Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb

Bakıda saxlanılan iki narkokuryerdən 18 kiloqram marixuana aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş Elxan Əlifxanov və tanışı Ravil Rəfiağayev saxlanılıblar. Onların üzərində, həmçinin R.Rəfiağayevin idarə etdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 18 kiloqram marixuana və narkotiklərin dövriyyəsində istifadə olunan bank kartı aşkarlanıb.

Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə Qaradağ rayonundan əldə etdiklərini bildiriblər. E.Əlifxanov və R.Rəfiağayev marixuananı pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
24 gün əvvəl
410 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb
“Yaşıl dünya uğrunda həmrəylik ili” çərçivəsində Anqolada fəaliyyət göstərən...
  • 6 dəq. əvvəl
  • 4
“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından reportaj  FOTO
Qusarda yeni fəaliyyətə başlayan tingçilik təsərrüfatında 200-dən çox dekorativ bitki,...
  • 25 dəq. əvvəl
  • 9
Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik
Şuşa sakinləri 32 ildən sonra ilk dəfə Qurban bayramını doğma yurdlarında qeyd...
  • 1 saat əvvəl
  • 23
COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev,...
  • 2 saat əvvəl
  • 31
Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan...
  • 3 saat əvvəl
  • 33
FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri,...
  • 4 saat əvvəl
  • 40