Qız bürcündən olan insanlar bəzi tipik xüsusiyyətləri ilə seçilirlər. Özünəməxsus və cazibədar ünsürlərə sahib olan qız bürcü, digər bürcləri öz fərqlilikləri ilə qısqandırır. Qız bürcü nümayəndələrinin əsas xüsusiyyətləri aşağıdakılardır.

1. Vasvasılıq dərəcələriçox yüksəkdir


Bürc aləmində vasvasılığı ilə məşhur olan qız bürcünün nümayəndələrini evinin təmizliyindən, həm də geyimindən tanıya bilərsiniz. Ancaq təmiz olmaq o demək deyil ki, daim təmizliklə məşğul olurlar. Onların təmizlik anlayışı yaşadığı mühiti təmiz saxlamaq istəyindən irəli gəlir.

2. Ambisiyaları və uğurları işində də özünü göstərir


Qız bürcünün dözə bilməyəcəyi başqa bir şey də uğursuzluqdur. Çünki bu bürcdən olan insanlar olduqca iddialıdırlar. İstədiklərini əldə etmək üçün çox çalışırlar.

3. Güclü görünsələr də, kövrəkdirlər


Qız bürcünün nümayəndələri olduqca həssas və kövrək olurlar. Bu həssaslıqlarına görə onları nəyin və hansı hadisənin ağrıtdığını anlamaq çox çətindir.

4. Zahirən sirli bir rəftar sərgiləyirlər


Qız bürcündən olan birini kənardan sirli rəftarı ilə də tanıya bilərsiniz. Hamının sevgisini qazanmaq istəmədikləri üçün özləri barədə çox danışmağı sevmirlər. Ancaq sirli olmağı xoşladıqları da düzgün bir təsbit ola bilər.

5. Kiçik detallara çox önəm verirlər


Qız bürcündən olan insanlar təfərrüatlara və detallara çox aludə olurlar. Hər bir mövzu üzərində düşünərək bəyəndiyi insanlardan fikirlər alır, fikirləri ölçüb-biçir və özlərinə uyğun olan fikri həyata keçirməyə qərar verirlər. Lakin həyata keçirmə prosesində də düşünməyə davam edirlər.

6. Münasibətlərində inam xüsusi rola malikdir


Qız bürcü insanı güvənə əsaslanan dostluq, sevgi və ailə münasibətləri qurur. Kənardan baxanda onun soyuqqanlı bir insan olduğunu düşünə bilərsiniz. Lakin qız bürcünün nümayəndələri əsla bir insanı tanımadan ona güvənmirlər. Qız bürcündəb olan biri ilə tanış olacaqsınızsa, ona özünüz kimi davranmağı unutmayın. Çünki onun inamı ən xırda yalanlarla belə sarsıla bilər.

7. Qız bürcünün insanları intellektual təfəkkürə malikdirlər


İntellektləri sayəsində öhbət etdiyi hər insana təsir edə, onu təəccübləndirə bilərlər. İntellektual təfəkkürləri onları hər mühitdə fərqli edə bilir.

8. Şirin, sərt, qəmgin, narazı və tez darıxandırlar


Onların bu fərqli xüsusiyyətləri sizi qorxutmamalıdır, çünki öz sevdikləri ilə çox səbirli, itaətkar davranırlar. Özlərinə yaxın gördükləri insanlarla yaxşı ünsiyyət qurmağı bacarırlar.

9. Duyğusaldırlar, amma təklikdə ağlayırlar


Ciddi və sirli görünüşün altında əslində emosional bir insan dayanır. Duyğularını zahirən göstərməyi sevmədikləri üçün qeyri-səmimi görünə bilərlər, lakin əslində üzüldükləri hər şeyi düşünərək təklikdə ağlayırlar.

10. Həyatlarında əsaslı dəyişiklikləri sevmirlər


Qız bürcünün nümayəndələri hər şeyi bir andaca dəyişməyə meyl etmirlər. Uyğunlaşmaqda çətinlik çəkmirlər, amma eyni detalları düşünərək yeni nizam yaratmağa çalışmırlar.

11. Yalanı sevmirlər və dürüstlük onlar üçün bu həyatda ən əhəmiyyətli şeylərdən biridir


Hər şeyi doğru və dürüstlüklə uyğun bir şəkildə söyləməyi sevirlər. Çoxlu dostları olmur. Olan dostlarına çox sadiqdirlər. Yalançı, ikiüzlü adamlardan kənar gəzirlər.