Qadınların əksəriyyəti uzun boylu kişilərlə münasibət qurmağı daha üstün hesab edir. Onlar üçün uzun boylu kişi ideal kişidir. Bəs onlar niyə bu cür fikirləşir? Bu məsələni araşdırmışıq.

1. Emosional tələblər


Qadınlar adətən hisləri ilə hərəkət edirlər. Özlərinə olan diqqəti duyğusal olaraq hiss etməyi arzulayırlar. Buna görə xüsusi güvənə ehtiyacları olur. Bu xüsusiyyətlərə cavab verən kişilərin məhz uzun boylu kişilər olduğunu düşünürlər.

2. Uyğun görünüş


Universitetdə, kafedə, küçədə ən çox uzun boylu kişilər diqqəti cəlb edirlər. Uzun boylu kişilərin sayının az olması fərqlilik xüsusiyyəti kimi düşünülə bilər. Buna görə də qadınlar uzun boylu kişilərə meyl göstərirlər.

3. Cinsi arzular


Uzun boylu kişinin bir çox şeyə gücünün yetəcəyi düşünülür. Belə kişilərin özlərinə olan hədsiz inamları cinsi həyatlarına da müsbət təsir edir. Qadınlar buna görə uzun boylu kişiləri üstün tuturlar.

4. Dürüstlük


Bəziləri qısa boylu insanların yaxşı fikirlərə sahib olmadığını düşünür. Uzun boylu insanların isə saf, təmiz ürəkli olduqları deyilir. Uzun boylu insanlar daha yaxın dost və ya həyat yoldaşı ola bilir.

5. Cəlbedicilik


Qadınlar uzun boylu və əzələli kişiləri daha cəlbedici hesab edirlər. Sısqa bədənli kişilər qadınlara xoş təsir bağışlamır.