2022-ci il üçün vacib astroloji tarixlər
2022-ci ilin ilk iki ayını geridə qoyduqdan sonra sevginin yüksələcəyi bir zamana girəcəyik. Bu dönəmdə qəlbimizi başqalarına aça və vacib dəyişiklərin olmasını gözləyə bilərik.
Venera retroqradı
2022-ci il Venera retroqradının ortasında başlayır. Sevgi və pul planeti 19 dekabr 2021-ci ildə geri dönməyinə başlayıb və 29 yanvar 2022-ci ilə qədər oğlaq bürcündə irəliləməyə davam edəcək. Venera Yerin əksi istiqamətdə hərək etdiyindən, bu proses durğunluq, inamsızlıq qəlb qırğınlığı və maliyyə çətinliyi yarada bilər. Venera geriləməsi zamanı hər şeyin o qədər də pis olmayacağını unutmayın. Münasibətlər arasında daha dərin bağlar qurmaq şansı yarana bilər. Bu isə ortaq iş və əziyyət tələb edir.
Venera ulduz nöqtələri
Venera ulduz nöqtələri Günəş və Venera göy üzündə sürətləndikdə və beş guşəli bir ulduz yaratdıqda meydana gəlir. Bu, duyğularımızı və arzularımızı artıran, bizi başqaları ilə daha məhsuldar və səmimimünasibətlər qurmağa sövq edən mistik bir enerjidir.
2022-ci ilin ilk Venera ulduz nöqtəsi 8 yanvarda Venera rettoqradı zamanı Oğlaq bürcündə reallaşacaq. Bu, romantik anlara və ya meditasiya kimi fəaliyyətlərə baş vurmaq üçün ideal zamandır.
2022-ci ildəki ikinci Venera ulduz nöqtəsi isə 22 oktyabrda payız bərabərliyi zamanı tərəzi bürcündə reallaşacaq. Bu Venera ulduz nöqtəsi anaretik dərəcə kimi adlandırılan 29 tərəzi dərəcəsində baş verir. Tərəzinin bu bucağı astrologiyada Yanmış Yol adlandırılır və 15 dərəcə tərəzi ilə 15 dərəcə əqrəb arasındakı bir qrup ulduzla üst-üstə düşür.
Venera və Mars görüşməsi
Həssas Venera ilə macəranı sevən Mars 2022-ci ildə iki dəfə qovuşacaq. Dünyaya yaxın iki planet vahid bürcdə birləşdikdə romantizm və maliyyə mövzuları aktuallaşır. Sosiallaşmaq, romantikaya meyllənmək istəyirik. Həmçinin özümüzə inamımız da yüksəlir.
Bunlardan birincisi 12 fevralda oğlaq bürcündə reallaşacaq. Bu kombinasiyada Mars oğlaq bürcündə yüksəldiyi üçün daha güclü olacaq. Ortaqlıqların gələcəyi və maliyyə planlaması ilə bağlı qərarlar verməyə çalışacağıq. Özümüzü harada görmək istəyirik? Doğru insanla birlikdə yaşayırıqmı? İnvestisiya qoymağın ən sərfəli yolu hansıdır? Bu suallara bu dövrdə cavab tapacağıq.
İkınci Venera və Mars görüşməsi 12 martda dolça bürcündə baş tutacaq. Bu zaman özümüzü rahat hiss edəcəyik. Vacib qərarlarımızı vermiş olacağıq.
Merkuri retroqradı
2022-ci ildə bizi dörd Merkuri retroqradı gözləyir. Bu, ünsiyyət problemlərinin, səyahət qayğılarının və texnoloji axsamaların normaldan çox olacağı anlamına gəlir. Duyğularınızı doğru ifadə edə bilmək üçün sizə deyilənlərə diqqət edin.
14 yanvar - 3 fevral dolça və oğlaq bürcündəki ilk geriləməyə işarə edir. Bu geridönüş Venera retroqradının ortasında başladığı üçün keçmiş sevgililər geri qayıda bilər və ya sevgi və pul mövzusunda müvəqqəti həyəcanlanmalar yaşana bilər.
10 mart - 3 iyun tarixləri arasında əkizlər və buğa bürcündə ikinci retroqrad hərəkəti reallaşacaq. Yeni addımlar atmaqa bağlı qorxularımız olmadığı üçün bəzi səhvlər edə bilərik. Üçüncü retroqrad 9 sentyabr - 2 oktyabr tarixləri arasında tərəzi bürcündə baş tutacaq və geriyə doğru qız bürcünə keçəcək. Bu geriləmə ilə başqalarıyla münasibətdə daha açıq və qəti olacağıq.
Dördüncü və sonuncu retroqrad 29 dekabrdan 18 yanvar 2023-cü ilədək oğlaq bürcündə reallaşacaq. Etmək istədiklərimiz üçün bəs qədər vaxtımızın olmadığını düşünə bilərik ki, bu da yeni planlamaları özü ilə bərabərində gətirəcək.
Yupiter və Neptunun bağlantısı
Şanslı Yupiter və xəyalpərəst Neptun 12 apreldə balıq bürcündə görüşəcək. Bu, sevgi üçün önəmli bir gündür. Bu zaman romantikaya aludə olacaq və qəlbimizi sevgiyə açacağıq.
Yupiter
Yupiter ilə balıq bürcündə başlayır. Daha sonra 10 mayda qoç bürcünə girəcək və 22 oktyabra qədər orada qalacaq. Bu keçid bizi bir az eqoistləşdirə bilər, amma hədəflərimizə çata biləcəyik. Yupiter 28 oktyabrdan 20 dekabra qədər balığa yenidən qayıdır. Bu dönəm özüylə mistisizmi və şəfqəti gətirəcək. Daha sonra Yupiter 20 dekabrdan 16 may 2023-cü ilədək qoç bürcünə geri dönür.
Ay qovşaqları dəyişir
Ay qovşaqları hər ilyarımda bir bürc dəyişir. Bu, tutulmaları müəyyən etdiyindən, bizə gətirilən enerjidə də rol oynayır. Ay qovşaqları 18 yanvarda buğa-əqrəb istiqamətinə keçəcək və qarşıdakı ilyarım ərzində bu iki bürcdə qalacaq. Bu da başqalarıyla aramızdakı divarları uçurmağa kömək edə bilər.
Şimal qovşağı həyatımızda nələr çəkdiyimizi göstərən buğada olacaq. Bu, ortaqlıqlar qurmaq üçün doğru zaman ola bilər. Bu dönəm həm də yaradıcılığınız artacaq. Keçmişdən əl çəkin və bu gününüzü yaşayın. Cənub ay qovşağı isə əqrəb bürcünə keçəcək. Bu isə uğurlu olmaq istədiyimiz mövzularda daha taktiki irəliləyiş ehtiyacı yarada bilər.
Uran və Şimal qovşağı bağlantısı
Uran və Şimal qovşağı 31 iyulda bağlantı qurur. Bu durum iqtisadiyyatda, siyasətdə, qida tədarüki formasında və ətrafımızda radikal dəyişiklik yarada bilər. Bu dönəmlər dünyanın gələcəyə doğru hərəkət etdiyi zamandlardır.
2022-ci ildəki tutulmalar
2022-ci ildə dörd tutulma olacaq. Tutulmalar, məsələləri gün işığına çıxardıqları və daha əvvəl görmədiyiniz şeylərə işıq tutduğu üçün zamanın əlamətləridir. Tutulma yaşandıqdan sonra hərəkətə keçmək gərəkdir. 30 apreldə buğa bürcündə bir günəş tutulması meydana gəlir. Bu tutulma münasibətləri inkişaf etdirmək, istədiyimiz həyatı qurmaq və yeniliklər yaratmaq üçün bacarıqlarımızı tətikləyir.
16 mayda əqrəb bürcündəki ay tutulması bəzi əlaqə problemləri yarada bilər, buna görə duyğularımızla bağlı dəqiq və qəti olmağımız önəmlidir.
25 oktyabr əqrəb bürcündəki günəş tutulmasını gətirərək dəyişikliyə, inkişafa təşviq edəcək. Bu, gözlədiyimiz böyümə anıdır.
8 noyabrda buğa bürcündəki ay tutulması isə bizi eqomuzu bir kənara qoymağa və sevdiklərimizə diqqət kəsməyə vadar edəcək.
Mars retroqradı
Mars retroqradı iki ildən bir baş verir. Bu qaynar planet enerjimizi, ehtirasımızı və özümüzü müdafiə etmək formamızı təmsil edir. Geri dönərkən isə titrəyişi bizi yorur və normaldan daha passiv hala gətirir. Geri hərəkət 30 oktyabrda əkizlər bürcündə başlayır və 12 yanvar 2023-cü ildə bitir, mars geriləməsi əkizlərdə olduğu üçün sözlərimizi dügün işlətməyə və mövzulara qarşı etinasız yanaşa bilərik. Qayğılar azalıb-artacaq, amma ağıl işlədərək sitəklərimizi həyata keçirə bilərik.
Məqaləyə emosiya bildir:
3234 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)