Çoxları Rowan Sebastian Atkinsonu Mr. Bean kimi tanıyır. Məşhur aktyorla bağlı qeyri-adi məlumatları təqdim edirik.

1. O, bir avtomobil həvəskarıdır


"Morris Minor" ilk avtomobilidir. Daha sonra "Renault 5 GT Turbo", "Honda Civic Hybrid", "Austin Metro Audi AB", "McLaren F1" avtomobillərinə sahib olub. O, həmçinin yük avtomobili də sürməyi sevdiyini dilə gətirib.

2. Şəxsi həyatını hər kəsdən gizli saxlayır


Rowan Atkinsonun həyat yoldaşı Sunetra Sastry hindistanlıdır. Atkinson həyat yoldaşının hamilə olduğunu ailəsindən gizli saxlayıb.

3. "Porsche"lərə nifrət edir


Atkinson "Porsch" ilə bağlı problemim var. Onlar yaxşı avtomobillərdir, ancaq onları sürməyəcəyəm. Bu avtomobilləri sevən insanları da anlamıram"- deyə bildirib.

4. Fransız komediyaçı onun diqqətini çəkib


Fransalı parodiyaçı Jacques Tati, Mr. Beani təsirləndirməyi bacarıb.

5. İki universitet bitirib


Eowan Atkinson Nyukasl Universiteti və Oksford Universitetindən məzun olub.

6. Mr. Beani tanımayan çox az adam var


Mr. Bean hər kəs tərəfindən sevilən xarakterdir. Onun serialı 200-dən artıq ölkədə yayımlanıb.