Kişilərin qadınların yalnız gözəlliklərinə valeh olduğunu düşünürsünüzsə, yanılırsınız. Kişilərin qadınlarda cəlbedici hesab etdiyi detalları öyrənəndə təəccüblənəcəksiniz. Onları sizə təqdim edirik:

1. Dağınıq Saçlar


Gözəllik salonunda saatlarla vaxt sərf edirsinizsə, bu, o qədər də məsləhət deyil. Ancaq kişilər dağınıq saçları sevirlər. Saçların ən təbii forması dalğalı və biraz da qarışıq olması kişilərin xoşuna gəlir. Kişilərin təbiiliyi sevdiyini unutmayın.

2. Yemək yeyən qadın


Pəhriz saxlayan qadınları kişilər sevmirlər. İstənilən qidanı qorxmadan yeyən qadınların bu hərəkəti kişilərə inam simvolu kimi görünür. Özünə inamlı və qorxmaz olmaq kişinin etibarını qazanmağın ən vacib yollarından biridir.

3. Ona sevgi göstərin


Gəzərkən əlindən tutmaq, qəflətən onu qucaqlamaq, kinoya gedərkən qoluna girmək onu sevindirəcək və sizinlə birlikdə olduğuna görə qürur duyacaq.

4. İlk mesajı göndərməyiniz


Kişilər ən azı qadınlar qədər diqqət görməyi sevirlər. İlk mesajı onun yazmağını gözləməyin.Bir neçə gözəl cümlə yazıb göndərdiyiniz zaman bu onu sevindirəcək və ona inam qazandıracaq. Həm də aranızda maraqlı və səmimi söhbət olacaq.

5. Makiyajsız üz


Bir çox kişi təbii qadınları sevir. Qadınların makiyajsız formalarını sevirlər. Bəzi kişilərə görə qadınların dodaq boyası öpüşmə zamanı dadı qaçıran amillərdəndir. Bəzən makiyaj gözəl şeylərə mane ola bilər.

6. Uzun ətəklər


Uzun yubka geyinən qadın, mini yubka geyinən qadından daha xoş təsir bağışlayır. Çünki uzun və qapalı geyim qadınları daha sirli göstərir. Bu, kişilərin xəyal gücünə təsir edən amillərdən biridir.

7. Kiçik bir qarın


Əzələli və çox arıq qarınlı qadınların daha cazibədar olması heç də düzgün deyil. Erkəklər biraz qarınlı qadınları daha çox sevirlər. Merlin Manro “qarınsız qadın eyvansız ev kimidir” deyib.

8. Çılpaq ayaqlar


Bir çox kişi çılpaq ayaqları daha cazibədar hesab edirlər. Digər tərəfdən, bir çox kişi evlənənə qədər qadının ayaqlarını görmür.

9. Eynək


Kişilər üçün eynək taxan qadınlar bir pillə öndədir. Eynəkli qadınlar daha maraqlı, seksual və öz ayaqları üstə durmağı bacaran təsir bağışlayırlar.

10. Zarafat edən qadın


Qadının güldürmək bacarığı yoxdursa, kişinin ürəyində yer tuta bilməz. Yumor hissi stresi azaltmaq üçün əla bir yoldur.

Xanımlar üçün digər məqalələr: