“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunan “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin sərgiləri mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılacaq.

Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən məlumat verilib. Bildirilib ki, akvarel texnikasında və mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşları qatılıb və bu sərgilərdə ümumilikdə 800-ə yaxın əsər nümayiş etdiriləcək.

Sərgidə bir iştirakçının bir əsəri prinsipi əsas götürülür. Əsərlər mayın 10-dək çərçivələnmiş vəziyyətdə Xətai Sənət Mərkəzinin ikinci mərtəbəsinə təhvil verilməlidir və əsərin sərgilənəcəyi gün burada təyin ediləcək. Seçimlər əvvəlcədən elan olunmuş münsiflər heyəti tərəfindən onlayn olaraq bal qiymətləndirilməsi ilə aparılıb. Sərgilər yaş kateqoriyası ilə keçiriləcək. Xarıci vətəndaşların əsərləri Xətai Sənət Mərkəzi tərəfindən çərçivələnərək sərgilənəcək. Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq. Sərgilərdən hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Məqaləyə emosiya bildir:
12 gün əvvəl
332 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. İranın Azərbaycanla olan əlaqəsi...
  • 18 dəq. əvvəl
  • 3
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Avropa İttifaqının rəhbərliyində gələcək ekoloji siyasətlə bağlı intriqalar və...
  • 1 saat əvvəl
  • 15
Oğuzda qumbara və sursat aşkarlanıb
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bucaq...
  • 2 saat əvvəl
  • 23
“Yaşıl muzey” interaktiv proqrama başlanılıb
Bakı, 19 may, AZƏRTAC“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində...
  • 2 saat əvvəl
  • 24
Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin mayın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə...
  • 4 saat əvvəl
  • 29
“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin...
  • 5 saat əvvəl
  • 43