Bəziləri dini inancları və bu mövzuyla bağlı düşüncələri gizlətməyə üstünlük versələr də, bir çox məşhur bunu gizlətmir. Dini inancını dəyişdirən məşhurları təqdim edirik.

1. Julia Roberts - Hinduizm


Məşhur aktrisanın adı tez-tez dini mövzularda hallanır. Son dəfə Xristianlıqdan Hinduizmə keçdiyini açıqlayıb.

2. Mehmet Öz - Müsəlman


Dünyada tanınan məşhur cərrah Mehmet Özün sözlərinə görə, onun müsəlman olmasında atasının böyük payı var. Atası cümə namazlarından heç vaxt qalmayıb. Atasının ənənələrə sadiqliyi onun yaxşı bir müsəlman kimi böyüməsində həlledici olub.

3. Richard Gere - Budizm


Məşhur Hollivud aktyoru əvvəlcə Xristian olsa da, 18 yaşında meditasiya ilə maraqlanıb və Buddizmi qəbul edib.

4. Tuğçe Kazaz - Müsəlman


Keçmiş model Tuğçe Kazaz 2005-ci ildə xristian olub. Yunan aktyorla kilsədə evlənib. "Namazla boyun ağrılarından xilas oldum" deyə açıqlama verib. Sonda isə o İslam dininə qayıdıb.

5. Madonna - Yəhudilik


Məşhur müğənni dini seçimi ilə bağlı daim gündəmdədir. Son dəfə Katolik Kilsəsi tərəfindən qovulduğu elan edilib. Madonna Yəhudiliyi qəbul edib.

6. Almeda Abazi - Müsəlman


Survivor yarışmasında daha da məşhurlaşan aktyor müsəlman olduğunu açıqlayıb. Albaniyada yaşadığı zaman dinə bağlı olmadığını bildirib. Türkiyəyə gəldikdə İslama bağlandığını və namaza başladığını qeyd edib.

7. Brad Pitt - Ateist


Brad Pitt çox dindar bir ailədə böyüdüyünü, lakin hazırda ateist olduğunu söyləyib. Pitt, uşaqlığında ciddi dini tərbiyə ilə böyüdüyünü də əlavə edib.

8. Orlondo Bloom - Buddizm


Orlando 2007-ci ildə Buddizmə qayıdıb. Özünü mənəvi cəhətdən inkişaf etdirmək məqsədi ilə fasilə verdiyini deyib. Bloom, dostlarının reaksiyasından dolayı bunları söyləyib: "Mənimsədiyim fəlsəfə ağacın altında oturmaqla məşğul olmur. Həyatı və inkişafı anlamaqla əlaqəlidir".

9. Sinead O'Connor - İslam


8 dekabr 1966-cı ildə İrlandiyada dünyaya gələn dünyaca məşhur rok ulduzu Sinead O'Connor sosial media hesablarında müsəlman olduğunu açıqlayıb. O, adını da dəyişib. Yeni adı Shuhada Davitt olub.