XVI əsrədək topuqlu ayaqqabıları qadınlar deyil, kişilər geyinərmiş. Digər maraqlı məlumatları sizə təqdim edirik. Fiziki və ruhi mənada fərqlənən kişilər və qadınların həyata baxışları da fərqlidir. Qadınlarla bağlı qeyri-adi məlumatlar aşağıdakılardır.

Kişilər bu məqaləmizi mütləq oxumalıdır. Qadınları anlamaq asan iş deyil :)

1. Qadınlar kişilərlə müqayisədə daha çox kabus görürlər.

2. İmmun sistemlərinin gec qocalmasından dolayı qadınlar kişilərdən daha uzunömürlüdürlər.


3. Qadınların 80%-i özlərinə uyğun olmayan büstqalterlər geyinir.


4. ABŞ-da hər 6 qadından biri cinsi təcavüzə məruz qalır.


5. Qadınların eyni anda bir neçə işi görmək bacarıqları vardır.


6. Qadınlar ən çox ürək xəstəliklərindən dünyasını dəyişirlər.


7. Qadınlar olimpiadada ilk dəfə 1900-cü ildə iştirak ediblər.


8. Ən çox uşaq dünyaya gətirən qadın 16 əkiz, 7 üçəm və 4 dördəm - ümumilikdə 69 uşağı olub.


9. Hamilə qadınların 30%-i yeyilməsi lazım olmayan qidalara tamarzı qalırlar.


10. Qadınlar həyatları ərzində təxminən 11 çanta alırlar.