15 ən yaxşı dedektiv filmləri

Maraqlı dedektiv filmləri, ən çox izlənən dedektiv filmləri, dedektiv janrında ən yaxşı filmlər bir məqalədə topladıq.

Sirliqorxulu səhnələriylə diqqət çəkən ən yaxşı detektiv filmlərinin siyahısını hazırlamışıq. IMDb balı yüksək olan filmlər böyük izləyici kütləsi qazanıb. Həmin 15 filmi təqdim edirik.

Film izləməkdənsə kitab oxumağı üstün tutursunuzsa Detektiv janrında yazılmış ən yaxşı kitablar adlı məqaləmizə nəzər yetirə bilərsiniz.

1. The Pink Panther (2006) - IMDb: 5,7

The Pink Panther

Fransada baş verən bir cinayət və oğurluq hadisəsinin əlaqəli olduğunu düşünən polislər şəhərin ən yaxşı dedektivini bu işə cəlb etmək istəyirlər, ancaq səhv nəticəsində vəzifə müfəttiş Jacques Clouseauya verilir. Bununla da hər şey qarışır.

Treyler

2. Murder on the Orient (2017) - IMDb: 6,5

Murder on the Orient

Kenneth Branaghın rejissoru olduğu filmdə baş rolu onun özü ifa edib. Filmdə 1930-cu illərdə İstanbuldan Parisə səfər edən qatarda baş verən cinayətdən bəhs olunur. Məşhur belçikalı detektiv Hercule Poirot da orada olur. O, yolboyu cinayətkarı tapmaq üçün araşdırmalar, sorğular aparır.

Treyler

3. Ace Ventura (1994) - IMDb: 6,9

Ace Ventura

Vəzifəsi itmiş və oğurlanmış heyvanları tapmaq olan xüsusi detektiv Ace Ventua "Miami Dolphins" komandasının oğurlanan maskotunu tapmağa çalışır. Snowflakeni tapmaq üçün hərəkətə keçən Ace Ventura macəra dolu dəqiqələr yaşayır. Filmin baş rolunda Jim Carrey çəkilib. Rejissoru Tom Shadyacdır.

Treyler

4. Angel heart (1987) - IMDb: 7,3

Angel heart

Məşhur rejissor Alan Parkerin filmində baş rolları Mickey Rourke, Robert De Niro və Lisa Bonet canlandırıb. Sirli bir adamdan aldığı iş əsnasında hərəkətə keçən detektiv Hary Angel bir sıra fövqəladə hadisələrlə rastlaşır. Onu cinayətdə günahlandırsalar da, vəzifəsinə davam edir.

Treyler

5. Av Mevsimi (2010) - IMDb: 7,4

Av Mevsimi

Türkiyənin ən yaxşı filmlərindən olan "Ov mövsümü"ndə Şener Şən, Cem Yılmaz, Okan YalabıkÇetin Tekindar kimi aktyorlar rol alıb. Filmdə təcrübəli polis Ferman və Deli İdris gən qızın cinayətini araşdırırlar. Cinayət masasının "Ovçu" ləqəbli nümayəndəsi olan Battal Çolakzade də də filmdə xüsusi iz qoyub.

Treyler

6. Sherlock Holmes: A Game of Shadows (2011) - IMDb: 7,5

Sherlock Holmes: A Game of Shadows

Rejissor Guy Ritchienin filmində baş rolları Robert Downey Jr., Jude Law və Noomi Rapace ifa ediblər. Sherlock Holmes və dostu Dr. Watsonun macəraları təsvir olunub. Moriarty təhlükəli planını reallaşdırmaq istəyir, Sherlock onun izinə düşür.

Treyler

7. The Life of David Gale (2003) - IMDb: 7,6

The Life of David Gale

Kevin Spacey məşhur universitetin professorudur. Ancaq bəzi cinayətlərə görə həbs olunur. Kevinin son günlərində ondan müsahibə almağa gələn jurnalist Kate Winslet onun günahkar olduğunu anlayır və edama qədər hər şeyi ortaya çıxarmaq istəyir.

Treyler

8. Gone Baby Gone (2007) - IMDb: 7,6

Gone Baby Gone

Tanınmış rejissor və aktyor Ben Affleckin filmində Caley Affleck, Michelle Monaghan və Morgan Freeman kimi aktyorlar rol alıb. 4 yaşlı Amanda adlı qız itkin düşür. Şəhərin ən yaxşı dedektivləri olan Patrik Kenzie və Angie Gennaro işə cəlb olunur. Onlar qızı tapmaq üçün çalışırlar, narkotik alverçiləri ilə mübarizə aparırlar.

Treyler

9. Zodiac (2007) - IMDb: 7,7

Zodiac

Filmin rejissoru David Fincherdir. Baş rollarda Jake Gyllenhaal, Mark Ruffalo və Anthony Edwards çəkiliblər. San-Fransisko küçələrində dəhşət yaradan silsilə qatili tapmaq istəyən 4 polisdən bəhs olunur. Filmi izləməyiniz tövsiyə olunur.

Treyler

10. The Girl With the Dragon Tattoo (2011) - IMDb: 7,8

The Girl With the Dragon Tattoo

Filmdə Rooney Mara, Daniel CraigChristopher Plummer kimi aktyorlar rol alıb. İsveçli iş adamının sevimli qohumunu tapmaq üçün hərəkətə keçən Blomksvit və Lisbethin macəralarından bəhs olunur. Filmin rejissoru David Fincherdir.

Treyler

11. Prisoners (2013) - IMDb: 8,1

Prisoners

Filmdə baş rolları Hugh JackmanJake Gyllenhaal canlandırıblar. Dovers və Birches ailələri şükran bayramını qeyd edərkən ailənin iki azyaşlı üzvü itkin düşür. Axtarışlar nəticə vermir, gənc detektiv Loki məsələyə cəlb olunur. Uşaqların axtarışları davam etdirilir.

Treyler

12. L.A. Confidential (1997) - IMDb: 8,2

L.A. Confidential

Məşhur senarist Kim Basingerə Oscar qazandırsn filmdə Los-Ancels küçələrində baş verən cinayətlər polis idarəsini təngə gətirir. 3 nəfərlik qrup məsələni araşdırmaq üçün səfərbər olur. Ancaq bu 3 nəfər fərqli xarakterlərə və tərzlərə sahibdir. Baş rolları Kevin Spacey, James CromwellRussel Crowerol ifa ediblər.

Treyler

13. Chinatown (1974) - IMDb: 8,2

Chinatown

Məşhur rejissor Roman Polanskinin ən yaxşı filmlərindən olan "Chinatown"da ərinin onu aldatdığını düşünən qadının hekayəsi təsvir olunub. Filmdə Jack Nicholson, Fae Dunaway və John Huston kimi aktyorlar rol alıb. Ərinin ona xəyanət etdiyini düşünən Sessions bunu isbatlamaq üçün xüsusi detektiv Jake Gittesə güvənir. Detektiv tezliklə Molwray adlı qadınla kişinin fotolarını çəkir. Mulwrayın öldürülməsi hər şeyi alt-üst edir.

Treyler

14. The Silence of the Lambs (1991) - IMDb: 8,6

The Silence of the Lambs

Filmin rejissoru Jonathan Demmedir. FBI agentinin silsilə qatili tutmaq üçün səy göstərməsindən bəhs olunur. Dedektiv Claire bu tapşırığın öhdəsindən gələ bilmək üçün digər bir qatil olan Hannibal Lecter ilə iş birliyi edir.

Treyler

15. Se7en (1995) - IMDb: 8,6

Se7en

Brad Pitt, Morgan FreemanGwyneth Paltrowun baş rollarda rol aldığı filmin rejissoru David Fincherdir. İki dedektiv silsilə qatili ələ keçirmək üçün çalışırlar. Qatil öz qurbanlarını xristian inanclarına görə 7 böyük günah edən insanlardan seçir.

Treyler

Məqaləyə emosiya bildir:
3 il əvvəl
10449 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 959
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5690
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 12 ay əvvəl
  • 1742
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2368
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6850
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2519