Bob Marleyin saçları

Bobun ikonik saç düzümü də buradan gəlirdi. O, bu saç düzümünə dəb kimi üstünlük verilməsinin əleyhinə idi. Xəstəliyi ağırlaşanda ​​və kimyaterapiyaya başlayanda saçını kəsdirməli oldu. Hamı onu bu şəkildə görəndə heyrətə gəldi.

10. Bob Marley xərçəngdən sağala bilərdi

Bob Marley xəstəliyi

Həkimlər Bobun baş barmağının bir hissəsini amputasiya etmək istəyiblər. Bununla onun sağalmaq şansı olacaqdı. Lakin o, dini inancına zidd olduğu üçün bundan imtina etdi. Bob Marley 36 yaşında vəfat etdi. O, qırmızı Gibson Les Paul gitarası, futbol topu, marixuana cücərtisi, İncil və Efiopiya şahzadəsinin hədiyyə etdiyi üzüklə birlikdə dəfn edilib.

Məqaləyə emosiya bildir:
1 il əvvəl
2306 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyənin 10 ən gözəl qadını
Türkiyədə yaşayan, gözəlliyi ilə gündəmdə olan və bir çox insanın rəğbətini qazanan...
  • 4 ay əvvəl
  • 618
BTS qrupu haqqında 20 maraqlı fakt
Son dövrün ən çox danışılan və maraq doğuran qrupu olan BTS-in milyonlarla...
  • 11 ay əvvəl
  • 2028
Cristiano Ronaldo haqqında 17 maraqlı fakt
Çox emosional xarakterə malik olan Ronaldo dininə bağlı bir insandır. Haqsızlığı sevmir,...
  • 1 il əvvəl
  • 2376
Emilia Clarke haqqında 10 maraqlı fakt
Çoxlarının “Game Of Thrones” serialından tanıdığı gözəl aktrisa Emilia Clarke kimdir?...
  • 1 il əvvəl
  • 1701
Britaniya kral ailəsi haqqında maraqlı faktlar
Britaniya kral ailəsi dəbdəbəli həyat tərzi və qeyri-adi mədəniyyəti ilə dünyanın ən...
  • 1 il əvvəl
  • 1888
Dünyanın ən zəngin 15 gənc milyarderi
Ən zəngin gənc milyarderləri sizə təqdim edirik. Onların sərvətinin ümumi dəyəri 196,1...
  • 1 il əvvəl
  • 2246