“Yandex” şirkətinin analitikləri 2019-cu ildə saytın axtarış sistemində ən çox adları yazılan şəxslərin siyahısını açıqlayıb.


İstifadəçilər Ukrayna Prezidenti Vladimir Zelenski, oyun dizayneri Hideo Kojima, ekoloq fəal Qreta Tunberq haqqında daha çox axtarış ediblər.


Adları mütəmadi axtarılanların siyahısında müğənni Billi Ayliş və tanınmış rusiyalı müxalifətçi Lyubov Sobol da var.

Vəfat edən şəxslərdən isə müğənni Yuliya Naçalova, reper Kiril Tolmatskiy və jurnalist Sergey Dorenko -nun adları istifadəçilər tərəfindən daha çox yazılıb.


Dünyada baş verən hadisələr sırasında isə Ukraynadakı seçkilər, Parisin Notr-Dam kilsəsində baş verən yanğın “Yandex”dən istifadə edənlərin daha çox diqqət mərkəzində olub. 

oxu.az