Aldadıldığımızı necə bilərik? 19 xəyanət ehtimalını sıraladıq!

Aldadılmaq, kişi-qadın münasibətlərində yaşamaq istəmədiyimiz şeylərdən biridir. Həyat yoldaşınız və ya sevgiliniz sizi aldadır? Bəs aldadıldığımızı necə bilək? Tamamilə əmin deyilsiniz ancaq eyni zamanda bir şey hiss edirsiniz.

1) Sevgiliniz və ya həyat yoldaşınız müxtəlif bəhanələrlə sizinlə daha az danışmağa və vaxt keçirməyə başlamışsa...

2) Qısa müddətdə yaşadığı duyğusal qarışıqlıq səbəbi ilə sizinlə davaya girərsə və davaları çox uzadırsa ...

xəyanət haqqında

3) Evə gec gəlməyə başlamışsa ...

4) Evdəki vəzifələrini və ya əvvəllər önəm göstərdiyi məsələlərə önəm vermirsə.

5) Əvvəllər istəklərinizə həssas olmayan sevgiliniz və ya həyat yoldaşınız birdən-birə istədiyiniz hər şeyi etməyə başlayıbsa...

6) Sizin üçün hədiyyə almayan həyat yoldaşınız və ya sevgiliniz ad gününüzü, toy ildönümünüzü, görüş ildönümünüzü unudan insan, hədiyyə almağa və sizə çiçək göndərməyə başlayısba...

hədiyyə vermək sevgiliyə

7) Müxtəlif bəhanələr gətirərək sizinlə daha az vaxt keçirməyə başlamışsa, sizinlə vaxt keçirən zaman onu tez bitirməyə çalışırsa, ani səbəblər ilə görüşlərdən qaçmağa başlayırsa...

8) Əvvəllər heç vaxt özünə göstərmədiyi şəxsi qayğıya vaxt ayırmağa başlamışsa...

9) Əvvəlki kimi cib telefonu ilə rahat deyilsə, yanınızdaykən telefonunu söndürürsə və ya səssizə atırsa, telefonunu əlinə alanda narahat olursa, mesajı və son zəng bölmələrini daima boş qoyursa...

Telefonla xəyanət

10) Daha öncə etmədiyi baxım mövzusuna diqqət etməyə başlamışsa...

11) Sizi və münasibətinizi başqaları ilə müqayisə etməyə başlayıbsa...

12) Məsuliyyətlərini əvvəlki kimi yerinə yetirməyə həvəsli deyilsə, məsələn əvvəl ev alış-verişinə birlikdə gedərkən, indi "Özün alarsan" deyirsə...

13) "Mən səni sevirəm" deyəndə cavab vermirsə, mehriban sözlərindən istifadə etmək mövzusunda xəsis olmağa başlayırsa ...

Aldadılmaq

14) Sürprizlərinizə həvəslə cavab vermirsə, hətta onlardan narazıdırsa...

15) Dostları ilə keçirdiyi vaxt çoxalıbsa, sizi artıq dostları ilə görüşə aparmırsa, evə qayıdanda da dostları ilə necə gözəl vaxt keçirdiyini danışırsa...

16) Səninlə müxtəlif bəhanələrlə daha az danışmağa və daha az vaxt sərf keçiməyə başlayıbsa...

17) Həmişə depressiyadaymış kimi özünü aparırsa, hər şeydən narazıçılıq edirsə,bədbəxt olduğunu deyirsə...

18) Xoş niyyətlə soruşduğunuz “günün necə keçdi?” sualına, ya da "bu gün nə etdin?" kimi sualları “sıxışdırılmaq” kimi qəbul edir və sərt cavablar verirsə...

19) Zəng etdiyiniz zaman zəng çatmırsa və ya telefonunu məşğul olarsa...

həyat yoldaşına xəyanət etmək

Böyük ehtimalla aldanırsınız. Ancaq yenə də açıq bir dəlil olmadan sevgilinizi və ya həyat yoldaşınızı günahlandırmayın.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
4957 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Sevgidir, yoxsa yox?
Mütəxəssislərin fikrincə, sevgi beynimizə serotonin (xoşbəxtlik hormonu) ifraz etməyə...
  • 8 ay əvvəl
  • 1052
Boşandıqdan sonra toparlanmaq üçün 3 məsləhət
Əvvəla, belə düşüncələrin olmasında bir qəbahət yoxdur. Önəmli olan qarşınıza...
  • 8 ay əvvəl
  • 962
Hər şeyə müsbət tərəfindən baxanların bezdirici 10 davranışı
Həyatdakı bir sıra problemlər insanların bu problemlər qarşısında aciz qalmalarına və...
  • 9 ay əvvəl
  • 1133
İdeal münasibətlər qurmaq üçün tövsiyələr
Hər bir fərd onu həyatında xoşbəxt və dəyərli hiss etdirəcək sosial və ailə...
  • 11 ay əvvəl
  • 1496
İlk görüşdə veriləcək suallar
İlk görüşdə qarşımızdakı insanı tanımaq üçün suallar veririk. Bu suallar əsasən...
  • 1 il əvvəl
  • 2517
Bir psixopatla münasibətdə olduğunuza dair elmi işarələr
Bu, qorxu filmi ssenarisini xatırlada bilər, amma statistik olaraq bir psixopatla münasibətdə...
  • 1 il əvvəl
  • 1697