Günümüzdə münasibətlər qısa müddətdə başlayır və bir andaca bitir. Münasibətlərin qısamüddətli olması tərəflərin bir-birini tanımadan əlaqə qurması və gözləntilərinin nə olduğunu bilməmələri ilə əlaqədardır. Məsələn, ciddi və uzunmüddətli bir əlaqə istəyirsinizsə, bu meyarlara cavab verə biləcək bir şəxs seçməlisiniz.

Kişilər qarşılarına çıxan hər qadınla münasibət qurmağa tələsirlər, bunun da arzuedilməz fəsadları olur. Münasibətlərinizi möhkəm təməllər üzərində qurmaq istəyirsinizsə, bu qadınlardan uzaq olmağınızı tövsiyə edirik;

1. Hər şeyi unudub, özünü dünyanın mərkəzi zənn edən, aşırı qayğı tələb edən qadınlar.


2. Ətrafınızdakı insanları daim sancan və qüsurlarını davamlı dilə gətirən qadınlar.


3. Tənbəl və həyatdan bezən qadınlardan uzaq durun.


4. Mübahisə etdiyiniz məsələni yumşaltmaq əvəzinə, daim özünə haqq qazandırmağa çalışan qadın.


5. Özü ilə barışmayan, davamlı olaraq kompleksə girib, çoxlu makiyajdan istifadə edən qadınlar.

6. Səni sən kimi qəbul etməyib, dəyişdirməyə çalışan qadınlar.


7. Səninlə bağlı qərarlar verən, səni səndən daha çox düşündüyünü iddia edən qadın.


8. Səni davamlı olaraq başqalarının arvadları və ya sevgililəri ilə müqayisə edən qadınlar.


9. İfrat qısqanc olan, sosial hesablarınıza baxan, telefonunuzu izləyən qadınlar.


10. Həyatında yeganə hədəfi pul olan və həmişə varlı bir ər arzusunda olan qadınlar.

11. Kiçik bir şeydən ötrü sizi bezdirən, dayanmadan birnəfəsə danışan qadınlar.