Həyatınızı sevdiyiniz biriylə davam etmək həm çətin, həm də xoş bir seçimdir.

Əlbəttə, hər eşq xoşbəxt sonluqla nəticələnmir. Əlaqənizin sağlam olması üçün aşağıdakı amillərə diqqət yetirin.

1. Ən azı bir ortaq hobbiniz olmalıdır.

Şəxsi maraqlarınızdan savayı, sevgilinizlə birgə etdikdə zövq ala biləcəyiniz məşğuliyyət olmalıdır. Birlikdə idman etmək və ya film izləmək buna aiddir. İkilikdə hobbi seçin və buna sadiq qalın. Əylənərək birgə vaxt keçirmək lazımdır.

2. Bir-birinizin şəxsi sahələrinizə hörmət bəsləyin.

İdeal eşq münasibətlərinin sirlərindən biri də cütlüklərin bir-birilərinin peşələrinə hörmət etmələri və onlara iş, fəaliyyət sərbəstliyi yaratmaqdır.

3. Birlikdə gəzmək və tətilə çıxmaq üçün vaxt ayırın.

Həftə sonları birlikdə qaçmaq, dağda, dəniz sahilində addımlamaq gərəkdir. Əsas olan keyfiyyətli vaxt keçirmək, gündəlik qayğılardan uzaqlaşmaqdır.

4. Böyüklərin həmişə tövsiyə etdiyi kimi, yatağa küsülü girməyin.

Probleminiz varsa, onu dərhal həll edin. Gözləməyi üstün tutmayın. Kin saxlamaq münasibətlərə zərbə vurur.

5. Gündə azı bir dəfə "səni sevirəm" deyin.

Bu sadə görünsə də, həyatınızda önəmli rol oynayır. Bir-birinizi sevdiyinizi göstərmək sizi daha çox yaxınlaşdıracaq.

6. Bir-birinizdən müstəqil həyatınız olsun.

Fərqli hobbi və məlumatlara sahib olmaq, özünüzə ais müstəqil həyatınızın olması vacibdir. Partnyorunuzun fikir, düşüncə baxımından sizdən asılı olmadığını unutmayın.

7. Yeməyi birlikdə yeyin.

Bu, keçirəcəyiniz zaman baxımından önəmlidir. Oturub telefonla oynamayın. Bir-birinizə diqqət yetirin, günün necə keçdiyini soruşun. Həftə sonuyla bağlı planlar qurun.

8. Bir-birinizin xəyallarını dəstəkləyin.

Xoşbəxt cütlüklər bir-birinin arzularını dinləyərlər. İşlər yaxşı getmədikdə bir-birinə dəstək olarlar.

9. İnam hissini gücləndirin və qısqanclıqdan əl çəkin.

Etibarsız münasibət çox davam gətirməz. Çox qısqancsınızsa, sevgilinizlə ciddi problem yaşamadan bunu yoluna qoyun. Partnyorunuz qısqanc olmağınıza zəmin yaradırsa, durumu əhatəli dəyərləndirin.

10. Bərabər böyüyün, yaşlanın.

İllər keçdikcə yaşlanarkən sevdiyinizin əvvəlkiylə müqayisədə fərqli göründüyünü hiss etmək iztirablıdır. Böyümək, qocalmaq həyatın təbii halıdır. İkiniz də bu prosesi eyni şəkildə keçməlisiniz.


11. Ev işlərini birgə görün.

Bütün işi bir nəfərin üstünə atmaq olmaz. Ev işlərini siyahıya alın və kimin hansı işi görəcəyini razılaşdırın. Siyahını gözgörən yerdə saxlayın. Beləcə, ev işləri ilə bağlı problem yaranmaz.

12. Kiçik jestlərə önəm verin.

Bu çox romantik olacaq. İçdən, düşüncəli davranış hər ikinizə xoş anlar yaşadacaq.