İnsan çətinə düşəndə adətən yalana əl atır. Bu yalanlar sevgiliyə, iş yoldaşlarına və ya ətrafdakı insanlara danışılır. Araşdırmalara görə kişilər qadınlarla müqayisədə daha çox yalan danışırlar.

ABŞ-da iki min insanın üzərində aparılan araşdırma zamanı məlum olub ki, bir qadın gün ərzində orta hesabla 3, bir kişi isə 6 yalan danışır.

Kişilərin ən çox danışdıqları yalanlar:

  • Kök deyilsən, ideal çəkin var.
  • Mən sənin bədəninə yox, ağlına heyranam.
  • Toplantım var, biraz gec gələcəm.
  • Tıxacdayam.
  • Telefonumun şarjı bitmişdi.
  • Səndən başqa qadını gözlərim görmür.
  • Zəng vurduğunu eşitməmişəm.
  • Təbii ki, sən ondan gözəlsən.
  • Sənə heç vaxt yalan danışmıram.
  • O qədər də bahalı deyil.
  • Keçmişdə yaşadıqların önəmli deyil.
  • Problem səndə deyil, məndədir.

Qadınların ən çox danışdığı yalanlar:


  • Fikirlərinə hörmət edirəm.
  • Başım ağrıyır.
  • Səndən başqa kişi mənə çəkici gəlmir.
  • Bu axşam qonşumgildəyik.
  • Əslində, o qədər də bahalı deyil.
  • Ucuz aldım, hələ endirim də etdilər.
  • 10 dəqiqəyə çatıram.
  • Bağışla, eşitməmişəm.
  • Mən bilmərəm.
  • Sənə yalan danışmaram.
  • Xarici görünüşün önəmi yoxdur.
  • Məndən daha yaxşılarına layiqsən.
  • Anan istədiyi qədər bizimlə qala bilər.
  • İndi heç kimlə danışmaq istəmirəm!