Bürclər insanların doğulduğu aylara görə dəyişir. 12 ulduzdan ibarət olan və günəşin bir il ərzində hərkət etdiyi orbitinin keçdiyi nöqtələrə simvollarla verilən adlardıe. Astroloqların bürclərin nümayəndələrinin hansı yaşda evlənməli olduqları ilə bağlı mülahizələrini təqdim edirik.

1. Qoç



Qoç bürcünün nümayəndələri adətən səbrsiz və qəzəbli olurlar. Buna görə ani qərarlara üstünlük verirlər. Qoç bürcünün nümayəndələri erkən yaşda evlənməyi üstün tuturlar.

2. Buğa


Olduqca duyğusal olurlar. Sonsuz sevgiyə inanırlar. Mükəmməl həyat yoldaşı axtarırlar və adətən 30 yaşlarında evlənirlər.

3. Əkizlər


Özlərini çox sevirlər. Hamı ilə yola getmirlər. Buna görə əksər münasibətləri qısamüddətli olur. Əkiz bürcünün nümayəndələri adətən bir dəfədən artıq ailə qururlar. Evlənmə yaşları ən çox 36-dır.

4. Şir


Şir bürcünün nümayəndələri özlərinə göstərilən münasibətin eynisini qarşılıq olaraq verirlər. Onlar həyat yoldaşı seçimində olduqca həssasdırlar. Hətta 38-41 yaşa qədər subay qala bilərlər.

5. Qız


Qız bürcünün nümayəndələri üçün kariyera olduqca vacibdir. Onlar həyat yoldaşı tapmada çətinlik çəkmirlər. 21-24 və ya 27-29 yaş arasında ailə qururlar.

6. Tərəzi bürcü


Tərəzi bürcünün nümayəndələri 20 yaşdan sonra ailə qurmağı düşünürlər. Ancaq boşanma riskləri yüksək olur. Buna görə diqqətli olmalıdırlar.

7. Əqrəb


Əqrəb bürcünün nümayəndələri duyğusal olurlar. Tez aşiq olur və tez soyuyurlar. Ani qərarları ucbatından erkən evlənmə ehtimalları yüksəkdir.

8. Oxatan


Azadlığı sevən bürcdür. Bezdikdə dərhal münasibətə son qoya bilərlər. Oxatan bürcünün nümayəndələrinin evlilik yaşı bir qədər gecdir.

9. Oğlaq


Oğlaq bürcünün nümayəndələri erkən evlilik yaşaya bilərlər. Səmimi davranışları sayəsində həyat yoldaşı tapmaqda çətinlik çəkmirlər.

10. Dolça


Həyat yoldaşı tapmağa çətinlik çəkən dolça bürcünün nümayəndələri uzun illər tək yaşaya bilərlər. Evlilik yaşları 40-a qədər yüksələ bilər.

11. Balıq


Balıq bürcünün nümayəndələri zəngin daxili dünyaya malikdirlər. Xəyallarını reallaşdırmaq üçün böyük səy göstərirlər. Adətən 25-27 yaşlarda evlənirlər.

12. Xərçəng


Evliliyə tez can atırlar. Bununla yanaşı, valideynlərindən ayrılmağı sevmirlər. Xərçəng bürcünün nümayəndələrinin evlilik yaşı 23-25-dir.