Subay birindən soruşsaq ki, "evli olmaq yaxşıdır yoxsa subay?" təbii olaraq subayçılıq yaxşıdır deyəcək :) Ancaq bu heçdə obyektivlik deyil, gəlin subay və evli olmağın üstünlüklərini və dezavandajlarını sıralayaq. Siz özünüz qərar verin hansı daha yaxşıdır.

Subaylıq sultanlıqdırsa, niyə çoxumuz həyatımızı bölüşəcək birini axtarırıq? Yaxşı, evlilik həqiqətən insanı ruhdan salan bir əlaqəsidirmi? Ömürlük ortaqlığa imza atdığınız şəxsin sonuna qədər gedəcəyiniz kiçik bir hadisədə əlini buraxmaq mümkündürmü? Səbirsiz olmaq, dəyişikliyə müqavimət göstərmək ...?

Subay olmağın üstünlükləri:


  1. Azadsınız. Fədakarlıq etmək məcburiyyətində qalmazsınız. İstədiyinizi edə bilərsiniz. Məsələn: Rəqs dərsləri ala bilər, xarici dil öyrənə, evinizdə pişik ya da it bəsləyə bilərsiniz. İstədiyiniz zaman yeni bir ev, iş və fərqli bir şəhərdə yaşamağı belə düşünə bilərsiniz.
  2. Maliyyə mövzularda daha çox söz haqqına sahibsiniz. Haradan alver etdiyiniz ya da yüksək bir qiymətə aldığınız ayaqqabı üçün kiməsə məlumat vermək məcburiyyətində deyilsiniz.
  3. Hər kişidə olan xoruldama, yorğanı çəkmə, gəyirmə kimi əsəblərinizi pozan vəziyyətlərlə qarşı-qarşıya qalmazsınız.
  4. Qız-oğlan dostlarınıza, ailənizə və işlərinizə daha çox vaxt ayıra bilərsiniz. Laqeydlik etdiyiniz və sizə dəstək olan kəslərlə əlaqələrinizi möhkəmləndirə bilərsiniz.
  5. Evə gəldiyinizdə yemək bişirmək, paltar yumaq, evi yığmaq kimi zərurətləriniz olmaz. İstədiyiniz zaman bunları edə bilərsiniz. Üstəlik ən əhəmiyyətlisi köynək ütüləməkdən yorğun düşməzsiniz.

Subay olmağın dezavantajları:

  1. Özünüzü yalnız hiss edə bilərsiniz. Xüsusilə ətrafınızda o qədər cütlük var ikən ailəniz də artıq biri ilə birlikdə olmağınızı istəyir.
  2. Hətta depressiyaya belə girə bilərsiniz.
  3. Subay olduğunuz üçün ətrafınızdakı namizədlər arasında bir seçim etməkdə çətinlik çəkə bilərsiniz. Amma uzun müddət subay qalsanız əlinizə keçən fürsətləri dəyərləndirməyə bilərsiniz.
  4. Bir cütlüyün sahib olduğu şeyləri gördükdə kədərlənə bilərsiniz. Bir-birinə "səni sevirəm" deyən və onunla bir ömür boyu yaşamaq istədiyini söyləyən bir cütlükləri ya da uşaqlarıyla oyun oynayan bir ailəni gördüyünüzdə bəzi şeyləri qaçırmış hissinə qapıla bilərsiniz. Lakin evləndiyiniz belə bəzi şeyləri gec yaşamış olmaq sizi yenə üzə bilər.

Evli olmağın üstünlükləri:


Ancaq bütün bunlarla yanaşı, tənhalığınıza son qoymaq həm də etibar edə biləcəyiniz bir insan deməkdir. Sevdiyiniz üçün səy göstərmək, imtina etməməkdir. Soyuq çarpayılara əlvida, qucaqlaşıb yata biləcəyiniz bir sevgiliyə salam. Uşaqlarınızın atası, ən yaxın dostunuz, ilk sirdaşınız deməkdir. Bir pəncərədən, bəzən fərqli istiqamətlərə birlikdə baxmağın mümkünlüyü deməkdir.

  1. Münasibətinizin sizin üçün doğru olduğuna qərar verdinizsə dadını çıxarın.
  2. Bir-birinizi həm romantik, həm də maddi cəhətdən dəstəkləmə şansına sahibsiniz. Təcrübələrinizi vəqazandıqlarınızı paylaşmaq sizə yaxşı gələ bilər.
  3. Bərabərlik sizə dərinlik qatacaq. Düzgünlük, dürüstlük və inanclar mövzusunda sizin təmin olmanıza köməkçi olar.
  4. Subay yoldaşlarınıza görə özünüzü daha üstün hiss edə bilərsiniz.
  5. Əhatənizi dostlarınız və onların ailəsi və yoldaşları ilə genişləndirə bilərsiniz.
  6. Romantik olaraq özünüzü bağlı və etibarlı hiss edərsiniz.

Evli olmağın dezavantajları

  1. Subay ikən xoşbəxt ola bilmirsinizsə həyatınızda biri olduğunda da xoşbəxt olamaya bilərsiniz. Sağlam və uzun müddətli bir əlaqə yaşamaq istəyirsinizsə özünüzü yoldaşınızla paylaşmalısınız. Əks təqdirdə peşman ola bilərsiniz.
  2. Əyləncənin və azadlığın dadını qaçırmış olduğunuzu düşünə bilərsiniz. Xüsusilə də uşaq və ev işləriylə məşğul olmaq məcburiyyətindəykən.
  3. Başqalarına qarşı məsul olduğunuz üçün (sevgiliniz, yoldaşınız, ailəsi və s.) əsəbləşə bilərsiniz.
  4. Bəzi şeyləri təkrarlanan bir şəkildə etmək məcburiyyətində olmaq (ev işləri kimi) və bəzi rolları oynamaq sizi əsəbiləşdirə bilər.
  5. Ailənizlə və yoldaşlarınızla daha az görüşdüyünüz üçün, həyatınızın yalnız iki adam arasında keçdiyini düşünə bilərsiniz.
  6. Özünüzə aid xüsusi həyatınız qalmaya bilər. Onun yaxın ətrafı və ailənizin ziyarətləri bəzən proqramınızı poza bilər