Bütün zamanların ən çox oxunan 20 kitab təklifi 2021

Oxumaq bir vərdişdir, asılılıqdır, dadına baxdıqdan sonra bir daha onu tərk edə bilməzsiniz. Kitab oxuyan stressdən uzaqlaşır, empatiya qurmağı öyrənir və yaddaşını gücləndirir.

Ən yaxşı və ən çox oxunan 20 kitabı təqdim edirik:

1. Pişiyin beşiyi - Kurt Vonnegut

Pişiyin beşiyi

Kurt Vonnegut tərəfindən yazılmış elmi fantastik kitabdır. 1963-cü ildə çıxan bu kitab 2014-cü ilin ən yaxşı kitabı seçilib. "Pişiyin beşiyi" adlı kitabda Bokononizm adlı bir dinə və Buz Nine adlı bir maddə var.

Kitabın mövzusu

Əsəri nəql edən Con Xirosimaya atom bombası atılan gün "Dünyanın sona çatdığı gün" adlı kitab yazmağa başlayır. O vaxtlar xristian olan Con artıq Bokononizmə inanır. Bokononistlər bütün insanlığın Tanrının iradəsini yerinə yetirən karases adlı komandalar şəklində idarə olunduğunna inanırlar.

2. Yağış yağsın - Paul Bowles

Yağış yağsın - Paul Bowles

Paul Bowles, bir Qərb ölkəsi vətəndaşının hər hansı bir xüsusiyyətini bilmədən xarici bir ölkəyə səyahətini yazıb. Yazar yeni preparatlarla tanış olur və yeni həyatının fərqli olması üçün cəhd edir.

Kitabın mövzusu

Amerikadakı monoton həyatdan əl çəkən köhnə bir tanışının turizm ofisində işləmək qərarına gəlir. Bu niyyətlə Tangierə gedən Dyar, şəhərə ayaq basdığı andan etibarən Tangierin yeraltı dünyası ilə qarşılaşacaq.

3. Siçanlar və adamlar - John Steinbeck

Siçanlar və adamlar - John Steinbeck

Şair bu kitabında siçanların və insanların heç vaxt xəyallarına çatmadığından bəhs edir. Psixoloji kitab təkliflərini axtaran oxucular bu kitabı oxuya bilərlər.

Mövzusu

İkili, insani bir həyat yaşamaq xəyalı ilə kiçik bir torpaq sahəsi almaq fikri ilə dostluq, həmrəylik və sevginin vacibliyini nümayiş etdirir. Müəllif John Steinbeck bu kitabda yalnız insanların münasibətlərini təsvir etmir, eyni zamanda insanın təbiətlə və cəmiyyətlə qurduğu əlaqəni fərqli bir nöqteyi-nəzərdən oxucuya çatdırır.

4. İçimizdəki şeytan - Sabahattin Ali

İçimizdəki şeytan - Sabahattin Ali

Sabahattin Ali bu kitabı 1940-cı ildə yazıb. "İçimizdəki şeytan" romanını ışmazlığı, çarəsizlik və şərtlərə görə edilən səhvlər yer alır.

Mövzusu

Bir-birini tanımadan evlənən iki gəncin boşanması təsvir olunub. Həyata baxış tərzi bir-biri ilə fərqlənən bu gənclər Macide, Ömer və Bedridir.

5. Milçəklərin tanrısı - William Golding

Milçəklərin tanrısı - William Golding

Bütün dövrlərin ən çox oxunan əsərlərindən biridir. Kitabın mövzusu adada başlayır və orada bitir.

Mövzusu

Nobel mükafatı qazanan ingilis yazıçı və şair William Goldingin əsərində britaniyalı bir dəstə uşağın İkinci Dünya müharibəsindəki atam bombasının təsirindən qorunmaq üçün təyyarə ilə daşınmasından bəhs olunur. Kimsəsiz adaya gələn uşaqlar sağ qalmaq üçün mübarizə aparırlar.

6. Çevrilmə – Franz Kafka

Çevrilmə – Franz Kafka

Kitabda 6 obraz var. Bir səhər oyandıqda həşərata çevrildiyini görən gəncin başına maraqlı hadisələr gəlir.

Mövzusu

Həşərata çevrilən Qreqor Zamza həyatını bu şəkildə davam etdirməyə çalışır. Ailəsi bu duruma alışmaq məcburiyyətindədir.

7. Veronika ölmək istəyir - Paulo Coelho

Veronika ölmək istəyir - Paulo Coelho

Veronikanın keçdiyi çətin günlərdən bəhs olunur. Veronika gözəl bir qızdır, daxili aləmində o qədər məqsədsiz və tənhadır ki, ölməyə qərar verir. Ancaq istədiyi şey olmur və ruhi xəstəxanada oyanır.

Mövzusu

Həyatında çıxılmazlıq duğusu yaşayan Veronika intihar cəhdindən sonra ruhi xəstəxanaya yerləşdirilir. Burada çox az ömrünün qaldığını eşidir.

8. City of Girls - Elizabeth Gilbert

City of Girls - Elizabeth Gilbert

Qadın seksuallığına reaksiya vermək üçün yazılıb. Bundan əlavə, bu kitab əsl sevginin mahiyyətini araşdırır.

Mövzusu

Kitabda əsl sevginin mahiyyətini də araşdıran Elizabeth əsərinin fərqli bir sevgi hekayəsi olduğunu bildirir.

9. Mrs. Everything: A Novel - Jennifer Weiner

Mrs. Everything: A Novel - Jennifer Weiner

Jo və Bethie Kaufmanın altmış beş il davam edən hekayəsi 1951-ci ildə başlayıb. Bu kitab, böyük bir ağrıiçində olan birinin aktiv həyatını təsvir edir.

Mövzusu

Jo və Bethie adlı iki bacının 1950-ci illərdən bu günə qədər sürətlə inkişaf edən bir dünyada özlərinə yer tapmaq və dürüst olmaq üçün necə mübarizə apardıqlarından bəhs olunur. Kitabda cinsi təcavüz, abort, bir ailə üzvünün ölümü, yemək pozğunluğu və eynicinsli münasibətlər də daxil olmaqla bir çox mövzu var.

10. Gecə pələngi - Yangsze Choo

Gecə pələngi - Yangsze Choo

Bu kitab 1930-cu illərdə Malayziyanın yaxşı yeməyinə və mədəniyyətinə alışmaq üçün cəhd göstərən bir insanın həyatını təsvir edir.

Mövzusu

11 yaşlı Renin ustası ölərkən ondan bir şey istəyir. Renn illər öncə qəzada itən kəsik barmağı tapmalı və onu bədəniylə birləşdirməlidir.

11. Puslu Kıtalar Atlası – İhsan Oktay Anar

Puslu Kıtalar Atlası – İhsan Oktay Anar

Bu kitabda oxucunu böyük dil zənginliyi gözləyir. Hekayədəki hər bir personaj maraqlı hadisələr yaşayır.

Mövzusu

Həyatını qurtaran kitabın tərcüməsini etdirmək üçün İstanbula gələn pirat Arap İhsan Efendi özüylə gətirdiyi Alibaz uşağı Uzun İhsan Efendiyə əmanət edir. Bu möhtəşəm romanı oxumağınız tövsiyə olunur.

12. Çərpələng uçuran - Xalid Hüseyni

Çərpələng uçuran - Xalid Hüseyni

Kitabda Əfqanıstandakı müharibə və köç əks olunub. Anasını itirən və atası tərəfindən sevilməyən Əmirin həyatı kitabda öz əksini tapıb.

Mövzusu

Dostluq, xəyanət və sədaqətin qiymətinin yer verildiyi kitabda zəngin bir mədəniyyətə və bənzərsizliyə sahib olan torpaqların tədricən məhv olduğu təsvir edilib.

13. Gənc Verzerin iztirabları - Johann Wolfgang von Goethe

Gənc Verzerin iztirabları - Johann Wolfgang von Goethe

Goethenin 1774-cü ildə öz həyatından ilham alaraq yazdığı bu kitabı oxumağınızı tövsiyə edirik.

Mövzusu

Kitabda 25 yaşlı gənc vəkilin Wetzler Məhkəməsində çalışdığı dostunun nişanlısı Charlotte Buffa aşiq olmasından və bu qarşılıqsız sevginin əzabından bəhs olunur.

14. Sevgi - Elif Şafak

Sevgi - Elif Şafak

Əsərləri 30-dan çox dilə tərcümə olunmuş dünyaca məşhur türk yazıçısı Elif Şafakın əsəvvüf fəlsəfəsinə söykənən sevgi romanıdır.

Mövzusu

İndi ilə keçmiş arasında gedib-gələn Mövlana ilə Şəms arasındakı sevgi fərqli tərəflərdən izah olunur.

15. Empatiya - Adam Fawer

Empatiya - Adam Fawer

Adam Fawerin ikinci kitabı olan bu əsər olduqca məşhurdur. Maraqlı və cazibədar bədii təsviri ilə diqqət çəkir.

Mövzusu

Romanda xüsusi güclərə sahib insanların başına gələnlər öz əksini tapıb. Bu insanlar hərfləri rəng kimi görə bilməklə yanaşı, musiqi kimi də hiss edə bilirlər.

16. Once More We Saw Stars: A Memoir - Jayson Greene

Once More We Saw Stars: A Memoir - Jayson Greene

Bütün dövrlərin ən çox satılan kitablarındandır. Kiçik bir qızın pis həyatından və ölüm səbəbindən bəhs edilir.

Mövzusu

İki yaşlı Greta Greene nənəsi ilə Manhattanın Yuxarı Qərb Sahəsindəki bir park skamyasında oturarkən, yuxarıdan düşən kərpic faciəyə səbəb olur. Bu nöqtədə kitab oxucunu ağlasığmaz vəziyyətə aparır.

17.1984 - George Orwell

1984 - George Orwell

Dünyanın ən məşhur romanlarından biridir. İnsanların mexanikləşmiş kütlələrə çevrildiyi və ağılın nəzarətdə saxlanıldığı nizamı təsvir edir.

Mövzusu

Siyasi təzyiq, cəmiyyətdəki haqsızlıq, vahid insan modeli tələbi, başqa sözlə cəmiyyətdə fərdiliyin aradan qaldırılması və ağıl konsepsiyası kimi əsas məsələlərdən bəhs edir.

18. Təsirli insanların 7 vərdişi - Stephen R. Covey

Təsirli insanların 7 vərdişi - Stephen R. Covey

Şəxsi, peşə və ailə problemlərinin həllinə prinsip mərkəzli bir yanaşma qəbul edən Stephen R. Covey, dürüst, ahəngdar, dinc, uğurlu bir həyat üçün dəyişməyə uyğunlaşmağımızı təmin edən vərdişləri tədricən müəyyən edərək dəyişikliyin yaratdığı fürsətlərdən istifadə etmək üçün lazımi yolları göstərir.

Mövzusu

Kitabın mövzu yuxarrıda qeyd etdiyimiz məqamların məcmusundan ibarətdir.

19. The Unwinding of the Miracle: A Memoir of Life, Death, and Everything That Comes After - Julie Yip-Williams

The Unwinding of the Miracle: A Memoir of Life, Death, and Everything That Comes After - Julie Yip-Williams

Ölümcül xəstəliklə mübarizə aparan insan həyatı təsvir olunub.

Mövzusu

Ölümcül xəstəliyə tutulan gənc ana Julie Yip-Williamsın başına gələnlər əsərdə əks olunub. 37 yaşında kolon xərçəngi diaqnozu qoyulan gənc ana sağ qalanlara lazımi məsləhətlər verir.

20. Cari Mora - Thomas Harris

Cari Mora - Thomas Harris

Kolumbiya ilə ABŞ arasındakı müharibədən bəhs edən bir kitabdır. Macəra sevənlərin zövq alacağı əsərdir.

Mövzusu

"Quzuların səssizliyi""Hannibal Lecter" kimi əsərlərin müəllifi Thomas Harris bu kitabında pislik, xəsislik və qaranlıq ehtirasların nəticələrindən bəhs edir. Pablo Escobarın Mayamidəki malikanəsinin zirzəmisində saxlanılan kilolarla qızıl və 25 milyon dollar pulun izinə düşən bir qrup adam kitabda təsvir olunub.

Kitab mövzusunda olan digər məqalələrimiz:

Məqaləyə emosiya bildir:
3 il əvvəl
5654 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (2)
Nahid (8 ay əvvəl)
Superrr
a (1 il əvvəl)
yaxşı
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 7 ay əvvəl
  • 1605
Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?
Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız...
  • 10 ay əvvəl
  • 1415
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 10 ay əvvəl
  • 1492
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 11 ay əvvəl
  • 2355
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 11 ay əvvəl
  • 1557
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 11 ay əvvəl
  • 1497