Kişinin hansı özəlliyi qadının diqqətini daha çox cəlb edir. Bunu bilmək istəyirsinizsə, məqaləmizi sonadək oxuyun. İlk görüş zamanı qadınları əsasən nələr maraqlandırır? Qadınlar kişi bədəninin müxtəlif nahiyələrinə diqqət ayırırlar.

1. Üz
Qadınlar kişilərin ən çox üzlərinə baxırlar. Saça, saqqala diqqət edirlər. Saçların və saqqalın üzün formasına uyğunluğu qadınlar üçün vacibdir.


2. Gözlər
Qadınları ən çox kişilərin baxışları ovsunlayır. Buna görə də gözlərə diqqət yetirirlər. Gözlərdən bəzi şeyləri anladıqları üçün bu baxımdan həssasdırlar.


3. Dişlər
Təmizlik qadınlar üçün vacib məqamdır. Ona görə də qadın qarşısındakının dişlərinə fikir verir. Təmizdirmi? Dişlərinə necə qulluq edir? Bu suallara cavab axtarır.


4. Əllər
Əllər də təmizlik baxımından qadınların diqqətindədir. Əllər gözəldirmi? Dırnaqlar təmizdirmi? Qadınlar kişilərin əllərinə xüsusən diqqət yetirirlər.


5. Yanbızlar
Qadının diqqətini çəkən digər nahiyə kişinin yanbızlarıdır. Yanbızların sərt olub-olmaması qadınları maraqlandırır.


6. Çiyinlər
Necə ki, kişi qadının incə belli olmasını arzu edir, qadın da kişinin iri, geniş çiyinlərinin olmasını istəyir. Geniş çiyinli kişilər qadınları daha çox cəlb edir.


7. Sinə
Qadınlar kişilərin sinəsinə xüsusən fikir verirlər. Əzələli kişi qadın üçün daha cazibədardır.


8. Ayaqqabılar
Qadınlar ayaqqabı mövzusunda çox həssasdırlar. Kişilərin ayaqqabılarına önəm verirlər. Səliqəli, təmiz ayaqqabılar qadınların diqqətini cəlb edir.


9. Geyim
Qadınları kişilərin dəbə uyğun geyinib-geyinməmələri maraqlandırır. Ona görə diqqətlərini kişinin üzərində gəzdirirlər.


10. Boy
Qadın kişinin boyuna fikir verir. Ucaboylu kişilər qadınları daha çox cəlb edir.

Bənzər məqalələr: