2022-ci ilin ən şanslı bürcləri hansılar olacaq?

Bərəkətin, uğurun və bərəkətin planeti Yupiter 2022-ci ildə balıqlar bürcündə reallaşacaq bir illik səyahətə başlayır. Hər bürcün şanslı olduğu sahə dəyişəcək. Yupiter hər il bir bürcdə səyahət edir və bizə səyahət etdiyi bürclə bağlı şans verir. 12 ildən bir gələn bu şans özünü bolluqla, bərəkətlə, uğurlarla biruzə verir.

2022-ci il qoç bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il qoç bürcü

Qoç bürcünün nümayəndələri 2022-ci ildə şəfa tapacaq və həmçinin bir bacarıqlarını kəşf edəcəklər. 2022-ci ilə növbəti il üçün hazırlıq kimi baxa bilərlər. Yeni ildə çoxlu meditasiya etməli, ürəklərinin səsini dinləməlidirlər. Ən son nə zaman belə bir il yaşadıqlarını anlamaq üçün 12 il əvvələ qayıda bilərlər.

2022-ci il əkizlər bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il əkizlər bürcü

Əkizlər bürcünün nümayəndələri kariyeraları mövzusunda son 12 ilin ən şanslı dönəminə girirlər. Yorulduqlarını, sıxıldıqlarını deməməlidirlər. Kariyeraları ilə bağlı addımlar atmalıdırlar.

2022-ci il buğa bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il buğa bürcü

2022-ci il buğa bürcünün nümayəndələri xəyallarına çatmaq üçün mühüm addımlar atacaq. Xəyal qurmaqdan çəkinməsinlər, çünki belə bir şanslı il bir də 12 il sonra qarşılarına çıxacaq. Xəyalları ilə bağlı kiçik də olsa addımlar atmalıdırlar.

2022-ci il xərçəng bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il xərçəng bürcü

2022-ci ildə xaricdə yaşamaq istəyən, böyük karyera qurmağı planlaşdıran, səyahətə çıxmağı hədəfləyən xərçəng bürcünün nümayəndələri istədiyi dəstəyi ala biləcək. Kitab yazmaq istəyən, prodüserliklə bağlı xəyalları olan xərçənglər əllərinə düşən fürsətlərdən yararlanmalıdır.

2022-ci il şir bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il şir bürcü

Şir bürcünün nümayəndələri 2022-ci ildə investisiyalarının qarşılığını görəcəklər. Gözəl kredit imkanları yaxalaya bilərlər. Miras kimi mövzular gündəmlərində olacaq.

2022-ci il qız bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il qız bürcü

2022-ci il qız bürcünün nümayəndələri evlilik və ortaqlıq mövzusunda uğurlu olacaq. 12 illik gözləntilərinin qarşılığını görəcəklər. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalıdırlar. Evlilikdəki bütün problemləri yoluna qoyub hüzura nail ola bilərlər.

2022-ci il tərəzi bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il tərəzi bürcü

Tərəzi bürcünün nümayəndələri 2022-ci ildə iş ortamlarını dəyişdirə bilərlər. Sağlamlıqları ilə bağlı gözəl xəbərlər alacaqlar. Yeni ildə onları gözər imkanlar gözləyir. Öz işini qurmaq və ya iş yerini dəyişdirmək istəyən tərəzilər hazırlıqlı olmalıdır.

2022-ci il əqrəb bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il əqrəb bürcü

2022-ci il əqrəb bürcünün nümayəndələri eşqlə bağlı şanslı olacaqlar. Onları əyləncəli, rəngarəng bir il gözləyir. Uzun illər sonra 2022-ci ilin onlar üçün yaddaqalan olduğunu xatırlayacaqlar. Evli olanlar isə övlad mövzusunda şanslı olacaqlar.

2022-ci il oxatan bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il oxatan bürcü

Oxatan bürcünün nümayəndələri 2022-ci ildə ev ala, ev dəyişdirə bilərlər. Bəziləri başqa şəhərə köçə bilərlər. Onların ailədaxili problemləri də sona çatacaq.

2022-ci il oğlaq bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il oğlaq bürcü

Oğlaq bürcünün nümayəndələri 2022-ci ildə səyahət, münasibət və təhsildə yeniliklərə imza ata bilərlər. Yeni insanlarla tanış olacaq, təhsil alacaqlar. Bəzi oğlaqlar ticarətə meyl edəcək. Burada uğur qazanmaq ehtimalları yüksəkdir. Bəzi oğlaqlar isə nələrsə yazıb insanlarla paylaşmaq istəyəcək.

2022-ci il dolça bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il dolça bürcü

2022-ci ildə dolça bürcünün nümayəndələrinin əsas gündəmi pul olacaq. Həm maddi, həm də mənəvi anlamda uğur qazanacaqlar. Yeni investisiyalar qoyacaqlar. Bu ilin dəyərini anlayacaqlar.

2022-ci ildə balıqlar bürcünün şanslı olacağı sahələr hansılardır?

2022-ci il balıq bürcü

Yupiter balıqlar bürcünə səyahət etdiyi üçün bu bürcün nümayəndələri hər mənada şansı olacaq. Əllərini haraya atsalar, şans və uğur orada olacaq. Addım atmaqdan, istəməkdən və tələb etməkdən imtina etməməlidirlər.

Məqaləyə emosiya bildir:
emotion
7
emotion
2
emotion
1
emotion
1
emotion
4
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 il əvvəl
4425 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (5)
Lalə~Şükürova (1 il əvvəl)
ailə~sahibi~olmaq~sevgilimlə·xoşbəxt~olmaq~istəyirəm
LALƏ~ŞÜKÜROVA (1 il əvvəl)
AİLƏ~QURMAQ~İSTƏYİRƏM
Zeyneb (2 il əvvəl)
Heyati
Zeyneb (2 il əvvəl)
Burc2022 cil
səma (2 il əvvəl)
Düz çıxdı mən salon açmağı fikirləşirdim bir neçə il idi ki axırki nail oldum bu yay açıram