Dünyanın ən ölümcül və təhlükəli 10 xəstəliyi

Yenilənmə tarixi: 2021-09-29

Milyonlarla insan müxtəlif xəstəliklər ucbatından ölüb. Ən təhlükəli xəstəliklər sağalma nisbəti çox aşağı olan xəstəliklərdir.

Bu qorxulu xəstəliklərini sizin üçün sadaladıq;

1. Tənəffüs xəstəlikləri

Tənəffüs xəstəlikləri

Tənəffüs orqanlarının xəstəliklərində adətən, təngnəfəslik, quru və bəlğəmli öskürək, qanhayxırma, döş qəfəsində ağrılar, bədən temperaturunun qalxması, titrətmə, çox tərləmə və s. əlamətlər müşahidə edilir.

Tənəffüs orqanlarının əsas xəstəliklərindən biri kəskin bronxitdir. Kəskin bronxitin səbəbləri nəfəslə udulan zərərli qazlar, ammonyak, xlor, fosgen və başqa zəhərli maddələrin buxarları, habelə infeksion xəstəliklər, qızılca, göyöskürək, qrip, ağciyər vərəmi və s. ola bilər. Adətən bronxit yazda və payızda, havanın temperaturu kəskin surətdə dəyişdikdə müşahidə edilir. Hər hansı yaşda olan adamlar bronxitlə xəstələnirlər.

2. QİÇS

QİÇS

İldə 3 milyon insan QİÇS-dən ölür. QİÇS qanla və cinsi əlaqə zamanı ötürülə bilən xəstəlikdir. Bədənimizə daxil olan bu virus, demək olar ki, insanın immunitet sistemini pozur. Ən kiçik soyuqluq xəstəliyi də ölümcül təsir yarada bilir. Bu səbəbdən QİÇS xəstəliyi ən qorxulu xəstəliklər sırasındadır.

3. İshal xəstəlikləri

İshal xəstəlikləri

Diareya (ishal) xəstəlikləri; İshalın səbəbləri arasında bir çox ciddi xəstəlik var. Bunlar kron xəstəliyi, dizenteriya, botulizm və xolera kimi xəstəliklərdir. Diareya xəstəliyi ən təhlükəli xəstəliklər arasındadır. İshal xəstəlikləri olan xolera, tifo və dizenteriya əsasən uşaqların ölümünə səbəb olur.

4. Vərəm

Vərəm

Xüsusilə ağciyərlərdə tənəffüs yolları vasitəsilə Mycobacterium tuberculosis adlı bakteriyanın orqanizmə daxil olması ilə geniş yayılmış iltihaba səbəb olan vərəm, insanlar arasında Vərəm xəstəliyi olaraq da bilinir. Aktiv ağciyər və ya qırtlaq tüberkülozu olan xəstələr vərəm mikrobunun mənbəyi olaraq görülür və mikrob xəstə insanların tənəffüs yolları vasitəsilə ekshalasiya, öskürmə və ya asqırma yolu ilə yayılır. Bu mühitə girən sağlam insanlar Mycobacterium tuberculosis adlı mikrobdan nəfəs alır və xəstəlik bu şəkildə yayılmağa davam edir.1 milyon 600 min insan vərəmdən ölüb. Xüsusilə siqaret çəkənlər ən çox risk altındadır. Vərəm xəstəliyinin elmi adı tüberkulozdur. Dünyadakı ən ölümcül xəstəliklər sırasına daxil olan vərəm, fərqinə varmadan irəliləyən bir xəstəlikdir. Vərəm nəfəs yolu ilə asanlıqla ötürülə bilən bir xəstəlikdir. Buna görə, qidalanma pozğunluğu və stres yaşandıqda həkimə getmək lazımdır.

5. Malyariya

Malyariya

Dünyada ildə 1 milyon insanın ölümünə səbəb olan xəstəlik müalicə olunmadığı təqdirdə yaşamaq şansını çox aşağı salır. Malyariya dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Malyariya eyni zamanda Asiya və Afrikada ən çox yayılmış xəstəlik növüdür. Malyariyanın simptomları müxtəlif tutmalarla başlayır. İnsan özünü yorğun və bədbəxt hiss edir. Sonra bədəndə titrəmə, dərinin sərtləşməsi və quruması baş verir. Malyariya ağcaqanad sancmasından da yarana bilər. Malyariya xəstəliyi yüngül bir xəstəlik deyil. Hətta dünyadakı ən ölümcül xəstəliklər arasındadır.

6. Qızılca

Qızılca

Peyvəndi olan uşaq xəstəliyi kimi görünsə də, qızılca xəstəliyi səbəbindən hər il 1 milyon insan ölür. Əvvəllər qızılca xəstəliyiniz olmayıbsa və qızılca xəstəliyinə qarşı peyvənd olunmayıbsınızsa, qızılcaya tutulmaq mümkündür. Qızılca yoluxucu bir xəstəlikdir. Qızılca əleyhinə peyvənd olunmayan uşaqlar bu xəstəliyin qurbanı olurlar. Qızılca xəstəliyi dünyanın ən ölümcül xəstəliklərindən biridir.

7. Yuxu xəstəliyi

Yuxu xəstəliyi

Afrikanın Sahara Çölündə yaşayan qan tökən milçəklərin dişləməsi ilə ötürülən yuxu xəstəliyinin başqa bir adı Afrika Trypanosomiasisidir. Müalicə edilmədikdə ölümcül ola biləcək infeksion xəstəlik olan yuxu xəstəliyi Şərqi və Qərbi Afrika yuxu xəstəliyinə bölünür.

8. Tetanoz

Tetanoz

Ümumiyyətlə körpələrin ölümü ilə nəticələnən bu xəstəliyin peyvəndi olmasına baxmayaraq, ildə 300 min insan ölür. Açıq yaralara “clostridium tetani” adlı virusun girməsiylə meydana gəlir. Peyvəndi mövcuddur. Lakin bu xəstəlikdən ölənlərin sayı çoxdur. Tetanoz xəstəliyi paslı dəmirdən keçir. Paslanmış dəmir bədəninizin hər hansı bir yerini yaraladıqda xəstəxanaya getməyiniz lazımdır.

Tetanoz, yunan dilində tetanoz sözündən əmələ gəlib, daralma deməkdir, ölümcül ola bilən və Clostridium tetani adlı bir bakteriyanın səbəb olduğu sinir sistemi xəstəliyidir. Tetanozun klinik xüsusiyyətləri uzun illərdir məlumdur. Qədim Misirdə e.ə Tetanozun klinik xüsusiyyətləri 1600 -cü ildən olan əlyazmalarda və Hippokratın Qədim Yunan yazılarında (e.ə. 400) təsvir edilmişdir.

9. Göy öskürək

Göy öskürək

Dünyada 300 min insanın öldüyü bu xəstəliyə əsasən yeni doğulmuş körpələrdə rast gəlinir. Göy öskürək körpələrdə görülür. Bu xəstəlik körpələrdə ölüm və ya daimi əlilliyə səbəb olur. Xəstəliyin simptonları öskürək, burun tutulması, ürəkbulanma, qusmadır. B elə bir vəziyyətlə qarşılaşsanız, xəstəxanaya gedin. Yeni doğulmuş körpə xəstəxanada saxlanmalıdır.

10. Meningit

Meningit

Dünyada hər il 160-300 min insan bu üç xəstəlik (meningit, hepatit və sifilis) səbəbindən həyatını itirir. Meningit beyindəki membranların iltihabı nəticəsində meydana gələn xəstəlikdir. E rkən müalicə edilməzsə, karlıq, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilər. Hər il minlərlə insan meningit səbəbindən ölür.

Xəstəliklər haqqında digər məqaləmiz:

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
1
emotion
0
emotion
7
emotion
0
emotion
1
emotion
1
Loading...
Dostlarınla paylaş:
1 il əvvəl
3539 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
m aysel (11 ay əvvəl)
basqa hansi olumcul xestelikler var