Ən yaxşı 13 foto redaktor proqramı

Yenilənmə tarixi: 2021-10-11

Fotolar həyatımızdakı müxtəlif anları əbədiləşdirməklə mühüm önəm qazanıb. Daha gözəl fotolara sahib olmaq üçün bəzi üsullardan yararlanırıq. 13 ən yaxşı foto redaktəsi proqramını təqdim edirik.

Instagram artıq insanların yarışdığı bir platformaya çevrilib. Fotoların arxa fonlarının gözəl olması, işığa, yerə rənglərin uğunluğu, qüsurların ört-basdır edilməsi vacib məsələlərdir. Bu məqaləmizdə fotoları istənilən formaya salan 13 ən yaxşı foto redaktəsi tətbiqini araşdırmışıq.

1. Adobe Photoshop

Adobe Photoshop

Adobe Photoshop peşəkar Instagramçılar üçündür. Bu proqram sanki dəryadır, fotoları istənilən şəkildə dizayn edə, effekt verə bilir. Bunun üçün tətbiqin texniki tərəflərini bilməlisiniz. Adobe Photoshop proqramı rəqəmsal dünyada ən çox seçilən qrafik dizayn proqramlarından biri olaraq önə çıxmağı bacarır və bir çox fərqli peşələrdə geniş istifadə olunur. Xüsusilə bütün dünyada olduğu kimi ölkəmizdə də reklam və dizayn məntiqinin sürətli inkişafı və təkamülü ilə qrafik məhsullar yaratmaq üçün proqram təminatında da inanılmaz inkişaflar edildi.

2. VSCO

VSCO

Demək olar, hamının tanıdığı foto redaktəsi proqramıdır. Digər tətbiqlərlə müqayisədə daha çox funksiyaya sahibdir. Ən keyfiyyətli rəng şkalasına malik proqramlardan biridir. İşıqda çəkilmiş fotoları belə ideal formaya salır.

3. Afterlight

Afterlight

Bir foto üzərində bir neçə əməliyyat aparmaq fotonun keyfiyyətini azaltdığı üçün redaktəni tez bitirmək vacibdir. Afterlight ehtiyacınız olan bütün özəllikləri təklif edir. Daha təbii və retro görüntü almaq üçün ideal proqramdır. İşıq, kölgə effektləriylə fotolarınızı keçmiş zamandakı kimi göstərəcək. Afterlight, iOS cihazları üçün bir şəkil tənzimləmə tətbiqidir. Tətbiqdə bir çox fərqli vasitə ilə şəkillərinizi düzəldə bilərsiniz.

4. Polarr

Polarr

Fərqli tərzdə fotolara sahib olmaq istəyənlər üçün Polarr qeyri-adi rəng şkalası təklif edir. Bu tətbiqlə ən xırda detalları belə dəyişdirmək mümkündür.

5. Darkroom

Darkroom

Instagramda çox insanın paylaşdığı ağ-qara temalar üçün bu tətbiq əlverişlidir. Dramatik tonlarla fotoları karizmatik edən və professional kamerayla çəkilmiş kimi göstərən vasitədir.

6. Filterstorm Neue

Filterstorm Neue

Böyük miqyaslı fotolar üzərində detallı əməliyyatlar apara biləcəyiniz , maskalama və miqyaslandırma xüsusiyyətləri təqdim edən tətbiqdir. Ödənişli foto redaktəsi tətbiqi olan Filterstorm Neue keyfiyyəti ilə ödənilən pulun haqqını verir. Filterstorm Neue, daha sürətli və istifadəsi daha asan olarkən klassik Filterstormun gücünü təmin etmək üçün sıfırdan yazılmış yeni bir şəkil düzəliş tətbiqidir. Filterstorm Neue, iPhone və iPad -də universal bir tətbiqdir.

7. Snapseed

Snapseed

Foto redaktəsi baxımından Snapseed edit aplikasiyalardan biridir. Açıq və vahid interfeysə sahib olan bu tətbiqlə sürətli əməliyyat apara bilərsiniz.

8. Light X

Light X

Fotolarınızı redaktə edərkən sürətli və yaradıcı davranmaq istəyirsinizsə, bu proqram əsl sizə görədir. Sənətsəl fotolar yaratmaq imkanı təklif edən Light X ilə asanlıqla arxa fonu silərək istədiyiniz fonla əvəzləmək mümkündür.

9. Lightroom

Lightroom

Lightroom əslində kompüterlər üçün nəzərdə tutulub. Çətin görünsə də, öyrənməyiniz tövsiyə olunur. Sadə tənzimləmələr, rəngləndirmələr, kəsmələr, təbii effektlərlə fotolarınızı istədiyiniz formaya sala bilərsiniz.

10. Over

Over

Over bir çox funksiyası olan ideal foto redaktəsi proqramıdır. Loqo hazırlama, məzmunlar və ikonlar əlavə etmə, foto üzərinə mətn yazma kimi xüsusiyyətləriylə Instagram hesabınızı canlandıracaq. Hekayə bölmənizi Over ilə layihələndirə bilərsiniz.

11. UNUM

UNUM

Instagram üçün hazırlanmış tətbiqdir. Bu tətbiqin əsas məqsədi fotolarınızın profilinizin təbii məzmununa uyğun olub-olmadığını bildirməkdir. Tətbiqi Instagram hesabınıza bağlayaraq fotolarınızın yaddaşa alınmasına, yeni fotolarınızın tənzimlənməsinə şərait yarada bilərsiniz. UNUM, Android əməliyyat sistemi ilə mobil cihazlarınızda istifadə edə biləcəyiniz bir şəkil tənzimləmə proqramı olaraq önə çıxır. ... Pulsuz istifadə edə biləcəyiniz proqramla möhtəşəm şəkillər yarada bilərsiniz.

12. QWIK

QWIK

Fotolara əlavə etmək üçün yüzlərlə çərçivə və onlarla fona malikdir. Davamlı olaraq özünü yeniləyərək yeni temalar təklif edən bu tətbiqlə Instagram hesabınızda fərqlilik yarada bilərsiniz.

13. Plotaverse

Plotaverse

Foto üzərində hər hansı bir detalı hərəkətli hala gətirə biləcəyiniz və ya GIF halına sala biləcəyiniz tətbiqdir. Daha da yaradıcı və hərəkətli fotolar əldə etmək istəyirsinizsə, bu proqramdan yararlanın.

Araşdırdığımız digər məqalələr:

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
0
emotion
0
emotion
1
emotion
1
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
5754 dəfə oxundu
ilk.az-çılar nə deyir?