Cin filmləri - Ən yaxşı cin filmləri

İndiyə kimi gəlmiş-keçmiş ən yaxşı cin filmlərini bir araya gətirdik. Siyahımızdakı filmlər qorxu sevən tamaşaçıların çox bəyəndiyi ən yaxşı cin filmləridir.

Bir-birindən tükürpədici olan bu 25 film qorxu filmi sevənlərin tam ürəyincə olan filmlərdən olduğuna əminik. Cin filmlərini izləyicilərin bəyənməsi ardıcıllığı ilə sıralamışıq. Bütün zamanların ən yaxşı "Cin" filmlərinin əksəriyyətini türk filmləri təşkil etsə də aralarında xarici cin filmləri də vardır.

Cin filmleri:

1) Siccin (2014)

Siccin

Türkiyə istehsalı olan “Siccin” cinlərin əl çəkmədiyi Nisa obrazının başına gələn olaylardan bəhs edir. Xalası oğlu Qüdrətə aşiq olan Öznur onu həyat yoldaşından ayırmaq üçün Nisaya cadu elətdirir. Filmdə baş rolları Şeyda Terzioğlu, Pınar Çağlar Gənctürk, Koray Şahinbaş və Mərvə Atəş ifa edirlər.

Treyler

2) Siccin 5 (2018)

Siccin 5

Film 12 yaşlı Halənin naməlum atasından bəhs edir. Qız qorxunc həqiqətlərlə üzləşəcəyindən xəbərsizdir. Halənin yuxusuna girən atası onu şeytan ayinlərinin keçirildiyi köhnə bir kəndə çağırır.

Treyler

3) Siccin 2 (2015)

Siccin 2

Film 2015-ci ildə istehsal edilib. Filmin rejissoru Alpər Məstçidir. “Siccin 2”-də Hicran obrazının məhv olan həyatından bəhs olunur. Adanan və Hicran cütlüyü 2 yaşlı övladlarını qəzada itirirlər. Psixoloji olaraq sarsılan Hicran pis yuxularla daha da gərginləşir.

Treyler

4) Cin-i Ayet (2018)

Cin-i Ayet

Film həyatını üç hərflilərlə mübarizəyə həsr edən adamdan bəhs edir. Uşaqkən ailəsinin cinlər tərəfindən öldürüldüyünün şahidi olmuş Salih intiqam arzusundadır. O, cinlərə qarşı müharibə elan edib. Salih qorxunc olaylarla qarşı-qarşıya gələcək.

Treyler

5) Dabbe: Cin Çarpması (2013)

Dabbe: Cin Çarpması 2013

Rejissoru Hasan Karacadağdır. Filmdə bədəninə cin girən Kübra adlı gənc qızdan bəhs olunur. Kübra dəfinə tapdıqda qorxunc hadisələrlə üzləşir. Xına gecəsi o, cinlərin hücumuna məruz qalır. Bu olayı din və eləm birlikdə həll etməyə çalışır.

Treyler

6) Dabbe 6 (2015)

Dabbe 6 2015

Filmdə əsas rolları Nilay Gök, Elçin Atamgüc, Səma Şimşək və başqaları ifa edirlər. Filmin əsas mövzusu cinlərlə bağlıdır. Son dərəcə qorxulu səhnələri var.

Treyler

7) Magi (2015)

Magi 2015

Film İstanbulda ingilis dili müəllimi işləyən Marlanın Nyu-Yorkdan gələn bacısı Olivianın başına gələn qorxunc olaylardan bəhs edir. Marla ölür, bacısı bu ölümün izinə düşür. Hadisələr bundan sonra mürəkkəbləşir.

Treyler

8) Bezm-i Ezel (2017)

Bezm-i Ezel

Fərqli dini inanca sahib Yasəmən və Mustafa cütlüyü hər şeyə rəğmən bir araya gəlib. Yasəmənin bir yuxusu ilə hər şey dəyişir. Qadın paranormal hadisələr yaşayır. Əri isə bunu ciddi qəbul etmir.Yasəmən Mənsur hocanın yanında bəzi məlumatları öyrənir.

Treyler

9) Karadedeler Olayı (2011)

Karadedeler Olayı

Son dərəcə qorxulu səhnələrlə bol olan film 1989-cu ildə həvəskar bir kameraman tərəfindən çəkilən görüntülərdən ibarətdir. Qorxulu və real hadisələr filmdə çoxluq təşkil edir.

Treyler

10. Zuzula (2016)

Zuzula

Məhəbbət romanı yazan Vildan Akın sakit bir dağ evinə getməyə qərar verir. O, həmin yerdə qorxulu hadisələrlə üzləşəcəyindən xəbərsizdir. Sonda isə Akın çoban Əlidən reallığı öyrənir.

Treyler

11. Cin Çeşmesi (2018)

Cin Çeşmesi

Filmdə Raziyə və Qənbərin Kamil və Şərifəyə olan məhəbbətindən bəhs olunur. Bu sevgi hekayələri yarımçıq qalır və qorxulu olaylar yaşanır. Cinlər məsələyə qarışırlar.

Treyler

12) Ümmü Sıbyan: Zifir (2014)

Ümmü Sıbyan: Zifir

Film bir qrup lisey şagirdinin qorxunc reallıqlarla rastlaşmasından bəhs edir. Şagirdlər imtahan stressindən qurtulmaq üçün müəllimlər otağında yığıncaq təşkil edirlər. Onlardan biri vəfat etmiş yoldaşlarının ruhunu çağırmağı təklif edir. İşlər burada dəyişir.

Treyler

13) Araf 2: Cin Bebek Doğuyor (2019)

Araf 2: Cin Bebek Doğuyor 2019

Filmin rejissoru Biray Dalkırandır. İki xoşbəxt cütlüyün təsvir olunduğu filmdə Kübra və Əhməd qorxulu olaylarla üz-üzə gəlirlər. Yaşanan hadisələr tükürpədici hal alır.

Treyler

14) Azazil Düğüm (2014)

Azazil Düğüm

Film ata-anasını itirən Sinəmin başına gələn hadisələrdən bəhs edir. Xalasıgilə köçən qız sevgilisi Akın ilə yaxşı günlər yaşayır. Bir gün onlar maşınla bir iti vurub öldürürlər. Hər şey də bundan sonra başlayır.

Treyler

15) El-Cin (2013)

El-Cin

Film azyaşlı qızın qaçırılması ilə başlayan qorxunc hadisələrdən bəhs edir. Ani səslər, lənətli hadisələr yaşanır. Universitet tələbələri bununla bağlı şok yaşayırlar.

Treyler

16) Djinn (2013)

Djinn

Film ABŞ-da yaşayan ərəb cütlüyün ölkələrinə qayıtmaq istədikdə başlarına gələn qorxunc həqiqətlərdən bəhs edir. Onlar hər şeyin yaxşı olacağını düşünsələr də, yeni evləri baçlarına bəla açır.

Treyler

17) Cin Tepesi (2018)

Cin Tepesi

Hər şey Fateh və Furkanın cinləri izləməsiylə başlayır. Onlar Cin təpəsi adlı ərazidə axtarış apararkən cinlərlə qarşılaşırlar. Xüsusi qrupdan kömək istəyirlər.

Treyler

18) El Ummar (2018)

El Ummar

Film uşaqlığını nənəsinin yanında keçirən Miraçın həyatından bəhs edir. Mediumluqla məşğul olan Miraç Əsma adlı qızla tanış olur. Sonra isə cinlərlə münaqişə yaşanır.

Treyler

19) Perde: Ayn-ı Cin (2017)

Perde: Ayn-ı Cin

Kitab yazmaq üçün Antalyaya gedən Okan həkim dostlarının tövsiyələri ilə göz əməliyyatı keçirir. Əməliyyatdan sonra əcaib varlıqlar görməyə başlayan Okan narahatlıqlar keçirir. Bu durumdan xilas olmağın yollarını axtarır.

Treyler

20) Lanet: Ervah Cinleri (2017)

Lanet: Ervah Cinleri

Baş rollarda Ceren Yasəmən Güneysu, Zahid Çətinkaya, Sevcan Sini və Ceyhun Tutal yer alıblar. Film 4 universitet tələbəsinin başına gələn qorxulu olaylar zəncirindən bəhs edir. Tərk edilmiş evə gedən gənclər burada yaşananları kamera ilə çəkirlər.

Treyler

21) Üç Harfliler: Mardi (2010)

Üç Harfliler: Mardi

Sakit, xoşbəxt yaşayan Ayla və Serkan cütlüyü qəribə olaylarla üzləşirlər. Ayla 11 yaşındaykən 3 gün yuxuda kabus görüb. Durumu anlayan Serkan evə mütəxəssis dəvət edir. Hadisələr başqa məcrada davam edir.

Treyler

22) Ammar: Cin Tarikatı (2014)

Ammar: Cin Tarikatı

Film qorxulu anlarla zəngindir. İzləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Treyler

23) Dabbe: Bir Cin Vakası (2012)

Dabbe: Bir Cin Vakası

Ankarada yaşayan Ceydanın əri və qızını cinlər rahat buraxmırlar. Ailə evlərinə kamera quraşdırır. Həkimlər isə nə edəcəklərini bilmirlər.

Treyler

24) Dabbe: Zehr-i Cin (2014)

Dabbe: Zehr-i Cin

Filmdə Dilək və Ömərin qorxulu yuxudan sonra başlarına gələnlərdən bəhs olunur. Diləyin yuxusuna cinlər girir. Ömər isə nə edəcəyini bilmir.

Treyler

25) Musallat (2007)

Musallat 2007

Suat və Nurcan cütlüyünün başına qorxunc hadisələr gəlir. Bütün bunlar isə onlar evlənməyə qərar verən zaman başlayır. Filmdə qorxulu səhnələrin çoxluğu diqqət çəkir.

Treyler

Qorxu filmi sevənlər bu yazıları da oxuyub:
Məqaləyə emosiya bildir:
4 il əvvəl
9427 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
qudret ceferov (2 il əvvəl)
Bilmey olar
Oxşar yazılar
Türkiyədə çəkilmiş ən yaxşı qorxu filmləri
Türkiyə istehsalı olan qorxu filmləri fərqli elementləri və realistliyi ilə fərqlənir....
  • 6 ay əvvəl
  • 947
Ən yaxşı komediya filmləri
Son illərdə çəkilmiş ən yaxşı komediya filmlərinin siyahısını sizə təqdim...
  • 10 ay əvvəl
  • 5685
Türkiyədə ən çox baxılan xarici seriallar
Türkiyədə tamaşaçıların ən çox izlədiyi və yeni sezonlarını səbirsizliklə...
  • 11 ay əvvəl
  • 1737
Netflix-də yer alan döyüş filmləri
Kinonun ən çox seçilən janrları arasında yer alan döyüş filmlərini Netflix...
  • 1 il əvvəl
  • 2360
Netflix-də pulsuz izləyə biləcəyiniz 10 serial və film
Netflix, istifadəçisi olmayanlara pulsuz filmlər təqdim edərək keyfiyyətini göstərməyə...
  • 1 il əvvəl
  • 6843
Netflix-in ən yaxşı macəra filmləri | 2022
Netflix-də yayımlanan ən gözəl macəra filmlərinin siyahısını hazırlamışıq. Onu sizə...
  • 1 il əvvəl
  • 2511