Cib telefonları ən çox istifadə olunan texnoloji avadanlıqlardandır. Gündəlik həyatımızı mobil telefonsuz təsəvvür etmək mümkün deyildir.

Ən bahalı cib telefonları aşağıdakılardır:

1. Falcon Supernova Pink Diamond iPhone 6


Arxasında çox böyük bir çəhrayı almaz olan bu cihaz iPhone 6 modeli ilə eyniləşdirilmişdir. Satış qiyməti 95,5 milyon dollardır.

2. iPhone 5 Black Diamond


Çinli iş adamı tərəfindən brilliant və qızıl örtüyündən hazırlanmış “iPhone 5” cihazı ən bahalı telefonlardan sayılır. Qiyməti 15,3 milyon dollar dəyərindədir.

3. iPhone 6 Amosu Call of Diamond


Tamamilə qızıl örtüklə satışa çıxarılan bu cihaz 2 aylıq istehsal prosesindən sonra arxasında 6000 brilyantdan ibarət Apple loqotipi ilə diqqət çəkir. Cihazın dəyəri 2,7 milyon dollardır.

4. GoldVish Le Million


Görünüşü baxımından qəribə olan telefon 150 qara brilliantla örtülüb. 2006-cı ildə hazırlanıb. Qiyməti 1,3 milyon dollar dəyərindədir.

5. Diamond Crypto Smartphone


Bu telefon etibarlılığı və təhlükəsizliyi ilə seçilir. 50 ədəd brilliantla bəzədilib. Qiyməti 1,3 milyon dollar dəyərindədir.

6. Gresso Luxor Las Vegas Jackpot


Dünyada yalnız 3 istehsal vahidi ilə məhdudlaşan bu telefon modeli, arxa tərəfindəki taxta örtük sahəsi istisna olmaqla, tamamilə qızıl örtükdən hazırlanmışdır. 1 milyon dollar dəyərindədir.

7. Vertu Signature Cobra

indən olan bu telefondan 8 ədəd istehsal edilib. Yaqut və brilliantla örtülüb. 310 min dollar dəyərindədir.

8. Black Diamond VIPN Smartphone


Görünüşünə görə çəkici olmasa da, iki iri almazla bəzədilib. Qiyməti 300 min dollar dəyərindədir.

9. Savelli Smartphone


Telefonun istək əsasında 18 karat qızılla, arxa qapağının isə ölü ilan dərisi və ya iguana dərisi ilə örtülməsi cihazın qiymətinin göyə qalxmasına səbəb olan amillərdən biridir. Satış qiyməti 250 min dollar olan cihazı almaq mümkündür.

10. iPhone Princess Plus


Üzərində 318 ədəd brilliant daş var. Bu daşlardan 138-i xüsusilə işlənmədir. Qiyməti 174 min 400 dollar dəyərindədir.

Məsləhət görürük: