Dünya ulduzu Rihannanın az qala hər hərəkəti gündəmi zəbt edir. Bu məqaləmizdə Rihannayla bağlı ən qeyri-adi 19 məlumatı təqdim edəcəyik.

Rihanna Barbadosdandır. 16 yaşında başlayan karyerası "Grammy"dən "Brit" mükafatlarına qədər önəmli platformalarda uğurlu olub. "Qara Madonna" olmaq istəyən Rihanna çox çalışıb. Dünyada ən çox bəyənilən ifaçılardandır.

19. Rihanna onun ikinci adıdır
Rihannanın əsl adının Robyn Rihanna Fenty olduğunu bilirsiniz? Ulduz olduqdan sonra adını qısaldıb.



18. O, bir musiqi dahisidir
Rihanna oxumağa 7 yaşından başlayıb. Məktəbdə 2 rəfiqəsiylə musiqi qrupu yaradıb. İndisə milyonların sevimlisidir.


17. Səhnəyə çıxmazdan əvvəl spirtli içki qəbul edir
Bəli, Rihanna səhnəyə çıxmaq ərəfəsində vodka və ya tekila içdiyini etiraf edib. Belə performansının daha yaxşı olduğunu söyləyir.


16. Barbadosda "Rihanna günü"
Rihanna əslən barbadosludur. Burada Rihannanın doğulduğu gün (fevralda) milli bayram kimi qeyd olunur.


15. "Şeytan çıxarma" ayininin şahidi olub
Rihanna uşaqkən rəfiqəsigildə "şeytan çıxarma" ayinini əyani görüb və o vaxtdan bəri ruhlardan qorxur.


14. Ronald Fenty
Depoda işləyən atası Ronald Fenty narkotik istifadəçisi olub. 14 yaşındaykən valideynləri ayrılan Rihanna atasının evdə kokain çəkdiyini görüb.


13. Yemək sevdalısı
Rihanna gözəl görünüşünə baxmayaraq, çox yeməyi sevir. Olduğu hər yer sevimli qidaları ilə zəngin olur. Son vaxtlar kökəlməsi də çox yeməsi ilə əlaqələndirilir.


12. Komuflyajla heyranları arasında gəzir
Rihanna bəzən konsertindən əvvəl gizlincə insanların arasında gəzməyi sevir. Onlardan enerji alır. Əlbəttə bu zaman ətrafında cangüdənləridə olur.


11. Tərsinə yazılmış döymə
Rihannanın "əsla uğursuzluq yox, hər zaman dərs" anlamı verən döyməsi var. Döyməni ona görə tərsinə vurdurub ki, güzgüyə baxanda onu rahat oxuya bilsin.


10. Jay-Z onu ilk görüşdəcə kəşf edib
"Def Jam" şirkətini rəhbəri Jay-Z Rihanna ilə tanış olduğu gün onunla müqavilə bağlayıb.


9. Açıq-saçıq geyinməyi qadağan olunub
Əməkdaşlıq etdiyi "Riri" şirkəti karyerasının ilk illərində açıq-saçıq geyinməyi qadağan edib. Geyimindən tutmuş makiyajına qədər hər şeyinə qarışılması Rihannanı bezdirib.


8. Ən sevdiyi mahnısı
Rihannanın ən sevdiyi mahnısı "Umbrella" idi, ta ki "Diamonds" dünyada məşhurlaşana qədər.


7. Katy Perry ilə rəfiqədir
Kety PerryRihanna yaxın rəfiqədirlər. Katynin toyunda Rihanna nədimə olmalı idi, lakin çəkilişlərə görə Hindistandakı toyda iştirak edə bilmədi.


6. Chris Brown ilə münaqişə
Chris Brown ilə bir müddət sevgili olan Rihanna 2009-cu ildə Chrisin telefonunda başqa bir qadının yazdığı mesajı oxuyur. Mübahisə yaranır və Chris Rihannanı döyür.


5. 7 ədəd mumdan düzəldilmə heykəli var
Rihannanın Madam Tüsso muzeyində 7 ədəd mumdan heykəli var. Bu onun uğurunun isbatıdır.


4. Ən təsiredici insan
Rihanna 2012-ci ildə "Time" dərgisinin "Dünyadakı ən təsiredici 100 insan" siyahısında 20-ci yeri tutub.


3. Sığortalı ayaqlar
Rihanna 2007-ci ildə "Gillet"in "Bir tanrıçanın məşhur ayaqları" mükafatını qazanıb və bundan sonra ayaqlarını 1 milyon dollara sığortaladıb.


2. 23 döymə
Rihannanın bədənində 23 döymə var. Ən çox tərsinə yazılmış döyməsini sevir.


1. Bikini nahiyəsini təmizlətməsi
Rihanna açıqlamasında bikini nahiyəsini yaşlı və ingiliscə bilməyən insana təmizlətdirdiyini bildirib. Səhnəyə açıq geyimlərlə çıxan birinin bundan utanması qəribədir.