Carmen Electra gözəlliyi, lüks həyatı və pozları ilə ən diqqət çəkən qadınlardan biridir. Amerikanın ən məşhur modelləri arasında olan Karmenlə bağlı nələri bilirsiniz?

Carmen Electra kimi tanınan Tara Leiq Patrik dünyanın ən tanınmış modelləri arasındadır. Gözəlliyi və qüsursuz bədən quruluşu ilə diqqət çəkən Elektra modellikdən əlavə aktrisa, müğənni və rəqqasə kimi də fəaliyyət göstərir. Karmen Elektra haqqında maraqlı məlumatlar hazırlamışıq. Bunları oxuduqda təəccüblənəcəksiniz.

1. Carmen Electra 20 aprel 1972-ci ildə ABŞ-ın Ohayo ştatında dünyaya gəlib.


2. Carmen Electranın əsl adı Tara Leiq Patrikdir. Məşhur model adını məşhurlaşmağa təzə başladığı vaxt dəyişib.


3. Karmen 6 bacı-qardaş arasında ən kiçiyidir. Bacısı Debbini çox sevən model onu "ikinci anası" hesab edir.


4. Carmen Electra 16 yaşına çatdıqda anası Patrisia Patrik beyin xərçəngi səbəbiylə ölüb. 2 həftə sonra isə bacısı dünyadan köçən Karmen Ohayonu tərk edib.


5. Əsl adı Tara Leiq Patrik olan Carmen Electra rəqs başda olmaqla musiqi və aktrisalıq kariyerası üçün ad dəyişikliyi edib.


6. Karmenin məşhurluq yolunda ilk addımı 16 yaşında Kaliforniyaya köçməsi olub. ABŞ-ın "Paidey Park Records" şirkəti ilə müqavilə bağlayan Elektra 1993-cü ildə ilk rep albomunu çıxarıb.


7. Carmen Electra 1996-cı ildə rep oxumaq üçün bir televiziya proqramına dəvət edilir. Gözəlliyi ilə görənləri heyrətləndirən gənc ifaçı "Playboy" dərgisindən aldığı təkliflə modelliyə başlayır.


8. "Playboy" dərgisinə verdiyi pozları ilə maqazin dünyasının diqqətini cəlb edən Karmen " baywach" və "Summerland" televiziya seriallarında rol alaraq daha da məşhurlaşıb.


9. Carmen Electra çoxlu sayda dərgi, reklam, TV proqramı və filmə çəkilib. ABŞ-ın ən çox satılan "For Him Magazine" dərgisinin ən yaşlı qadını seçilib. Karmen FHM dərgisində ən uzun müddət qalan modeldir.


10. Carmen Electra aktrisalıq karyerası ərzində 45-dən çox film və serialda rol alıb. Məşhur modelin ən çox sevilən filmləri arasında "Sahil təhlükəsizliyi", "Qorxunc bir film", "Çirkli eşq", "Müdirin qızı", "Sevimli Dadr" yer alır.

Digər məşhurlar haqqında: