Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə imkan verdiyi üçün xoşbəxtliyimizə və motivasiyamıza çox mühüm təsir göstərir.

Ancaq insan aşiqkən nə qədər xoşbəxt olsa da, bir o qədər həssas və şübhəli olur. Bəlkə də bunun əsas səbəbi bu hissi və onun yaşatdığı özgüvən duyğusunu itirmək qorxusudur.

Sevgi və şübhə əkiz qardaş olduqları üçün aşiq adamın beynində belə bir sual dolaşır: hələ də mənə aşiqdir, ya yox? Boş yerə düşünməyin, bəzi davranışlar var ki, qarşıdakı insan nə desə də, onun hisslərini ortaya çıxarır.

Aşiqdir


Əgər o sizin nə etdiyinizlə maraqlanırsa... Əgər işinizin necə getdiyi ilə maraqlanırsa, itinizin necə olduğunu soruşursa, dərs cədvəlinizi əzbərləyirsə... O, sizə aşiqdir.

Aşiq deyil.

Planları qeyri-müəyyəndirsə... Dostlarının yanında olmaq üçün sizinlə qurduğu planları dəyişirsə və ya ləğv edirsə... O, sizə aşiq deyil.

Aşiqdir.

Əgər hobbilərini bölüşürsə, sırf sizi sevindirmək üçün üç saatlıq operaya gəlirsə, sizinlə birlikdə olmaq üçün etdiyiniz fəaliyyətlərə qatılırsa... O, sizə aşiqdir.

Aşiq deyil.


Xəstələndikdə halınızla maraqlanmırsa, sizə vaxt ayırmırsa... O, sizə aşiq deyil. Bəzən sadəcə nə etdiyinizlə maraqlandığı üçün, bəzən işinizdən, dostlarınızdan, həyatınızdan və ya dünyada baş verənlərdən danışmaq üçün, bəzən də sadəcə darıxdığı üçün zəng edirsə... O, sizə aşiqdir.

Aşiq deyil.

Münasibətinizi gizli saxlayırsa, sizi həmkarları ilə getdiyi görüşlərə dəvət etmirsə, ailəsi ilə tanış etmirsə... O, sizə aşiq deyil.