Adası olan 10 məşhur

Həyatınız boyunca hər şeyin ən yaxşısına sahib olmaq istəyirsiniz. Kimi gözəl maşın, kimi isə dəbdəbəli ev arzulayır. Nəhəng evlər, super lüks avtomobillər və bankdakı pullar... Hamısı məşhurluğun verdiyi faydalardır. Şəxsi adaları olan məşhur insanları sizə təqdim edirik.

1. Ricky Martin - Angra dos Reis adası, Braziliya

Ricky Martin - Angra dos Reis

Dünyaca məşhur Puerto-Rikalı müğənni Ricky Martinin milyonlarla pərəstişkarı var. Martin, 2008-ci ildə Braziliya sahillərindəki Angra dos Reis adasını satın alıb. O, bu möhtəşəm təbii möcüzə üçün 8 milyon dollar ödəyib.

2. Shakira - Bonds Cay, Baham adaları

Shakira - Bonds Cay, Baham adaları

Livan əsilli kolumbiyalı müğənni Shakira, 90-cı illərin sonlarında sürətlə inkişaf edən Latın pop və Latin rok musiqisinin ən vacib simalarından biridir. Rəqqasə kimi də tanınan məşhur ulduz 2011-ci ildə Baham adalarından ada alıb. 500 hektarlıq təbii möcüzə üçün 15 milyon dollar ödəyib.

3. Marlon Brando - Tetiaroa adası, Tahiti adası

Marlon Brando - Tetiaroa adası, Tahiti adası

2004-cü ildə vəfat edən Oscar mükafatlı amerikalı aktyor Marlon Brando, adaya sahib olan məşhurlardandır. Film çəkilişi zamanı getdiyi adaya heyran olan Brando onu almaq qərarına gəlir. O, adada tanış olduğu qadınla evlənərək tamamilə fərqli bir dünya yaradır.

4. Michael Schumacher - Süni ada, Dubay

Michael Schumacher - Süni ada, Dubay

Michael Schumacher məşhur Formula 1 pilotudur. Bir neçə dəfə çempion olub. Dubayda yerləşən Süni adanı ona Dubayın vəliəhdi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum hədiyyə edib. Ada 7 milyon dollar dəyərindədir.

5. Angelina Jolie - Petra adası

Angelina Jolie - Petra adası

Hollivud ulduzu Angelina Jolie adanı keçmiş həyat yoldaşı Bred Pittin 50 yaşı olarkən alıb. Ada ürək formasındadır və ora yalnız helikopterlə getmək olur. 12 milyon dollar qiyməti olan bu təbii möcüzənin cütlüyün 2016-cı ildə ayrılmasından sonra taleyi naməlumdur.

6. Nicolas Cage – Leaf Cay adası, Baham adaları

Nicolas Cage – Leaf Cay adası

Romantik komediya, dram, fantastika və digər janrlarda çəkilmiş məşhur amerikalı ulduz Nicolas Cagenin də adası var. O, Baham adalarından 3 milyon dollara ada alıb.

7. Johnny Depp - Pound Cay adası, Baham adaları

Johnny Depp - Pound Cay adası

1980-ci ildə nəşr olunan "21 Jump Street" serialı ilə məşhurlaşan Johnny Depp, zaman keçdikcə Hollivudun ən məşhur simalarından birinə çevrildi. O, 2004-cü ildə 3.6 milyon dollara Baham adalarından ada alıb.

8. Leonardo Di Caprio - Blackadore Caye adası, Beliz

Leonardo Di Caprio - Blackadore Caye

Amerikalı aktyor və prodüser Leonardo Di Caprio, karyerasına 1990-cı ildə başlayıb. Tezliklə məşhurlaşan Di Caprio 2005-ci ildə Belizdəki adaya 1,75 milyon dollar ödəyib.

9. Mel Gibson - Mago adası, Fici

Mel Gibson - Mago adası

Avstraliyada doğulmuş amerikalı aktyor Mel Gibson, 2005-ci ildə Fici adalarından birinə sahib olmaq üçün 15 milyon dollar ödəyib. Adanın 5400 hektardan artıq ərazisi var.

10. Robin Williams - Pender limanı, Britaniya Kolumbiyası

Robin Williams - Pender limanı

2014-cü ildə vəfat edən məşhur amerikalı komediya ustası Robin Williams da ada alıb. Onun Pender Limanından aldığı milyon dollarlıq ada indi qohumları tərəfindən istifadə olunur.

Məqaləyə emosiya bildir:
2 il əvvəl
4110 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyənin 10 ən gözəl qadını
Türkiyədə yaşayan, gözəlliyi ilə gündəmdə olan və bir çox insanın rəğbətini qazanan...
  • 4 ay əvvəl
  • 609
BTS qrupu haqqında 20 maraqlı fakt
Son dövrün ən çox danışılan və maraq doğuran qrupu olan BTS-in milyonlarla...
  • 11 ay əvvəl
  • 2023
Cristiano Ronaldo haqqında 17 maraqlı fakt
Çox emosional xarakterə malik olan Ronaldo dininə bağlı bir insandır. Haqsızlığı sevmir,...
  • 1 il əvvəl
  • 2373
Emilia Clarke haqqında 10 maraqlı fakt
Çoxlarının “Game Of Thrones” serialından tanıdığı gözəl aktrisa Emilia Clarke kimdir?...
  • 1 il əvvəl
  • 1698
Britaniya kral ailəsi haqqında maraqlı faktlar
Britaniya kral ailəsi dəbdəbəli həyat tərzi və qeyri-adi mədəniyyəti ilə dünyanın ən...
  • 1 il əvvəl
  • 1886
Dünyanın ən zəngin 15 gənc milyarderi
Ən zəngin gənc milyarderləri sizə təqdim edirik. Onların sərvətinin ümumi dəyəri 196,1...
  • 1 il əvvəl
  • 2244