BALIQLAR su qrupunun dəyişkən üzvüdür. Buzdan buxara, haldan hala keçib yenidən özünə dönən suyun özüdür!

Klassik idarəedicisi sərhədləri aşmağı və şişirtməyi sevən Yupiterdir.Müasir idarəedicisi isə özünü itirib həqiqəti tapmağa çalışan Neptundur.

Yaşadıqları ortama dərindən nüfuz edir və orada özlərini itirirlər. Və yaxud özlərini hər şeydən qopmuş, ayrı hiss edirlər.

Özləri və başqaları arasında xətt çəkməkdə bir az çətinlik çəkirlər. Ətrafdakı insanların hisslərini qavramaq üçün potensial narahatlıq qabiliyyətinə sahib ola bilərlər.

İstəsələr qəhrəman, istəməsələr anti-qəhrəman olarlar.

BALIQ dəyər verdiyini böyük həvəslə istəyir. Əldə etməkdə heç bir məhdudiyyət tanımır. Ancaq əldə saxlamaqda məsuliyyətsizlik nümayiş etdirə bilər.

Onlar ətaləti bir strategiyaya çevirə bilən xüsusi varlıqlardır.

BALIQ sirli varlıqdır. Ancaq danışırsa, yaxşı danışır. Xüsusilə Venera yaxşı bucaq altındadırsa, sözləri çox təsiredici ola bilər. Müdaxilə etmək əvəzinə öz mövqelərini qorumağa üstünlük verirlər. Bu səbəbdən lazım görmədikləri təqdirdə fikir söyləməkdən, ehtiyac olmadığı təqdirdə addım atmaqdan çəkinirlər.


Ətrafındakı enerjini bir süngər kimi qəbul etdiyi və bir müddət sonra onu dəyişdirməkdə çətinlik çəkdiyindən insanlarla təmasda olmaq balıqları bir az narahat edir.

İnanmağa və inandırmağa çətinlik çəkirlər. Nəticələrə deyil, imkanlara diqqət edirlər. MÜsbət xüsusiyyətlərindən istifadə etdiyi zaman balıqlar çox yaxşı strateq ola bilər.

Rahatlıqlarını sevən insanlardır. Xoşbəxt olmadıqları, özlərini rahat hiss etmədikləri ortamda olmaq onlar üçün işgəncə kimi bir şeydir.

Balıqlar üçün aktiv və səyyar işlər görmək faydalıdır. Balıqlar qeyri-adi xarakter və fiziologiyasından dolayı tez-tez ortadan itə bilərlər.

Balıqlar və əlaqələr


Sevgiyə aşiqdir! Sevdiyi hər şeyə dəlicəsinə bağlanır və onsuz yaşaya bilməyəcəyini hiss edir.
Cinsi əlaqəni sənətə çevirmək üçün xüsusi bir istedada sahibdirlər.

Cinsi yaxınlıq onlar üçün ən təbii ünsiyyət formasıdır. Partnyorlarını idealcasına təmin edir, həzz almalarına imkan yaradırlar.

Çətin qərar verə bilər. Gec evlənə bilər. Ancaq evlənəndə məsuliyyəti güclü olur. Özünə hər sahədə kömək edən biri ilə evlənməyi üstün tutur.

Balıqlar və əqrəb arasında maraqlı münasibətlər olur.

Xərçənglərlə yola gedə bilirlər. Onların arasında qeyri-adi bağlar yarana bilər.

Qızlarla bir-birilərini tamamladıqları üçün yaxşı cütlük ola bilərlər.

Tərəzi ilə super seks yaşayarlar. Ancaq davamlı bir əlaqə qurmaqda çətinlik çəkə bilərlər. Çünki hər iki tərəf bir-birinin keyfiyyətlərini qiymətləndirsə də, eyni ipdə oynayan iki akrobat kimi hiss edəcəklər və bir müddət sonra rəqabət hissi yaranacaq.

Qoçlarla yola gedə bilmirlər.

BALIQ və Karyera


İşlərini sevməlidirlər! O zaman çox xoşbəxt olacaqlar və çox yaradıcı layihələr həyata keçirəcəklər.
Ekspressionist olmaqda çətinlik çəkdikləri üçün dolayı ifadələrlə özlərini ifadə etməyə ehtiyac duyurlar. Buna görə bədii istehsala meyl göstərmələri təbiidir.

Bohem həyatı da sevirlər!

Vizual dizayn üçün xüsusi bir qabiliyyətə sahibdirlər; Renoir və Michelangel rəssamlıq aləmində, Bertolucci rejissorluqda məşhurdur və onlar balıq bürcünün nümayəndələridir.

Nina Simone, Kurt Cobain, George Harrison, David Gillmour, Harry Belafonte, Josh Groban, Andy Gibb, Johnny Cash, Nat King Cole, Jon Bon Jovi, Erikah Badu, Seal kimi sənətçilər də balıq bürcündəndirlər.

Əslində onlar üçün ən ideal iş çoxlu səyahət etmək, yeni əraziləri gəzib-dolaşmaqdır.

Apple-ın yaradıcısı Steve Jobbs da balıqdır.

Balıqlar və sağlamlıq


Balıqlar qeyri-adi xəstəliklərin insanıdır. Ayaqları həm güclü, həm də həssasdır. Ayaq sümükləri ilə bağlı narahatlıqlar, ayaq dərisinin ekzeması kimi problemlərlə qarşılaşa bilərlər.

Neptunların mənfi təsirləri varsa, maddə asılılığına meylli ola bilərlər.

Bəzi özəlliklərini nəzarət altına almasalar, melanxoliya, şizofreniya kimi xəstəliklər keçirə bilərlər.

Bəzən epifiz və ya metabolik disbalansla qarşılaşa bilərlər.

Balığın yolu

Toplanmaq üçün yaxşı bir dispersiyaya ehtiyac duyan insanlardır.

Onların daxili dünyası çox zəngin və qeyri-adidir. Suyu və Ayı sevirlər.

Daxili axtarışlarını tutarlı bir yola salan və dünyanın axınına xidmət edən BALIQ üçün qeyri-mümkün olan nəsə yoxdur. Çünki imkansızlığı yaşamaqdan digər insanlar qədər qorxmazlar. Bu səbəbdən başqasının əldə edə bilməyəcəyi nəticələri əldə edə bilərlər.

Balığın gözəlliyi onun sərhədsizliyindədir...

Ən yaxşı balıqlar dünyada cənnəti yaşamağın anlamını mənəvi mənada tapan balıqdır!