Ataya aid sözlər - Atalarımıza söyləyə biləcəyimiz ən gözəl şəkilli sözlər
Ən dəyərli varlığımız atalar haqqında sözlər burada.. Bu məqaləmizdə sizlər üçün ataya aid gözəl, təsirli, mənalı sözləri bir yerə toplamışıq.
Məqalə içərisində ATAya söylənəcək ən gözəl sözlərdən savayı şəkil üzərində ataya aid sözlər, duyğulandıran ataya aid şəkillər, ataya aid doğum günü təbriki və atalar gününə aid təbrik mesajlarını tapa biləcəksiniz.
Ata çiyni deyilən bir yer var, iliyinə kimi hüzuru hiss edirsən.
Atam üçün darıxırmaqmı? Kölgəsini görsəm sarılaram..
Məndən əksiklərimi soruşma həyat! Atam deyəcəm, tamamlaya bilməzsən!
Niyə, bilmirəm ancaq, bu gün səninçün yaman darıxmışam ATA.
Prenses olmaq üçün bir Prensə ehtiyacım yoxdur. Mən onsuz bir Kralın qızıyam!
Atam.. Sən olmayanda həmişə bir şeylər əksikdir..
Atanızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin. (İbn Sina)
Ata haqqında atalar sözləri
Ata olarsan, ata qədrini bilərsən!
Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.
Oğul günahsız olmaz, ata mərhəmətsiz.
Atanın duası, ananın ahı yerdə qalmaz.
Atalar günü təbrik mesajları
Biricik ATAM, ailəmizin şirin və böyük ürəyi ilə ən cəsuru sənsən.. Yerini əsla heçkim doldura bilməz. Nə yaxşı ki, varsan!
Həyata addım atarkən əlimizdən tutan, bizə bütün bildiklərini öyrədən canım atam, böyüyərək öyrəndim ki, haqqın ödənməz. Atalar günün mübarək olsun!
Ataların ən şirini, biricik atam, mənə verdiyin əməklərinlə bu günlərə gəldim. Buna görə sənə sonsuz təşəkkür edirəm. Səni öpürəm. Atalar günün mübarək!
Atalar günün mübarək olsun canım atam. Mən nə qədər böyüsəm də, hər zaman sənin balaca, şıltaq qızın olaraq qalacam. Səni sevirəm!
Ataya aid duyğusal yazılı şəkillər
Ataya aid doğum günü sözləri
Dünyanın ən yaraşıqlı atasına, Səni çox sevirik. Doğum günün mübarək olsun!
Ailəmizin yıxılmaz dirəyi, səni çooox sevirik. Ad günün mübarək olsun atam.
Dərdimi, sevincimi paylaşdığım tək dostum. Sən mənim həyatda ən çox dəyər verdiyim, sirdaşımsan. Allah səni bizim ailəmizə çox görməsin. Sənə can sağlığı arzu edirəm. Neçə belə illərə, gözəl ATAM!
Canım atam! Yanımda olmağın mənə həmişə güvən və sevinc verdi. Neçə belə illərə.
Ataya aid doğum günü təbrik videoları üçün Ad günü təbrikləri - Anaya, Ataya, Bacıya, Sevgiliyə aid doğum günü təbrik videoları adlı məqaləmizi ziyarət edə bilərsiniz.
Sizə maraqlı gələcək:
Dostlarınla paylaş:
8197 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Cox guzel sozlerdi
allah butun atalarin ve valdeyinlerimizin canin sag elesin.AMIN!