Aktorluq keyfiyyəti və yaraşıqlılığı ilə çoxlarını heyran qoyan Çağatay Ulusoy haqqında maraqlı faktları təqdim edirik.

1. Çağatay Ulusoy 23 sentyabr 1990-cı ildə Bakırköydə anadan olub.


2. Çağatay Ulusoyun çəkisi 85 kq, boyu 1.90 metrdir.


3. "Adını Feriha Koydum" serialından təklif gəlməsəydi, Çağatay Ulusoy model olmaq üçün Fransaya gedəcəkdi.


4. Çağatay Ulusoy, "Best Model of Turkey" yarışmasında qalib olub.


5. Çağatay Ulusoy əsmər, rəngli gözləri olmayan qızları bəyənir.


6. Çağatay Ulusoy tərəzi bürcündəndir.


7. Çağatay Ulusoy münasibətlərində çox qısqanc və konservativ xarakterə malikdir. Sevdiyinə kiçik sürprizlər etməyi xoşlayır.


8. Çağatay Ulusoyun dostları arasında ləqəbi "Çao" dur. Çao Çağatay adının qısa formasıdır.


9. Çağatay Ulusoyun ən sevdiyi yemək karnıyarıkdır (badımcan dolması).


10. Çağatay Ulusoyun bədənində ən sevdiyi yer burundur.


11. Çağatay Ulusoy gitara çalmağı və mahnı sözləri yazmağı xoşlayır.


12. Çağatay Ulusoy "İçeride" serialındakı Sarp obrazı üçün döyüş və silah təlimi alıb.


13. Çağatay Ulusoy heyvanları çox sevir. Ulusoy, heyvanların insanları daha vicdanlı etdiyinə inanır.


14. Çağatay Ulusoy, Ayla Alga və Vahide Perçin kimi ustad aktyorlardan aktyorluq təhsili alıb.


15. Çağatay Ulusoy ssenari də yazır. Bu mövzuda həvəslidir.