Dünyanın ən zəngin uşaqları! Pula pul demirlər...

Uşaqlar öz səyləri ilə milyonçu ola bilərlərmi? Nadir rast gəlinsə də, bəli, bu doğrudur. Ancaq varlı həyat yaşayan uşaqların mütləq əksəriyyəti öz ailələrinin varlı olmasından dolayı belə yaşayırlar. Zəngin uşaqlardan ən məşhurlarını təqdim edirik.

1. Suri Cruise

Suri Cruise

2012-ci ildə 6 yaşlı Suri Cruise Disney Dünyasına səyahət etdi. 9 yaşında onun 3 milyon dollarlıq qardirobu vardı. Üstəlik, 24 milyon dollar dəyərində bir Victoria dizaynlı oyun evi var. Bu qiymətə su, işıq və bağ dekorasiyası da daxildir. Tom Cruise və Kate Holmesin qızı Suri çox tabloid bir şəxsiyyətdir. Boşanan cütlüyün 475 milyon dollarlıq sərvəti var. Ona görə Suri başqa səviyyədə uşaqlıq yaşayır.

2. Şeyx Həmdan Bin Məhəmməd Bin Rəşid Əl Məktum

Şeyx Həmdan Bin Məhəmməd Bin Rəşid Əl Məktum

Yaxın Şərqdəki şeyx standartlardan dolayı Dubay şahzadəsi və Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin oğlu böyük sərvət xərcləyib. Səfərlərini 4.8 milyon dollar dəyərində almaz örtüklü "Mercedes" ilə həyata keçirdiyi məlumdur.

3. Bill və Melinda Gatesin övladları

Bill və Melinda Gatesin övladları

Bill və Melinda Gatesin üç övladı var. Bunlar qızları Pheobe və Jeniffer və oğulları Rorydir. Billin sərvəti 85 milyard dollar, Melindanın isə 51 milyon dollardır. Gəlirlərinin çox hissəsini xeyriyyə fondlarına bağışlayırlar. Uşaqları 21 yaşına çatdıqda onların hər biri üçün 50 milyon dollar dəyərində hesab açıblar. Gəlirlərinin hər il durmadan artdığını nəzərə alsaq, bu uşaqların ömür boyu xərcləyəcəkləri pullarının olduğunu deyə bilərik.

4. Jaden Smith

Jaden Smith

Jaden Christopher Syre Smith amerikalı aktyor və reperdir. Ada Pinkett Smith və Will Smithin oğludur. İlk dəfə atası ilə 2006-cı ildə "Ümidini itirmə" adlı filmdə rol alıb. Daha sonra "Karateçi uşaq" filminə çəkilib. Şəxsi sərvəti 9 milyon dollardan çoxdur. Ailəsindən qalan mirası da nəzərə alsaq, bu rəqəm 554 milyon dolara yüksəlir.

5. Dannielynn Birkhead Marshall

Dannielynn Birkhead Marshall

Bu qız model, televiziya siması, aktrisadır. Nichole Smithin qızıdır. 12 yaşı olarkən sərvəti 10 milyon dollardan çox idi...

6. Nik D'aloisio

Nik D'aloisio

İngiltərədə yaşayan 19 yaşlı kompüter proqramçısıdır. 15 yaşındaykən bir internet təşəbbüskarı oldu. D'aloisio, Yahoo-ya 30 milyon dollara satdığı Summly iOS tətbiqatının ixtiraçısıdır. Wall Street Journal-da "İlin innovatoru" kimi təqdim olunub. 2014-cü ildə də Apple-dan xüsusi mükafat alıb.

7. Knox və Vivienne Jolie Pitt

Knox və Vivienne Jolie Pitt

Knox & Vivienne Jolie Pitt, Hollivud məşhurları Angelina Jolie və Brad Pittin əkiz qızlarıdır. 2008-ci ildə Fransanın Nitsa sahillərindəki xəstəxanada anadan olublar. Knox və Vivienne Jolie Pittin ilk şəkli indiyə qədər çəkilən ən bahalı fotoşəkildir. 14 milyon dollara satılıb. Onların sərvəti isə daha böyükdür.

8. Valentina Paloma Pinault

Valentina Paloma Pinault

Valentinanın 12 milyon dollardan baha olan evi var. Atasının 15 milyon, anasının 88 milyon dollar sərvəti var. Azyaşlı olmasına baxmayaraq, artıq onun üçün 25 milyon dollarlıq zəmanət fondu yaradılıb.

9. Steve Jobsun övladları

Steve Jobsun övladları

Steve Jobs ölərkən 19 milyard dollar sərvəti vardı. Bu sərvət onun həyat yoldaşının adına keçdi. Övladlarına isə bu böyük sərvətdən mütləq ki, pay düşəcək.

10. George Alexander Louis

George Alexander Louis

İngiltərə şahzadəsi William və Kate Middletonun oğludur. Valideynlərinin toyu mediada böyük marağa səbəb olub. George 3 yaşındaykən 3.6 milyon dollar sərvəti vardı.

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
10
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
3 il əvvəl
4491 dəfə oxundu
ilk.az-çılar nə deyir?