Türkiyənin ən məşhur pop musiqisi ifaçılarından biri də Tarkandır. Ulduz müğənni bu səviyyəyə yüksəlmək üçün çox çalışıb. Onun həyatı ilə bağlı bəzi məqamları təqdim edirik.

90-cı illərdən etibarən Türkiyədə getdikcə məşhurlaşan Tarkan Avropada da tanındı. Onunla bağlı az məlum olan məlumatlar aşağıdakılardır.

1. Tarkanın anası Tarkan bətnində olarkən yol qəzasına düşür. Həkimlər qadının həyatı təhlükədən qurtulmaq üçün uşağın götürülməsini təklif edirlər. Atası yuxuda oğlunun sağlam və başında ulduz olduğunu görür. Çətinliklərə baxmayaraq, Tarkan dünyaya gəlir.


2. Tarkan gəncliyində Fransa küçələrində dolaşarkən akkardeon çalan bir qadına cibindəki bütün pullarını verir. O, daxilən zəngin və əliaçıq insandır.


3. Tarkanın çıxardığı bir albom Türkiyədə 1 milyon, Avropada isə 3,5 milyon ədəd satılıb. O, artıq bütün dünyada tanınır.


4. Tarkanın albomları Rusiyada Şakira kimi məşhurların albomlarından daha çox satılıb.


5. Uşaqlığı ailəsiylə Almaniyada keçən Tarkan böyük qardaşıyla at arabasının arxasınca qaçarkən arabanın altında qalıb. Ağır vəziyyətdə xəstəxanaya aparılan Tarkan sağ qalıb.


6. Tarkanın atası onu tez-tez döydüyü üçün qardaşı ilə evdən qaçır. Yenidən evə qayıdan qardaşlar ataları tərəfindən mütəmadi olaraq şiddət görüb.


7. Tarkan məşhurlaşdıqda Almaniyada irqçilərin tənqidinə məruz qalıb. İfaçı onlara əhəmiyyət verməyib.


8. Tarkanın atası ürək xəstəsi olduqdan sonra ailə Türkiyəyə qayıdıb. Atası market açıb, lakin uğursuzluğa uğrayıb. Tarkan və qardaşı illərlə işləyiblər.


9. Tarkan liseydə sırğa taxdığı və saçlarını uzatdığı üçün təzyiq görüb; saçları kəsilib, dənizə atılıb. Onun gənclik illəri ağır keçib.


10. Tarkan Fransada ağır qəza keçirib. Belində və sinəsində qəzanın izləri hələ də qalır. Həmin il konsetə gedərkən qəzaya düşür və möcüzə nəticəsində sağ qalır.